Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanda zəlzələ ilə bağlı başsağlığı verib.
Bizim.Media xəbər verir ki, XİN bu barədə “Twitter“ hesabında paylaşım edib.
“Əfqanıstandakı dağıdıcı zəlzələ nəticəsində faciəli insan itkisi və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”, - qeyd olunub.
Bizim.Media
