Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşü olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.
Liderlərin görüşü iyunun 29-da Aşqabadda keçiriləcək Xəzər Sammiti çərçivəsində baş tutacaq.
Putin, həmçinin İran və Türkmənistan liderləri İbrahim Rəisi və Serdar Berdiməhəmmədovla da danışıqlar aparacaq.
Bizim.Media