Prezident: “Regionun təhlükəsizliyində Xəzəryanı dövlətlərin böyük rolu var” - VİDEO

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısını Aşqabadda salamlamaqdan məmnunluğunu bildirən Prezident Sərdar Berdiməhəmmədov Zirvə Toplantısına dəvəti qəbul edib iştirak etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

İlk sammitin 2002-ci ildə Aşqabadda keçirildiyini xatırladan Türkmənistan Prezidenti həmin tədbirdə uzunmüddətli perspektiv üçün əməkdaşlığın əsasının qoyulduğunu vurğuladı.

Sərdar Berdiməhəmmədov 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasına toxundu, Xəzər dənizində nəqliyyat, gəmiçilik, sülhün, ekoloji təhlükəsizliyin qorunması, balıqçılıq, fövqəladə hallar barədə xəbərdarlıq və onların qarşısının alınması sahələrində əməkdaşlıq barədə bir çox müqavilə üzrə işin aparıldığını dedi.

Xəzər dənizinin ümumi sərvət olduğunu deyən Türkmənistanın dövlət başçısı regionda səmərəli qarşılıqlı fəaliyyətin inkişafına verdiyi şəxsi töhfəsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Dəvətə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev ilk növbədə Sərdar Berdiməhəmmədovu Türkmənistan Prezidenti vəzifəsinə seçilməsi münasibətilə şəxsən təbrik etdi, fəaliyyətində uğurlar arzuladı. Azərbaycan Prezidenti bununla bağlı Sərdar Berdiməhəmmədova məktub ünvanladığını və telefonla təbrik etdiyini məmnunluqla xatırladı.

Dövlətimizin başçısı son vaxtlar Türkmənistanda əldə olunan davamlı inkişafın Sərdar Berdiməhəmmədovun rəhbərliyi ilə də davam etdiriləcəyinə əminliyini bildirdi.

Zirvə Toplantısının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev 20 il əvvəl Xəzəryanı dövlətlərin sammitinin keçirilməsinin təşəbbüskarının Türkmənistanın olduğunu qeyd etdi və həmin sammitin Xəzərdə geniş və çoxtərəfli əməkdaşlığın əsasını qoyduğunu, Konvensiyanın imzalanmasının önəmini vurğuladı.

Türkmənistanın Xəzər dənizində və Xəzəryanı dövlətlər arasında əməkdaşlığa töhfəsini yüksək qiymətləndirən Azərbaycan Prezidenti bugünkü Zirvə Toplantısının təhlükəsizlik, ekologiya, su ehtiyatları istiqamətləri üzrə əməkdaşlığın möhkəmlənməsi işində daha bir addım olacağına əminliyini bildirdi.
Xəzərin əsrlər boyu qonşu kimi yaşamış xalqlarımızı birləşdirən dəniz olduğunu deyən Prezident İlham Əliyev regionumuzda gələcək təhlükəsiz inkişafın təmin ediləcəyinə əminliyini bildirdi, bu işdə Xəzəryanı dövlətlərin böyük rolunu vurğuladı.

İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bildirdi ki, biz bu əlaqələri yüksək qiymətləndiririk. Prezident İlham Əliyev gələcəkdə dövlətlərarası əlaqələrimizin səviyyəsini daha yüksəyə qaldırmaq üçün Prezident Sərdar Berdiməhəmmədov ilə ikitərəfli formatda da fəal işin aparılacağına əminliyini ifadə etdi.

***

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub. 

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dörd BÜRC 2026-cı ildə ciddi sınaqlarla qarşılaşacaq

Dörd BÜRC 2026-cı ildə ciddi sınaqlarla qarşılaşacaq

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

2030-cu ildə heç kim telefon işlətməyəcək: Smartfonu əvəz edəcək cihaz açıqlandı

2030-cu ildə heç kim telefon işlətməyəcək: Smartfonu əvəz edəcək cihaz açıqlandı

Dünyada nə qədər pul var?

Dünyada nə qədər pul var?

Onlayn işləyənlərdən vergi sistemində ünvan TƏLƏBİ – Qanunidirmi?

Onlayn işləyənlərdən vergi sistemində ünvan TƏLƏBİ – Qanunidirmi?

"Eşref Rüya"da yeni sima - FOTO

"Eşref Rüya"da yeni sima - FOTO

Fəzail Ağamalı ilə vida mərasiminin yeri və vaxtı MƏLUM OLDU

Fəzail Ağamalı ilə vida mərasiminin yeri və vaxtı MƏLUM OLDU

Bu şəxslər pensiyaya daha tez ÇIXMALIDIR: 65 yaşı gözləməli deyillər

Bu şəxslər pensiyaya daha tez ÇIXMALIDIR: 65 yaşı gözləməli deyillər

İran dövlət televiziyası Pezeşkianın çıxışını kəsdi - Video

İran dövlət televiziyası Pezeşkianın çıxışını kəsdi - Video

“11 mərtəbəli binamı qumarda itirdim”

“11 mərtəbəli binamı qumarda itirdim”

Yağıntılı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Yağıntılı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

ABŞ daha bir gəmini vurdu - Ölənlər var - Video

ABŞ daha bir gəmini vurdu - Ölənlər var - Video

İcra hakimiyyətlərində İSLAHATLAR BAŞLADI – Nə baş verir?

İcra hakimiyyətlərində İSLAHATLAR BAŞLADI – Nə baş verir?

Həbsdən çıxan kimi anasını, həyat yoldaşını, qızını öldürdü - Türkiyədə

Həbsdən çıxan kimi anasını, həyat yoldaşını, qızını öldürdü - Türkiyədə

İnanılmaz qədər zəngin olacaq bürclər

İnanılmaz qədər zəngin olacaq bürclər

Bakı dairəvi yolda qəza: Tıxac yarandı –VİDEO

Bakı dairəvi yolda qəza: Tıxac yarandı –VİDEO

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yolda sürət həddi endirildi

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yolda sürət həddi endirildi

BİZİM TƏQVİM:10 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:10 fevralda baş vermiş tarixi hadisələr

Azərbaycan klublarının QIŞ TRANSFERLƏRİ

Azərbaycan klublarının QIŞ TRANSFERLƏRİ

Zaqatala sakini Oğuzda binanın damından YIXILDI

Zaqatala sakini Oğuzda binanın damından YIXILDI

Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” SƏRGİSİNDƏ - FOTO

Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” SƏRGİSİNDƏ - FOTO

Arda Güler tənqid hədəfinə tuş gəldi

Arda Güler tənqid hədəfinə tuş gəldi

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

End of content

No more pages to load

RADİO