DTX rəisi Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşdü

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Baueri səlahiyyət müddətinin başa çatması və xanım Draqana Kojiçi nümayəndəliyin yeni rəhbəri təyin olunması ilə əlaqədar qəbul edib.

DTX-nın Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Komissiya sədri Əli Nağıyev görüş zamanı BQXK-nin humanitar fəaliyyətinə toxunaraq ölkəmiz ilə sözügedən qurum arasında mövcud münasibətlərdən, Birinci Qarabağ və Vətən müharibələri zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarına məxsus meyit qalıqlarının axtarışı, ekshumasiyası və eyniləşdirilməsi sahəsində Dövlət Komissiyasının BQXK ilə sıx əməkdaşlığından ətraflı bəhs edib, təşkilatın respublikamızda 30 ilə yaxın müddət ərzində həyata keçirdiyi humanitar missiya barədə fikirlərini bölüşüb, bu missiya sayəsində daha uğurlu nəticələrin əldə olunacağına inamını ifadə edib.

Bununla yanaşı, itkin düşmüş şəxslərlə bağlı məsələnin yüksək həssaslığını, onların ailə üzvlərinin intizar və narahatlıqlarına tez bir zamanda son qoyulmasının əsas vəzifə kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəlik nəzarətində olduğunu nəzərə alaraq, həmin şəxslər barədə məlumatların Ermənistan tərəfindən Azərbaycana verilməsində BQXK-nin vasitəçiliyinin gücləndirilməsinin zəruriliyi, müvafiq yönümdə fəaliyyət intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.

Sonra Dövlət Komissiyasının sədri Əli Nağıyev Arian Bauerə ölkəmizdə çalışdığı dövrdə göstərdiyi ciddi səylərə görə təşəkkürünü bildirərək gələcək işlərində müvəffəqiyyətlər arzulayıb, Draqana Kojiçi bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Səmimi qəbula görə minnətdarlıq edən Arian Bauer təsisatın Azərbaycandakı nümayəndəliyinə rəhbərliyi dövründə BQXK tərəfindən Qarabağ münaqişəsinin doğurduğu fəsadlardan ziyan görmüş vətəndaşlarımıza göstərilən humanitar yardım, o cümlədən itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində reallaşdırılan mühüm layihələr və önəmli tədbirlər barədə məlumat verib.

Öz növbəsində qonaqpərvərliyə və isti qarşılanmaya görə təşəkkürünü çatdıran Draqana Kojiç Azərbaycanla BQXK arasında formalaşmış qarşılıqlı səmərəli əlaqələrin bundan sonra da davamlı inkişaf edəcəyinə ümidvar olduğunu demiş, qarşıda duran vəzifələrin həlli yolunda var-qüvvə ilə çalışacağını diqqətə çatdırıb.
Görüşdə həmçinin digər vacib məqamlar ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayət mühakimə icraatı bu qaydada APARILACAQ – YENİLİK

Cinayət mühakimə icraatı bu qaydada APARILACAQ – YENİLİK

"Kasıba ərə getmişdim, qayınanam toydan sonra qızıllarımı əlimdən almışdı"

"Kasıba ərə getmişdim, qayınanam toydan sonra qızıllarımı əlimdən almışdı"

Sabah da Bakıya qar yağacaq - Yollar buz bağlayacaq

Sabah da Bakıya qar yağacaq - Yollar buz bağlayacaq

YANACAQ BÖHRANI: Bu aviaşirkət Kubaya uçuşları dayandırır

YANACAQ BÖHRANI: Bu aviaşirkət Kubaya uçuşları dayandırır

Ceyhun Bayramov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdü - FOTO

Ceyhun Bayramov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdü - FOTO

Ödənilməyən cərimələr bu qaydada TUTULACAQ

Ödənilməyən cərimələr bu qaydada TUTULACAQ

“Şamaxı” - “Qarabağ” oyunu təxirə salınacaq?

“Şamaxı” - “Qarabağ” oyunu təxirə salınacaq?

16 yaşa qədər uşaqlara sosial şəbəkə qadağası Milli Məclisin GÜNDƏMİNDƏ

16 yaşa qədər uşaqlara sosial şəbəkə qadağası Milli Məclisin GÜNDƏMİNDƏ

Bank hesablarından vəsaitlər BU ÜSULLA oğurlanır

Bank hesablarından vəsaitlər BU ÜSULLA oğurlanır

Qanun DƏYİŞİR – Bunlar ixtira hesab olunmayacaq

Qanun DƏYİŞİR – Bunlar ixtira hesab olunmayacaq

Yaradılan ixtiraya görə işçi və işəgötürən arasında gəlirlər belə BÖLÜŞDÜRÜLƏCƏK

Yaradılan ixtiraya görə işçi və işəgötürən arasında gəlirlər belə BÖLÜŞDÜRÜLƏCƏK

DİQQƏT! Bu qəsəbədə qaz kəsiləcək

DİQQƏT! Bu qəsəbədə qaz kəsiləcək

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına qarşılanacaq – SİYAHI

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına qarşılanacaq – SİYAHI

Asbestdən istifadə QADAĞASI QƏBUL OLUNDU

Asbestdən istifadə QADAĞASI QƏBUL OLUNDU

Eldar bu dəfə Münxendə - FOTO

Eldar bu dəfə Münxendə - FOTO

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını RATİFİKASİYA ETDİ

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını RATİFİKASİYA ETDİ

Siyavuş Novruzov: “Təqaüdçünün son ümidini də əlindən alırlar”

Siyavuş Novruzov: “Təqaüdçünün son ümidini də əlindən alırlar”

Rusiya Ermənistanı YENƏ şantaj etdi

Rusiya Ermənistanı YENƏ şantaj etdi

Ruben Vardanyanın məhkəməsi davam etdirilir

Ruben Vardanyanın məhkəməsi davam etdirilir

Vüsalədən qızı ilə PAYLAŞIM: “Həyatıma gəlişin çiynimə elə yük qoydu ki…” - VİDEO

Vüsalədən qızı ilə PAYLAŞIM: “Həyatıma gəlişin çiynimə elə yük qoydu ki…” - VİDEO

ASCO sədri özünə yeni köməkçi təyin etdi

ASCO sədri özünə yeni köməkçi təyin etdi

Nərimanın transferinə görə rekord məbləğ ÖDƏNİLƏCƏK

Nərimanın transferinə görə rekord məbləğ ÖDƏNİLƏCƏK

Xəzərin sahilində quş cəsədləri aşkarlandı – VİDEO

Xəzərin sahilində quş cəsədləri aşkarlandı – VİDEO

İranda daha bir siyasətçi həbs edildi

İranda daha bir siyasətçi həbs edildi

End of content

No more pages to load

RADİO