Sputnik Armenia-dan görüş öncəsi növbəti TƏXRİBAT

"Sputnik Armenia" saytı son həftə ərzində Şuşanın ermənilərin mədəniyyət mərkəzi olması haqqında silsilə yazılar tirajlayır.

Bizim.Media məlumat verir ki, bu qəbildən olan növbəti yazı sözü gedən saytda  dünən axşam saatlarında yayımlanıb.

Diqqət çəkən bir digər məqam isə yazıların 11 yanvarda Moskvada Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının görüşü ərəfəsində paylaşmasıdır.

1919-cu ilə qədər Şuşada 15 minə yaxın erməni əhalinin yaşadığı qeyd olunan məqalədə həmin tarixdə orda erməni dilində qəzetin çap olunması da vurğulanır, daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin erməni əhaliyə qarşı etnik təmizləmə həyata keçirdiyi və məhz bu səbəblə də etnik balansın azərbaycanlıların xeyrinə dəyişdiyi bildirilir. 

Sovet dövrün də Şuşada erməni əhalinin olduqca azlıq təşkil etdiyini qeyd edildiyi məqalədə, yalnız 1992-ci ildə ermənilərin öz “doğma şəhərlərinə” qayıtdıqlarına yer verilib.

2020-ci ili isə “Ermənilərin Şuşanı yenidən itirdikləri” bir tarix olaraq təəssüflə qeyd edən sayt, bir sıra məşhur ermənilərin əslən Şuşadan olması ilə bağlı faktları da sadalayır.

Məşhur ermənilər arasında Sovet hərbi və mədəniyyət xadimləri, tibb daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərmiş alimlərin adları çəkilir.

"Sputnik Armenia" birinci hissəsi daha əvvəl yayımlanmış məqalələrdə 2017-ci ildə nəşr olunmuş Albert Xaçatryanın "Məşhur Şuşalılar" kitabına istinad edir.

Daha əvvəl bu istiqamətdə hər hansı yazı qələmə almayan "Sputnik Armenia"nın son həftə ərzində oxşar mövzulu iki məqalə yayımlaması ciddi şübhələrə əsas verir.

"Sputnik Armenia"nın fəaliyyətində erməni cəmiyyətində Şuşanın ermənilərə məxsus olması düşüncəsini yenidən oyatmaq meylləri nəzərə çarpır. Təbii ki, Ermənistan yenidən müharibəyə başlamaq və Şuşanı yenidən işğal etmək iqtidarında deyil.

Sonrakı dövrlərdə də belə bir imkanının olmayacağını yaxşı bilir. Lakin sülh razılaşmasından irəli gələn bir şərt var ki, Ermənistan məhz bu amildən istifadə etməklə Dağlıq Qarabağdakı itirilmiş mövqelərini yenidən gücləndirmək istəyir.

10 noyabrda imzalanmış sülh razılaşmasına əsasən, Dağlıq Qarabağ və ətraf ərazilərdən qaçqın düşmüş şəxslərin geri qaytarılması prosesi həyata keçirilməlidir.

Biz məsələnin daha çox özümüzlə bağlı olan hissəsinə diqqət yetirdiyimiz üçün bu bəndin açıq qalmış və təhlükəli tərəfini çox vaxt önəmsəmirik. Ermənistan rəhbərliyi və erməni icması isə 10 noyabrdan bəri bu istiqamətdə fəal diplomatik iş aparır.

Qarabağın azad olunmuş ərazilərindən qaçmış ermənilərin də “qaçqın” olaraq tanıdılmasına çalışır. Əgər bu uğurlu olarsa, o zaman ermənilər Şuşa və Hadrut başda olmaqla digər ərazilərə də qaytarılması müzakirə mövzusuna çeviriləcək.

Bəlkə ermənilər indiki anda bu ərazilərə silahla girə bilmirlər, ancaq Dağlıq Qarabağda gələcəkdə öz fəaliyyətlərini rahat icra edəcəkləri bir gün üçün yenidən özlərinə məskən salmağa çalışırlar.

"Sputnik Armenia" rəhbərliyinin xüsusilə 11 yanvar görüşü ərəfəsində belə məqalələrə yer verməsi birbaşa olaraq Ermənistan cəmiyyətində müharibə abu-havasını yenidən oyandırmağa xidmət edir.

Ən əsası da regionda qarşılıqlı sabitliyin və sülhün bərqərar olmasına ehtiyac olduğu bir zamanda bu cür fəaliyyətlər açıqca təxribat xarakteri daşıyır. 

Bu cür üst-örtülü fəaliyyətin sülhməramlı missiya ilə Qarabağda təmsil olunan Rusiyaya bağlı media qurumu tərəfindən aparılması isə mövzu ilə bağlı şübhələri daha da artırmaqla yanaşı, bölgədəki sülh fəaliyyətlərinə də kölgə salır. 

Rəvan Əliyev, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Bu BÜRCLƏR üçün ağ günlər başlayacaq

Bu BÜRCLƏR üçün ağ günlər başlayacaq

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

Lerikdə ZƏLZƏLƏ OLDU

Lerikdə ZƏLZƏLƏ OLDU

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Oğlunun fotosunu paylaşdı - FOTO

Oğlunun fotosunu paylaşdı - FOTO

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

End of content

No more pages to load

RADİO