Gömrük Komitəsində aparılan əməliyyatlara MÜNASİBƏT: “İslahatlara mane olan bütün qüvvələr təmizlənməlidir”

Dövlət Gömrük Komitəsinin yüksək vəzifəlilərinin fəaliyyəti ilə bağlı aparılan əməliyyatlar aktual məsələ olaraq qalır. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində DGK-nin bir sıra yüksək rütbəli məmurunun saxlanıldığı iddia olunur.

Əməliyyat vaxtı ölkəyə mal idxal edən şirkətlərin bir çoxunun vergidən yayınması, sənədlərin saxtalaşdırılması, idxal edilən malların miqdarının realda olduğu qədər göstərilməməsi və dəyərləndirilməməsi kimi faktların üzə çıxdığı bildirilir. 

Xüsusilə Binə və Sədərək Ticarət Mərkəzlərində yerləşən şirkətlərin anbarlarında keçirilən əməliyyatlardan da aydın olur ki, məqsəd ümumilikdə gömrük orqanlarındakı islahatlara, tətbiq edilən yeniliklərə yönəlmiş addımdır. 
 

MÖVZU İLƏ BAĞLI:

“Gömrükdə rüşvət olarsa, istefa verəcəm” deyən Səfər Mehdiyev sözünə əməl edəcəkmi? - AÇIQLAMA


Milli Məclisin üzvü Vüqar İsgəndərovun Bizim.Media-ya verdiyi açıqlamaya görə, sözügedən əməliyyat Dövlət Gömrük Komitəsinin fəaliyyətində şəffaflığın təmin olunması və vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi sahəsində atılan addımlardan biridir:

“Azərbaycan Prezidentinin apardığı islahatlar prosesi bütün sahələrdə özünü artıq müsbət şəkildə biruzə verib. Bu sırada gömrük orqanları ölkənin iqtisadi həyatında olduqca mühüm yerdə dayanır. Amma davamlı olaraq bu qurumdan şikayətlər daxil olur, komitənin bəzi vəzifəliləri gömrük sahəsində son illər həyata keçirilən islahatlara maneçilik törətdiyi deyilirdi.

Bu isə iqtisadiyyatın və beynəlxalq ticarətin inkişafındakı rolu axsadır.
 

DTX-nın apardığı əməliyyat gömrük işinin səmərəli təşkili və şəffaflığın təmin olunmasına yönəlik addımdır.


Bu əməliyyat gömrük orqanlarının modernləşdirilməsi, kadrların potensialının gücləndirilməsi, qurumun fəaliyyətində həm də hesabatlılığın təmin olunmasına xidmət edəcək.

Nəticə etibarilə komitə vətəndaşlara daha açıq olacaq. Paralel olaraq isə beynəlxalq ticarətin asanlaşdırılmasına mühüm töhfələr verəcək. Ümumiyyətlə isə islahatlara gedən yolda maneələr aradan qaldırılmalı, ona mane olan bütün qüvvələr təmizlənməlidir”.

Ağ partiyasının sədri Tural Abbaslı isə açıqlamasında bildirib ki, islahatlara yönəlik bütün tədbirləri yüksək qiymətləndirir:

“Əməliyyatın detalları konkretləşmədən, üzə çıxamadan, kimlər həbs olunub, yaxud əməliyyatın nəyin ətrafında aparılmasını və miqyasını demək mümkün deyil. Amma hər halda Dövlət Təhlükəsizliyi Xidmətinin bundan öncə də icra hakimiyyətlərində, Mədəniyyət, Müdafiə və Xarici İşlər nazirliklərində əməliyyatları baş tutmuşdu.

Bu addım siyasi elita tərəfindən də müsbət qarşılanıb.

Adətən DTX əməliyyat keçirərkən görüntüləri ictimailəşdirir, faktlar qoyur. Cəmiyyətin bu əməliyyatlara etibarı digər qurumlardan daha çoxdur. Ona görə də mən düşünmürəm ki, burada kimisə vurmaq və ya rəhbəri qaldırmaq üçün qərəz olsun.

Belə bir əməliyyat varsa, hər halda ortada neqativ hallar var və bunlar aradan qaldırılmalıdır. Dəfələrlə Dövlət Kömrük Komitəsindən, iş adamlarından tutmuş sadə vətəndaşlara qədər, müxtəlif səpkili şikayətlər olur. O baxımdan gözlənilən idi.

