Lavrovun Bakı səfəri - Rusiya niyə Azərbaycana meylini artırıb? - TƏHLİL

İyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri baş tutacaq.

Rusiyalı nazirin səfərinin hansı atmosferdə keçəcəyi və onun Bakıdan hansı təəssüratlarla ayrılacağını demək çətindir. Lakin regionun və beynəlxalq arenanın siyasi konyukturası səfərin məqsədi və mümkün nəticələri ilə bağlı fikir yürütməyə imkan verir.

İlk olaraq qeyd edək ki, bu səfəri sadəcə Rusiya və Azərbaycan arasındakı qarşılıqlı münasibətlər səviyyəsində yox, daha geniş spektrdə dəyərləndirməyə ehtiyac var.
 

Lavrovun Azərbaycana səfəri Rusiyalı nazirin iyunun əvvəlində Türkiyəyə, ardınca isə Ermənistana səfərləri ilə birbaşa əlaqəli prosesdir.


Bəllidir ki, Rusiya hər üç ölkə ilə münasibətlərin qorunmasında və gələcəkdə öz maraqları istiqamətində inkişaf etdirilməsində istəklidir. Bakı səfəri də bu baxımdan Lavrovun “diplomatik missiyası”-nın ən önəmli dayanacaqlarından biridir.

İkinci amil isə, son ay ərzində Qərb, xüsusilə də ABŞ rəsmilərinin Cənubi Qafqaza intensiv səfərləri ilə bağlıdır.

Rusiya ABŞ-ın Cənubi Qafqazdakı münasibətlərin nizamlanmasında maraqlı olduğunun fərqindədir. Bu marağın Qarabağ məsələsi ilə yanaşı enerji təhlükəsizliyi, Rusiyanın regiondan sıxışdırılması və sanksiya siyasətinin gücləndirilməsi ilə bağlı olduğu da məlumdur. ABŞ-ın sanksiya siyasətinə qoşulmayan region dövlətlərinin gələcək seçimləri isə Rusiyanın regiondakı maraqları üçün həyati əhəmiyyətə malikdir. 

Hər iki amil Lavrovun “diplomatik missiyası”-nın Bakı səfərinin də yumşaq tonda keçəcəyini deməyə əsas verir.

Çünki Rusiya Cənubi Qafqazda həm gücünə, həm də strateji əhəmiyyətinə görə üstünlük sahibi olan Azərbaycanla münasibətlərini qoruyub saxlamaqda və mümkün olduğu həddə qədər inkişaf etdirməkdə maraqlıdır. Rusiyaya qarşı enerji sanksiyalarının gündəmə gəldiyi bir dövrdə Qərb üçün əsas enerji dəhlizi hesab olunan Azərbaycan Rusiya üçün ikiqat önəmli bir mövqeyə malikdir. Bu şəraitdə Rusiya üçün “yumşaq dil”, sərt sözlərdən daha çox xeyir verə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov Azərbaycana səfər edəcək - TELEFON DANIŞIĞI


Lavrovun səfəri Azərbaycanın milli maraqları çərçivəsində müsbət nəticələrlə yadda qalması gözləniləndir.

Çünki Rusiya Azərbaycanın hazırkı rasional və balanslı mövqeyini qorumasının onun üçün həyati əhəmiyyətini başa düşür. Lakin bu mövqeyi qorumağın yalnız Azərbaycanın milli maraqlarının təmin olunacağı və bu vəziyyətin Azərbaycan üçün sərfəli olduğu təqdirdə mümkün olacağının fərqindədir. 

Bu şərtlərdə Rusiya hər hansı formada təhdid və təzyiq dili ilə danışmağın nəticəsizliyini, əks-reaksiyaya səbəb olacağını da başa düşür. Azərbaycanın maraqları, istəkləri və tələbləri ilə razılaşmadan, onları təmin etmədən, bir sözlə güzəştə getmədən nəticəyə nail olmaq çox çətindir.

Lavrovun səfərinin cari mövzulardan daha çox uzunmüddətli və strateji əməkdaşlıq məsələlərinə hesablanacağını da demək mümkündür.

Rusiya üçün Cənubi Qafqazın aparıcı gücü olan Azərbaycanın qlobal siyasi diskursda tutduğu hazırkı mövqe olduqca əlverişlidir. Rusiya bu balansın pozulmasının onun üçün ikinci cəbhə açılması və Cənubi Qafqazın birdəfəlik itirilməsi ilə nəticələnəcəyinin fərqindədir. 

Bu səbəblə də mövcud “status-kvo”-nun qorunub saxlanması, yəni Azərbaycanın anti-Rusiya koalisiyasına qoşulmasının qarşısının alınması olduqca vacibdir. Rusiya Azərbaycanın mövcud situasiyadan yaralanacağının və bir sıra tələblər irəli sürəcəyinin fərqindədir.
 

