Cinayət mühakimə icraatı bu qaydada APARILACAQ – YENİLİK

Cinayət mühakimə icraatı elektron qaydada aparılacaq.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əks olunub.

Layihəyə əsasən, elektron qaydada cinayət mühakimə icraatı bu Məcəllənin 51-2-ci və 51-3-cü maddələrində nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllə ilə müəyyən edilmiş ümumi qaydalara uyğun olaraq həyata keçiriləcək.

Cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Cinayət mühakimə icraatının elektron qaydada aparılması zamanı sənəd dövriyyəsinin və cinayət-prosessual fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə ediləcək.

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədlər kağız daşıyıcıda olan sənədlərlə eyni hüquqi qüvvəyə malik olacaq.

Bu Məcəllədə kağız daşıyıcıda tərtib olunması nəzərdə tutulan sənədlər gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitələri ilə imzalanmaqla göndərilə, saxlanıla və yoxlanıla biləcək.

Kağız daşıyıcıda verilmiş və ya tərtib edilmiş sənədlər cinayət mühakimə icraatını elektron qaydada aparan təhqiqatçı, müstəntiq, prokuror və ya hakim tərəfindən gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitələri ilə imzalanmaqla müvafiq informasiya sistemlərinə yüklənəcək.

İstintaq və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda cinayət prosesini həyata keçirən orqan müvafiq informasiya sistemi vasitəsilə göndərilmiş sənədin əslini tələb edə biləcək.

Cinayət mühakimə icraatı elektron qaydada aparıldıqda cinayət təqibi üzrə materialların məhv edilməsinin qarşısının alınması məqsədilə onların ehtiyat nüsxəsinin formalaşdırılaraq saxlanılması cinayət prosesini həyata keçirən orqanlar tərəfindən təmin ediləcək.

Bundan əlavə, məhkəməyədək icraat da elektron qaydada aparılacaq.

Layihəyə əsasən, elektron qaydada məhkəməyədək icraat cinayət təqibi orqanlarının müvafiq informasiya sistemləri vasitəsilə həyata keçirilir. Prosessual sənədlər və digər məlumatlar bu Məcəllə ilə müəyyən edilmiş qaydalara uyğun olaraq cinayət təqibi orqanlarının müvafiq informasiya sistemləri vasitəsilə elektron qaydada mübadilə edilə biləcək.
 

Cinayət təqibi orqanlarının müvafiq informasiya sistemlərində cinayət prosesinin iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq, prosessual sənədləri göndərmək və qəbul etmək, habelə prosessual hərəkətlərdə iştirak etmək imkanlarını təmin edən elektron kabinet yaradılacaq.


Məhkəməyədək icraat elektron qaydada həyata keçirildikdə cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər cinayət təqibi orqanlarının müvafiq informasiya sistemlərində qeydiyyatdan keçmişlərsə, bu Məcəlləyə əsasən həmin şəxslərə verilməsi nəzərdə tutulmuş prosessual sənədlər və digər məlumatlar onların electron kabinetlərində yerləşdiriləcək. Bu barədə həmin şəxslərə cinayət təqibi orqanlarının müvafiq informasiya sistemləri vasitəsilə electron qaydada (electron poçt və SMS vasitəsilə) məlumat veriləcək.

Sənəd elektron kabinetdə yerləşdirildikdə və bu barədə sənədin göndərildiyi şəxsə məlumatın electron qaydada verilməsi təmin edildikdə o, rəsmi qaydada verilmiş hesab ediləcək.
Bu Məcəllənin 51-2.3-cü maddəsində nəzərdə tutulmuş şəxslər bu Məcəlləyə əsasən cinayət təqibi orqanına təqdim etmək hüququna malik olduqları prosessual sənədləri müvafiq electron kabinetləri vasitəsilə göndərə biləcəklər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Banklar bu şəxslərə kredit verməyəcək

Banklar bu şəxslərə kredit verməyəcək

İtkin kimi axtarılan 8 nəfər TAPILDI

İtkin kimi axtarılan 8 nəfər TAPILDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

Gürcüstanla bağlı Komissiyanın yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM

Gürcüstanla bağlı Komissiyanın yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM

Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – ADLAR

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – ADLAR

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda ov mövsümü BAŞLADI

Azərbaycanda ov mövsümü BAŞLADI

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

Beyləqanda məktəbdə hazırladıqları qidadan zəhərlənən uşaqların SON DURUMU

Beyləqanda məktəbdə hazırladıqları qidadan zəhərlənən uşaqların SON DURUMU

Bu ölkədə gecə saatlarında spirtli içki satışını yasaqlayırlar

Bu ölkədə gecə saatlarında spirtli içki satışını yasaqlayırlar

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramıdır

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramıdır

Altı il öncə bu gün – 10 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 10 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Dənizin dibində 2 min illik üzük tapıldı

Dənizin dibində 2 min illik üzük tapıldı

Ramzan Kadırov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi

Ramzan Kadırov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi

Türkiyədə 15 yaşdan kiçik uşaqlar üçün sosial mediaya giriş QADAĞAN EDİLİR

Türkiyədə 15 yaşdan kiçik uşaqlar üçün sosial mediaya giriş QADAĞAN EDİLİR

Neft BAHALAŞDI

Neft BAHALAŞDI

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Sürücülərin NƏZƏRİNƏ: Yollarda duman var

Sürücülərin NƏZƏRİNƏ: Yollarda duman var

End of content

No more pages to load

RADİO