Əsas odur ki, bu tədbirlərdən nəticə çıxarılsın. Komitənin fəaliyyəti şəffaflaşdırılsın, cəmiyyət üçün açıq olsun və ictimaiyyətin gömrük rüsumları, şəxsi mallara qarşı qoyulan limitlə bağlı tələbləri nəzərə alınsın. Bu əməliyyat ona kömək edəcəksə, nə yaxşı...”
Turl Abbaslı əlavə edib ki, cəmiyyət üçün maraqlıdır ki, bu cür əməliyyat və proseslər onların gündəlik həyatına müsbət təsir etsin.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Anfisa Çexova ailə qurdu – FOTO

Anfisa Çexova ailə qurdu – FOTO

Cinayət mühakimə icraatı bu qaydada APARILACAQ – YENİLİK

Cinayət mühakimə icraatı bu qaydada APARILACAQ – YENİLİK

"Kasıba ərə getmişdim, qayınanam toydan sonra qızıllarımı əlimdən almışdı"

"Kasıba ərə getmişdim, qayınanam toydan sonra qızıllarımı əlimdən almışdı"

Sabah da Bakıya qar yağacaq - Yollar buz bağlayacaq

Sabah da Bakıya qar yağacaq - Yollar buz bağlayacaq

YANACAQ BÖHRANI: Bu aviaşirkət Kubaya uçuşları dayandırır

YANACAQ BÖHRANI: Bu aviaşirkət Kubaya uçuşları dayandırır

Ceyhun Bayramov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdü - FOTO

Ceyhun Bayramov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdü - FOTO

Ödənilməyən cərimələr bu qaydada TUTULACAQ

Ödənilməyən cərimələr bu qaydada TUTULACAQ

“Şamaxı” - “Qarabağ” oyunu təxirə salınacaq?

“Şamaxı” - “Qarabağ” oyunu təxirə salınacaq?

16 yaşa qədər uşaqlara sosial şəbəkə qadağası Milli Məclisin GÜNDƏMİNDƏ

16 yaşa qədər uşaqlara sosial şəbəkə qadağası Milli Məclisin GÜNDƏMİNDƏ

Bank hesablarından vəsaitlər BU ÜSULLA oğurlanır

Bank hesablarından vəsaitlər BU ÜSULLA oğurlanır

Qanun DƏYİŞİR – Bunlar ixtira hesab olunmayacaq

Qanun DƏYİŞİR – Bunlar ixtira hesab olunmayacaq

Yaradılan ixtiraya görə işçi və işəgötürən arasında gəlirlər belə BÖLÜŞDÜRÜLƏCƏK

Yaradılan ixtiraya görə işçi və işəgötürən arasında gəlirlər belə BÖLÜŞDÜRÜLƏCƏK

DİQQƏT! Bu qəsəbədə qaz kəsiləcək

DİQQƏT! Bu qəsəbədə qaz kəsiləcək

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına qarşılanacaq – SİYAHI

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına qarşılanacaq – SİYAHI

Asbestdən istifadə QADAĞASI QƏBUL OLUNDU

Asbestdən istifadə QADAĞASI QƏBUL OLUNDU

Eldar bu dəfə Münxendə - FOTO

Eldar bu dəfə Münxendə - FOTO

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını RATİFİKASİYA ETDİ

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını RATİFİKASİYA ETDİ

Siyavuş Novruzov: “Təqaüdçünün son ümidini də əlindən alırlar”

Siyavuş Novruzov: “Təqaüdçünün son ümidini də əlindən alırlar”

Rusiya Ermənistanı YENƏ şantaj etdi

Rusiya Ermənistanı YENƏ şantaj etdi

Ruben Vardanyanın məhkəməsi davam etdirilir

Ruben Vardanyanın məhkəməsi davam etdirilir

Vüsalədən qızı ilə PAYLAŞIM: “Həyatıma gəlişin çiynimə elə yük qoydu ki…” - VİDEO

Vüsalədən qızı ilə PAYLAŞIM: “Həyatıma gəlişin çiynimə elə yük qoydu ki…” - VİDEO

ASCO sədri özünə yeni köməkçi təyin etdi

ASCO sədri özünə yeni köməkçi təyin etdi

Nərimanın transferinə görə rekord məbləğ ÖDƏNİLƏCƏK

Nərimanın transferinə görə rekord məbləğ ÖDƏNİLƏCƏK

Xəzərin sahilində quş cəsədləri aşkarlandı – VİDEO

Xəzərin sahilində quş cəsədləri aşkarlandı – VİDEO

End of content

No more pages to load

RADİO