İlham Əliyev: "Azərbaycan-İran əlaqələri sürətlə inkişaf edir" - FOTO/VİDEO

İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.

Bizim.Media xəbər verir ki, İran Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev görüşdən məmnun olduğunu bildirib:

- Sizi görməyimə çox şadam. Keçən dəfə də burada - Türkmənistanda görüşmüşdük, bu dəfə də. Keçən görüşdən sonra münasibətlərimizə çox gözəl təkan verildi və əlaqələrimiz daha da sürətlə inkişaf etməyə başladı. Hökumət üzvlərinin qarşılıqlı səfərləri təşkil edildi.

Bir sıra məsələlərlə bağlı çox yaxşı irəliləyiş var, xüsusilə nəqliyyat, energetika və digər sahələrdə. Ona görə əminəm ki, bugünkü görüşdən sonra da əlaqələrimizin inkişafına növbəti təkan veriləcək və qardaş xalqlarımızın birgə gələcəyi təmin ediləcək. Xalqlarımızın ortaq tarixi münasibətlərimiz üçün çox gözəl təməldir.

İran Prezidenti Seyid İbrahim Rəisi də İlham Əliyev ilə görüşdən məmnunluğunu dilə gətirib:

- Mehriban və bağışlayan Allahın adı ilə. Mən də Sizinlə görüşməkdən çox məmnunam. Düşünürəm, Xəzər dənizi ilə bağlı önəmli məsələlərdən biri budur ki, Xəzəryanı ölkələrin dövlət başçıları mütəmadi olaraq görüşürlər.

Əlbəttə, Zati-alinizin Tehrana səfər etmək, mənim də Bakıya səfər etmək kimi planlarımız var. Lakin bizim belə platformalardan istifadə edib görüş keçirməyimiz də münasibətlərimizin inkişafına kömək edir.

İki ölkə arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur. Hesab edirəm ki, biz münasibətlərimizdə olan bir çox potensialdan tam istifadə edə bilməmişik. Düşünürəm ki, iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, ticarət, mədəniyyət əlaqələri mövcud olan vəziyyətdən daha da inkişaf etdirilə bilər.

***

İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dörd BÜRC 2026-cı ildə ciddi sınaqlarla qarşılaşacaq

Dörd BÜRC 2026-cı ildə ciddi sınaqlarla qarşılaşacaq

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

2030-cu ildə heç kim telefon işlətməyəcək: Smartfonu əvəz edəcək cihaz açıqlandı

2030-cu ildə heç kim telefon işlətməyəcək: Smartfonu əvəz edəcək cihaz açıqlandı

Dünyada nə qədər pul var?

Dünyada nə qədər pul var?

Onlayn işləyənlərdən vergi sistemində ünvan TƏLƏBİ – Qanunidirmi?

Onlayn işləyənlərdən vergi sistemində ünvan TƏLƏBİ – Qanunidirmi?

"Eşref Rüya"da yeni sima - FOTO

"Eşref Rüya"da yeni sima - FOTO

Fəzail Ağamalı ilə vida mərasiminin yeri və vaxtı MƏLUM OLDU

Fəzail Ağamalı ilə vida mərasiminin yeri və vaxtı MƏLUM OLDU

Bu şəxslər pensiyaya daha tez ÇIXMALIDIR: 65 yaşı gözləməli deyillər

Bu şəxslər pensiyaya daha tez ÇIXMALIDIR: 65 yaşı gözləməli deyillər

İran dövlət televiziyası Pezeşkianın çıxışını kəsdi - Video

İran dövlət televiziyası Pezeşkianın çıxışını kəsdi - Video

“11 mərtəbəli binamı qumarda itirdim”

“11 mərtəbəli binamı qumarda itirdim”

Yağıntılı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Yağıntılı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

ABŞ daha bir gəmini vurdu - Ölənlər var - Video

ABŞ daha bir gəmini vurdu - Ölənlər var - Video

İcra hakimiyyətlərində İSLAHATLAR BAŞLADI – Nə baş verir?

İcra hakimiyyətlərində İSLAHATLAR BAŞLADI – Nə baş verir?

Həbsdən çıxan kimi anasını, həyat yoldaşını, qızını öldürdü - Türkiyədə

Həbsdən çıxan kimi anasını, həyat yoldaşını, qızını öldürdü - Türkiyədə

İnanılmaz qədər zəngin olacaq bürclər

İnanılmaz qədər zəngin olacaq bürclər

Bakı dairəvi yolda qəza: Tıxac yarandı –VİDEO

Bakı dairəvi yolda qəza: Tıxac yarandı –VİDEO

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yolda sürət həddi endirildi

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yolda sürət həddi endirildi

BİZİM TƏQVİM:10 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:10 fevralda baş vermiş tarixi hadisələr

Azərbaycan klublarının QIŞ TRANSFERLƏRİ

Azərbaycan klublarının QIŞ TRANSFERLƏRİ

Zaqatala sakini Oğuzda binanın damından YIXILDI

Zaqatala sakini Oğuzda binanın damından YIXILDI

Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” SƏRGİSİNDƏ - FOTO

Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” SƏRGİSİNDƏ - FOTO

Arda Güler tənqid hədəfinə tuş gəldi

Arda Güler tənqid hədəfinə tuş gəldi

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

End of content

No more pages to load

RADİO