Müzakirə predmetini daha uzunmüddətli və strateji mövzulara çevirmək Rusiya üçün labüd güzəştdən boyun qaçırmağa və Lavrova manevr imkanlarını artırmağa imkan verə bilər. 


Mövcud şərtlər daxilində Lavrovun hansı məqsədləri hədəfləməsindən asılı olmayaraq Azərbaycanın mövqeyinin həlledici olacağını demək mümkündür. Təbii ki, Lavrov Rusiyanın maraqlarını mümkün olan ən minimal güzəştlərlə təmin etməyə çalışacaq. Lakin istənilən halda Rusiya üçün nəticə önəmlidir və bu nəticə təkcə Cənubi Qafqazda yox, qlobal miqyasda Rusiyanın vəziyyətinə birbaşa təsir etmək gücündədir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Leyla Əliyeva sərgidə - FOTO

Leyla Əliyeva sərgidə - FOTO

Anfisa Çexova ailə qurdu – FOTO

Anfisa Çexova ailə qurdu – FOTO

Cinayət mühakimə icraatı bu qaydada APARILACAQ – YENİLİK

Cinayət mühakimə icraatı bu qaydada APARILACAQ – YENİLİK

"Kasıba ərə getmişdim, qayınanam toydan sonra qızıllarımı əlimdən almışdı"

"Kasıba ərə getmişdim, qayınanam toydan sonra qızıllarımı əlimdən almışdı"

Sabah da Bakıya qar yağacaq - Yollar buz bağlayacaq

Sabah da Bakıya qar yağacaq - Yollar buz bağlayacaq

YANACAQ BÖHRANI: Bu aviaşirkət Kubaya uçuşları dayandırır

YANACAQ BÖHRANI: Bu aviaşirkət Kubaya uçuşları dayandırır

Ceyhun Bayramov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdü - FOTO

Ceyhun Bayramov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdü - FOTO

Ödənilməyən cərimələr bu qaydada TUTULACAQ

Ödənilməyən cərimələr bu qaydada TUTULACAQ

“Şamaxı” - “Qarabağ” oyunu təxirə salınacaq?

“Şamaxı” - “Qarabağ” oyunu təxirə salınacaq?

16 yaşa qədər uşaqlara sosial şəbəkə qadağası Milli Məclisin GÜNDƏMİNDƏ

16 yaşa qədər uşaqlara sosial şəbəkə qadağası Milli Məclisin GÜNDƏMİNDƏ

Bank hesablarından vəsaitlər BU ÜSULLA oğurlanır

Bank hesablarından vəsaitlər BU ÜSULLA oğurlanır

Qanun DƏYİŞİR – Bunlar ixtira hesab olunmayacaq

Qanun DƏYİŞİR – Bunlar ixtira hesab olunmayacaq

Yaradılan ixtiraya görə işçi və işəgötürən arasında gəlirlər belə BÖLÜŞDÜRÜLƏCƏK

Yaradılan ixtiraya görə işçi və işəgötürən arasında gəlirlər belə BÖLÜŞDÜRÜLƏCƏK

DİQQƏT! Bu qəsəbədə qaz kəsiləcək

DİQQƏT! Bu qəsəbədə qaz kəsiləcək

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına qarşılanacaq – SİYAHI

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına qarşılanacaq – SİYAHI

Asbestdən istifadə QADAĞASI QƏBUL OLUNDU

Asbestdən istifadə QADAĞASI QƏBUL OLUNDU

Eldar bu dəfə Münxendə - FOTO

Eldar bu dəfə Münxendə - FOTO

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını RATİFİKASİYA ETDİ

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını RATİFİKASİYA ETDİ

Siyavuş Novruzov: “Təqaüdçünün son ümidini də əlindən alırlar”

Siyavuş Novruzov: “Təqaüdçünün son ümidini də əlindən alırlar”

Rusiya Ermənistanı YENƏ şantaj etdi

Rusiya Ermənistanı YENƏ şantaj etdi

Ruben Vardanyanın məhkəməsi davam etdirilir

Ruben Vardanyanın məhkəməsi davam etdirilir

Vüsalədən qızı ilə PAYLAŞIM: “Həyatıma gəlişin çiynimə elə yük qoydu ki…” - VİDEO

Vüsalədən qızı ilə PAYLAŞIM: “Həyatıma gəlişin çiynimə elə yük qoydu ki…” - VİDEO

ASCO sədri özünə yeni köməkçi təyin etdi

ASCO sədri özünə yeni köməkçi təyin etdi

Nərimanın transferinə görə rekord məbləğ ÖDƏNİLƏCƏK

Nərimanın transferinə görə rekord məbləğ ÖDƏNİLƏCƏK

End of content

No more pages to load

RADİO