Özbəkistan və Azərbaycanın qurumları arasında bir sıra sənədlər imzalandı

Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib. 

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, biznes forum çərçivəsində iki ölkənin müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb. 

“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində Memorandum”u agentliyin İdarə Heyətinin sədri Kamran İmanov və Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında 2022-ci il üçün turizm sahəsi üzrə əməkdaşlıq Proqramı”nı Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Özbəkistanın turizm və mədəni irs nazirinin müavini Baxtiyor İbrahimov, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında Anlaşma Memorandumu”nu ölkəmizin energetika naziri Pərviz Şahbazov və Özbəkistanın energetika nazirinin birinci müavini Azim Ahmedxacayev imzalayıblar. 

Həmçinin “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Özbəkistan Respublikasının “Özarxiv” Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”i Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov və Özbəkistanın “Özarxiv” Agentliyinin sədri Uluqbek Yusubov, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu”nu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO” ilə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Özbəkistanın İxracın Təşviqi Agentliyinin direktoru Uluqbek Muradov, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu agentliyin rəhbəri Yusif Abdullayev və Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Agentliyin direktoru Uluqbek Kasimxocayev imzalayıblar. 

Bundan əlavə imzalanan sənədlər arasında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov tərəfindən imzalanan “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Özbəkistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərmaş”ın İdarə Heyətinin sədri Emin Axundov və “Uzavtosanoat”ın sədrinin müavini Sardor Taciyev tərəfindən imzalanan “Azərmaş” ASC ilə “Uzavtosanoat” SC arasında Azərbaycanda avtomobil istehsalının lokallaşdırılmasına dair Memorandum”, “NərgizMED”in direktoru Məlahət Şahramanova və “Meri Naturel”in direktoru Miravzal Mirsadikov tərəfindən imzalanan “Azərbaycanın “NərgizMED” şirkəti ilə Özbəkistanın “Meri Naturel” şirkəti arasında məhsulların Özbəkistana ixracına dair Memorandum” da var. 

“Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə “Uztekstilprom” Assosiasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədrinin müavini Səkinə Babayeva və “Uztekstilprom” Assosiasiyasının sədrinin müavini Mirmuxsin Sultanov, “Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası ilə “Uzpromstroymaterialı” Assosiasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Tikintin Materialları İstehsalçıları Assosiasiyasının sədrinin müavini Mayis Qasımov və “Uzpromstroymaterialı” Assosiasiyasının sədrinin birinci müavini Azizbek Baxodırov imzalayıblar. 

Həmçinin Forum çərçivəsində keçirilən görüşlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov və Özbəkistanın innovativ inkişaf naziri İbroxim Abduraxmonov imzalayıblar. 

Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistan Respublikası Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Sənədi AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov və Özbəkistan Milli Elmlər Akademiyası adından akademik Yuldaşev Bexzod imzalayıb. 

Tədbir hər iki ölkənin biznes nümayəndələri arasında ikitərəfli görüşlərlə davam edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Leyla Əliyeva sərgidə - FOTO

Leyla Əliyeva sərgidə - FOTO

Anfisa Çexova ailə qurdu – FOTO

Anfisa Çexova ailə qurdu – FOTO

Cinayət mühakimə icraatı bu qaydada APARILACAQ – YENİLİK

Cinayət mühakimə icraatı bu qaydada APARILACAQ – YENİLİK

"Kasıba ərə getmişdim, qayınanam toydan sonra qızıllarımı əlimdən almışdı"

"Kasıba ərə getmişdim, qayınanam toydan sonra qızıllarımı əlimdən almışdı"

Sabah da Bakıya qar yağacaq - Yollar buz bağlayacaq

Sabah da Bakıya qar yağacaq - Yollar buz bağlayacaq

YANACAQ BÖHRANI: Bu aviaşirkət Kubaya uçuşları dayandırır

YANACAQ BÖHRANI: Bu aviaşirkət Kubaya uçuşları dayandırır

Ceyhun Bayramov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdü - FOTO

Ceyhun Bayramov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdü - FOTO

Ödənilməyən cərimələr bu qaydada TUTULACAQ

Ödənilməyən cərimələr bu qaydada TUTULACAQ

“Şamaxı” - “Qarabağ” oyunu təxirə salınacaq?

“Şamaxı” - “Qarabağ” oyunu təxirə salınacaq?

16 yaşa qədər uşaqlara sosial şəbəkə qadağası Milli Məclisin GÜNDƏMİNDƏ

16 yaşa qədər uşaqlara sosial şəbəkə qadağası Milli Məclisin GÜNDƏMİNDƏ

Bank hesablarından vəsaitlər BU ÜSULLA oğurlanır

Bank hesablarından vəsaitlər BU ÜSULLA oğurlanır

Qanun DƏYİŞİR – Bunlar ixtira hesab olunmayacaq

Qanun DƏYİŞİR – Bunlar ixtira hesab olunmayacaq

Yaradılan ixtiraya görə işçi və işəgötürən arasında gəlirlər belə BÖLÜŞDÜRÜLƏCƏK

Yaradılan ixtiraya görə işçi və işəgötürən arasında gəlirlər belə BÖLÜŞDÜRÜLƏCƏK

DİQQƏT! Bu qəsəbədə qaz kəsiləcək

DİQQƏT! Bu qəsəbədə qaz kəsiləcək

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına qarşılanacaq – SİYAHI

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına qarşılanacaq – SİYAHI

Asbestdən istifadə QADAĞASI QƏBUL OLUNDU

Asbestdən istifadə QADAĞASI QƏBUL OLUNDU

Eldar bu dəfə Münxendə - FOTO

Eldar bu dəfə Münxendə - FOTO

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını RATİFİKASİYA ETDİ

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını RATİFİKASİYA ETDİ

Siyavuş Novruzov: “Təqaüdçünün son ümidini də əlindən alırlar”

Siyavuş Novruzov: “Təqaüdçünün son ümidini də əlindən alırlar”

Rusiya Ermənistanı YENƏ şantaj etdi

Rusiya Ermənistanı YENƏ şantaj etdi

Ruben Vardanyanın məhkəməsi davam etdirilir

Ruben Vardanyanın məhkəməsi davam etdirilir

Vüsalədən qızı ilə PAYLAŞIM: “Həyatıma gəlişin çiynimə elə yük qoydu ki…” - VİDEO

Vüsalədən qızı ilə PAYLAŞIM: “Həyatıma gəlişin çiynimə elə yük qoydu ki…” - VİDEO

ASCO sədri özünə yeni köməkçi təyin etdi

ASCO sədri özünə yeni köməkçi təyin etdi

Nərimanın transferinə görə rekord məbləğ ÖDƏNİLƏCƏK

Nərimanın transferinə görə rekord məbləğ ÖDƏNİLƏCƏK

End of content

No more pages to load

RADİO