Baş prokuror Belarusda səfərdədir - FOTO

Azərbaycanın baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak etmək məqsədi ilə Minsk şəhərinə səfərə gedib.

Bizim.Media xəbər verir ki, səfərin ilk günü ölkəmizin Belarusdakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edildi.

Daha sonra Belarus Baş Prokurorluğu ilə ikitərəfli görüş keçirildi.

Belarus həmkarı Aleksandr Şvedə qonaqpərvərliyə görə təşəkkürünü bildirən Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib.

Dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün istiqamətlərdə olduğu kimi, hüquqi sahədə də reallaşdırılan islahatlar, o cümlədən səmərəli dövlət idarəetməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yüksəldilməsi ilə bağlı tədbirlər və əldə olunmuş nailiyyətləri haqqında ətraflı məlumat verilib.

Belarusun Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən Aleksandr Şved iki ölkənin prokurorluq orqanları arasında münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirib, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində ümumi marağın mövcudluğunu vurğulayıb.
Görüşdə ölkəmizin Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev iştirak edib.

Həmçinin, baş prokuror Kamran Əliyev qazaxıstanlı həmkarı Berik Asılovla görüş keçirərək, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edib, gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında, o cümlədən ötən ilin noyabr ayında Bakıda təsis edilmiş Türk Dövlətlərinin Baş Prokurorlar Şurası platforması çərçivəsində və prokurorluqlarımız arasında imzalanmış bir sıra sənədlərin icrası mexanizmləri ilə bağlı fikir mübadiləsi apardı. Nümayəndə heyətinin Belarusa səfəri davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayət mühakimə icraatı bu qaydada APARILACAQ – YENİLİK

Cinayət mühakimə icraatı bu qaydada APARILACAQ – YENİLİK

"Kasıba ərə getmişdim, qayınanam toydan sonra qızıllarımı əlimdən almışdı"

"Kasıba ərə getmişdim, qayınanam toydan sonra qızıllarımı əlimdən almışdı"

Sabah da Bakıya qar yağacaq - Yollar buz bağlayacaq

Sabah da Bakıya qar yağacaq - Yollar buz bağlayacaq

YANACAQ BÖHRANI: Bu aviaşirkət Kubaya uçuşları dayandırır

YANACAQ BÖHRANI: Bu aviaşirkət Kubaya uçuşları dayandırır

Ceyhun Bayramov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdü - FOTO

Ceyhun Bayramov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdü - FOTO

Ödənilməyən cərimələr bu qaydada TUTULACAQ

Ödənilməyən cərimələr bu qaydada TUTULACAQ

“Şamaxı” - “Qarabağ” oyunu təxirə salınacaq?

“Şamaxı” - “Qarabağ” oyunu təxirə salınacaq?

16 yaşa qədər uşaqlara sosial şəbəkə qadağası Milli Məclisin GÜNDƏMİNDƏ

16 yaşa qədər uşaqlara sosial şəbəkə qadağası Milli Məclisin GÜNDƏMİNDƏ

Bank hesablarından vəsaitlər BU ÜSULLA oğurlanır

Bank hesablarından vəsaitlər BU ÜSULLA oğurlanır

Qanun DƏYİŞİR – Bunlar ixtira hesab olunmayacaq

Qanun DƏYİŞİR – Bunlar ixtira hesab olunmayacaq

Yaradılan ixtiraya görə işçi və işəgötürən arasında gəlirlər belə BÖLÜŞDÜRÜLƏCƏK

Yaradılan ixtiraya görə işçi və işəgötürən arasında gəlirlər belə BÖLÜŞDÜRÜLƏCƏK

DİQQƏT! Bu qəsəbədə qaz kəsiləcək

DİQQƏT! Bu qəsəbədə qaz kəsiləcək

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına qarşılanacaq – SİYAHI

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına qarşılanacaq – SİYAHI

Asbestdən istifadə QADAĞASI QƏBUL OLUNDU

Asbestdən istifadə QADAĞASI QƏBUL OLUNDU

Eldar bu dəfə Münxendə - FOTO

Eldar bu dəfə Münxendə - FOTO

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını RATİFİKASİYA ETDİ

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını RATİFİKASİYA ETDİ

Siyavuş Novruzov: “Təqaüdçünün son ümidini də əlindən alırlar”

Siyavuş Novruzov: “Təqaüdçünün son ümidini də əlindən alırlar”

Rusiya Ermənistanı YENƏ şantaj etdi

Rusiya Ermənistanı YENƏ şantaj etdi

Ruben Vardanyanın məhkəməsi davam etdirilir

Ruben Vardanyanın məhkəməsi davam etdirilir

Vüsalədən qızı ilə PAYLAŞIM: “Həyatıma gəlişin çiynimə elə yük qoydu ki…” - VİDEO

Vüsalədən qızı ilə PAYLAŞIM: “Həyatıma gəlişin çiynimə elə yük qoydu ki…” - VİDEO

ASCO sədri özünə yeni köməkçi təyin etdi

ASCO sədri özünə yeni köməkçi təyin etdi

Nərimanın transferinə görə rekord məbləğ ÖDƏNİLƏCƏK

Nərimanın transferinə görə rekord məbləğ ÖDƏNİLƏCƏK

Xəzərin sahilində quş cəsədləri aşkarlandı – VİDEO

Xəzərin sahilində quş cəsədləri aşkarlandı – VİDEO

İranda daha bir siyasətçi həbs edildi

İranda daha bir siyasətçi həbs edildi

End of content

No more pages to load

RADİO