Ermənistan Baş prokuroru Artur Davtyan Belarusa səfəri zamanı Azərbaycanın və Rusiyanın Baş prokurorları ilə görüşəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.
“Sputnik Armenina”nın məlumatına görə, bu gün Minskdə MDB Baş prokurorlarının Koordinasiya Şurasının 32-ci iclası keçiriləcək.
Baş prokurorların əldə olunmuş razılaşmaların reallaşdırılmasını müzakirə edəcəyi gözlənilir.
Bizim.Media