Politoloqdan solçulara SƏRT TƏNQİD – “Belə qibləsiz insanlar Azərbaycan üçün çox böyük təhlükədir”

Azərbaycan 1991-ci il 18 oktyabr tarixində müstəqillik qazanması müəyyən müdddətlik sol platformasının süqutu ilə nəticələnsə də son illərdə solçu ideyalar kifayət qədər populyardır.

Baxmayaraq ki, postsovet məkanında SSRİ və kommunizmə qarşı mənfi münasibət formalaşıb, siyasi zəmində solçu gənclərin sayı aktivləşməkdə davam edir.

Mövcud vəziyyəti Bizim.Media-a politoloq Cümşüd Nuriyev şərh edib:

“Azərbaycanda solçulara qarşı mövqeyin kəskinləşməsi Rusiyanın yürütdüyü siyasət ilə bağlıdır. Son 300 ildə Rusiyanın imperiya şəklində törətdiyi cinayətlər bu xalqın genetik yaddaşındadır. Ona görə də Azərbaycan bunu unuda bilməz, unutmalı da deyil. Solçular uzun müddət Azərbaycanın müstəqil olmasını istəməyənlərdir, ona görə onlara vətən xaini kimi baxılırdı.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya FATİHƏSİNİ VERDİ: “Artıq nə ATƏT-in Minsk qrupu var, nə də Artsax”


Bu gün də solçular çox güclü şəkildə şəbəkələşiblər. Hələ də onlar SSRİ-nin bərpa olunması ümidi ilə yaşayırlar, düşünürlər ki, partiya xətti ilə yağın-balın içində yaşayacaqlar. Təəssüf ki, bu acı həqiqətdir. Azərbaycanda yenə də sovet vaxtı kef çəkənlərin övladları, nəvələri kef çəkirlər, bu tip adamlar hələ də millətin qanını içirlər. Bu səbəbdən solçulara qarşı münasibəti təbii qəbul etmək lazımdır”.

Politoloq qeyd edib ki, əgər, 10 milyonluq xalqda 60-a qədər siyasi partiya qeydə alınıbsa, bu o deməkdir ki, Azərbaycanda hələ də siyasi ideologiya ətrafında çaşqınlıq var:

“Bir millətin 60 siyasi-ideoloji xətti ola bilməz. Azərbaycanda “1 adam, 1 partiya” siyasəti gündəmdədir. Burada əsas məqsəd parlamentə düşmək, öz vəziyyətini yaxşılaşdırmaq və yaxud öz maraqlarını dövlət maraqlarından üstün tutmaq, kimlərdənsə ianə almaqdır. 

Dünyanın bütün aparıcı ölkələrində 3-5 partiya var. Heç bir dövlətdə parlamentdə 10-11 partiya olmur. YAP və VHP partiyalarından başqa bütün partiyalar tək-tək nümayəndələrlə təmsil olunur.
Bu gülməlidir, deməli, tək-tək nümayəndə ilə təmsil olunan partiyaların sədri ən güclü adamdır, partiya üzvləri isə yoxdur? Əgər partiya güclüdürsə, onun ən azı iki nümayəndəsi parlamentdə təmsil olunmalıdır. Əgər sənin partiyandan bir sən parlamentdə təmsil olunursansa, buna partiya demək olmaz.

Yerindən qalxan özünə partiya yaradır. Belə partiyalarının milli məfkurəsi yoxdur. İndi solçu partiyaların təkcə dərdi-səri Rusiyanın Azərbaycana gəlməsini təmin etməkdir. Hətta onları Xaçmazda, Qusarda SSRİ bayrağı ilə qarşılamaq fikrində olanlar var. Əgər bir partiya sədri bu və ya digər şəkildə alınıb-satıla bilirsə, bu partiyaların nə millətə, nə də dövlətə xeyri ola bilər”.
Politoloq qeyd edir ki, Azərbaycandakı solçular satmağı da, satılmağı da yaxşı bacarırlar:

“Bu adamların birdən-birə fəallaşması təsadüfi deyil. Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanın Azərbaycanı işğal edəcəyinə ümid bəsləyən insanlar qiblələrini Moskvaya çevirəcəkləri günü gözləyirlər. Belə qibləsiz insanlar Azərbaycan üçün çox böyük təhlükədir”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edildi

Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edildi

80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - VİDEO

80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - VİDEO

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Obameyanq İspaniya klubuna keçdi

Obameyanq İspaniya klubuna keçdi

SON DƏQİQƏ: İran ABŞ ilə imzalanmış memorandumun icrasını DAYANDIRDI

SON DƏQİQƏ: İran ABŞ ilə imzalanmış memorandumun icrasını DAYANDIRDI

Tramp İngiltərə-Argentina oyunu haqda: “Ən yaxşı oyunçunu götürüb...”

Tramp İngiltərə-Argentina oyunu haqda: “Ən yaxşı oyunçunu götürüb...”

Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

Gəncədə çaya yıxılan şəxsin xilasedilmə anları - VİDEO

Gəncədə çaya yıxılan şəxsin xilasedilmə anları - VİDEO

İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI

İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI

Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Mahir Emrelinin yeni klubu bəlli oldu

Mahir Emrelinin yeni klubu bəlli oldu

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

End of content

No more pages to load

RADİO