"Azərbaycan müharibə istəsəydi, bu addımlara ehtiyac qalmazdı" - XİN-dən Paşinyana CAVAB

Ermənistan baş naziri Nikol Paşinyanın 27 iyun 2022-ci il tarixində onlayn mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı söylədiyi bir sıra fikirlər bu ölkənin bölgədə dayanıqlı sülh yaratmaq istəyini şübhə altına alır. 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir.

30 ilə yaxın Azərbaycan ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayaraq bu əraziləri darmadağın edən bir ölkənin rəhbərinin, Azərbaycanı bu illər ərzində blokada siyasətini yürütməkdə ittiham etməsi heç bir hüquqi və əxlaqi çərçivəyə sığmır. Baş nazir Paşinyana xatırladırıq: 

Azərbaycan, Ermənistanın işğalçı siyasətinə rəğmən və ərazilərində onilliklər ərzində Ermənistan tərəfindən tətbiq edilmiş “hər şeyi məhv etmək” yanaşmasına baxmayaraq, ərazilərini azad etdikdən sonra iki dövlət arasında münasibətlərin normallaşması tərəfdarı və təşəbbüskarı olub.
Məhz Azərbaycan dövlət başçısı, post-münaqişə mərhələsində beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsi əsasında sülh sazişinin imzalanması təklifi ilə çıxış edib. Hətta, Azərbaycan tərəfi Sazişin əsaslanmalı olduğu baza prinsiplərini də qarşı tərəfə təqdim edib. Paşinyanın iddia etdiyi kimi Azərbaycan müharibə istəsəydi, yəqin ki, bu addımlara ehtiyac qalmazdı. Əgər Azərbaycan müharibə istəsəydi, Ermənistanın 30 il ərzində yerlə yeksan etdiyi ərazilərin yenidən qurulması və bərpası üçün böyük səylər sərf edib, nəhəng işlər görməzdi. 

Azərbaycan tərəfi, iki ölkə arasında sərhədlərin delimitasiyası, bölgədə bütün kommunikasiyaların açılması və tərəflər arasında gələcək sülh sazişinin imzalanması istiqamətlərində yalnız sözdə açıqlamalar vermir, öz əməlləri və konkret addımları ilə söylədiklərini həyata keçirir.

Uzun illər ərzində məhz Azərbaycan tərəfi, bölgədə normal münasibətlərin qurulmasının və bütün kommunikasiyaların açılmasının Ermənistana faydalı olacağını söyləyib. Ermənistan tərəfinin bunu nəhayət anlaması və baş nazirin “kommunikasiyaların açılması Ermənistana sərf edir” söyləməsi, Ermənistan rəhbərliyinin yeni yanaşması kimi diqqəti cəlb edir.

Görünür, həqiqətlərin Ermənistan tərəfindən qəbul edilməsi bir qədər vaxt tələb edir. Ümid edirik ki, artıq reallığa çevrilən Zəngəzur dəhlizinin fəaliyyətinin səmərəliliyinin Ermənistan tərəfindən dərk edilməsi üçün böyük zamana ehtiyac qalmayacaq. 

Üçtərəfli bəyanatlara gəldikdə, bu sənədlə tərəflərin üzərinə götürdüyü öhdəliklər və onların icrası göz qabağındadır. Sənədin iddialarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərinə diversant qüvvələr göndərən, Azərbaycan ərazilərindən qanunsuz silahlı birləşmələrini çıxarmayan, kommunikasiyaların açılmasını uzun müddət ərzində ləngidən Ermənistan bu bəyanatların icrasını kobud şəkildə pozur. 

Ermənistan baş naziri, konkret hansı hala istinad etdiyinə aydınlıq gətirmədən “Azərbaycan tərəfinin ən azı bir halda görüşün keçirilməsini boykot etdiyni” söyləyir.

Əgər, post münaqişə mərhələsində indiyədək beynəlxalq vasitəçilərin iştirakı ilə də təklif edilən və Ermənistan tərəfindən müxtəlif bəhanələrlə pozulan, habelə keçirilməsinə 1-2 saat qalmış təxribatlarla təxirə salınan görüşləri sadalamağa başlasaq, siyahı çox uzun olar. 
Ermənistan həqiqətən sülh istəyirsə, səmərəlilik əmsalı hər zaman aşağı olan və hazırda üzvləri tərəfindən açıq şəkildə fəaliyyətinin qeyri-mümkünlüyü etiraf edilən bir formatı dirçəltməyə zaman sərf etməkdənsə öz siyasi iradəsini ortaya qoyub sülh istiqamətində konkret addımlar atmalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

2030-cu ildə heç kim telefon işlətməyəcək: Smartfonu əvəz edəcək cihaz açıqlandı

2030-cu ildə heç kim telefon işlətməyəcək: Smartfonu əvəz edəcək cihaz açıqlandı

Dünyada nə qədər pul var?

Dünyada nə qədər pul var?

Onlayn işləyənlərdən vergi sistemində ünvan TƏLƏBİ – Qanunidirmi?

Onlayn işləyənlərdən vergi sistemində ünvan TƏLƏBİ – Qanunidirmi?

"Eşref Rüya"da yeni sima - FOTO

"Eşref Rüya"da yeni sima - FOTO

Fəzail Ağamalı ilə vida mərasiminin yeri və vaxtı MƏLUM OLDU

Fəzail Ağamalı ilə vida mərasiminin yeri və vaxtı MƏLUM OLDU

Bu şəxslər pensiyaya daha tez ÇIXMALIDIR: 65 yaşı gözləməli deyillər

Bu şəxslər pensiyaya daha tez ÇIXMALIDIR: 65 yaşı gözləməli deyillər

İran dövlət televiziyası Pezeşkianın çıxışını kəsdi - Video

İran dövlət televiziyası Pezeşkianın çıxışını kəsdi - Video

“11 mərtəbəli binamı qumarda itirdim”

“11 mərtəbəli binamı qumarda itirdim”

Yağıntılı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Yağıntılı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

ABŞ daha bir gəmini vurdu - Ölənlər var - Video

ABŞ daha bir gəmini vurdu - Ölənlər var - Video

İcra hakimiyyətlərində İSLAHATLAR BAŞLADI – Nə baş verir?

İcra hakimiyyətlərində İSLAHATLAR BAŞLADI – Nə baş verir?

Həbsdən çıxan kimi anasını, həyat yoldaşını, qızını öldürdü - Türkiyədə

Həbsdən çıxan kimi anasını, həyat yoldaşını, qızını öldürdü - Türkiyədə

İnanılmaz qədər zəngin olacaq bürclər

İnanılmaz qədər zəngin olacaq bürclər

Bakı dairəvi yolda qəza: Tıxac yarandı –VİDEO

Bakı dairəvi yolda qəza: Tıxac yarandı –VİDEO

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yolda sürət həddi endirildi

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yolda sürət həddi endirildi

BİZİM TƏQVİM:10 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:10 fevralda baş vermiş tarixi hadisələr

Azərbaycan klublarının QIŞ TRANSFERLƏRİ

Azərbaycan klublarının QIŞ TRANSFERLƏRİ

Zaqatala sakini Oğuzda binanın damından YIXILDI

Zaqatala sakini Oğuzda binanın damından YIXILDI

Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” SƏRGİSİNDƏ - FOTO

Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” SƏRGİSİNDƏ - FOTO

Arda Güler tənqid hədəfinə tuş gəldi

Arda Güler tənqid hədəfinə tuş gəldi

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

End of content

No more pages to load

RADİO