Qarabağda sülhün bir addımlığında – MOSKVADA NƏ DİQTƏ OLUNACAQ?

Son həftələrdə 11 yanvarda Moskvada Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının görüşünün baş tutacağı ilə bağlı məlumatlar gündəmə gəlmişdi. Rusiya və Ermənistan mətbuatı Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Rusiya Prezidenti ilə üçtərəfli görüşü planlaşdırıldığını qeyd edir, nəzərdə tutulan görüşlə bağlı ilkin təəsüratlara yer verirdi. Azərbaycan tərəfi isə 11 yanvar görüşü ilə bağlı hər hansı rəsmi məlumat verməyib.

Digər tərəflərdən də görüşün xarakteri və görüşdə hansı məsələlərin müzakirə olunacağı istiqamətində isə hələlik bir məlumat yoxdur. Lakin görüşlə bağlı spekulyativ məlumatlar müxtəlif media qurumları tərəfindən tirajlanmaqda davam edir.

Görüşün baş tutmasından narahat olan tək tərəf Ermənistandır. Son həftə ərzində Ermənistan müxalifəti və ictimai fəalları görüşün 10 noyabrda imzalanan sülh razılaşmasının davamı olacağından ehtiyyat edir.
 

Ermənistan-Azərbaycan sərhəddində aparılan delegitimasiya işləri uzun müddətdir ki, ermənilərin qorxulu yusuxuna çevirilib. Baş nazir Paşinyanın 11 yanvar görüşündə bu məsələ ilə bağlı danışıqlar aparılacağı və yenidən bir sıra ərazilərin Azərbaycan verilməsinə imza atacağı ehtimal olunur.


Ermənistan tərəfi üçün ikinci təhlükəli ssenari isə Zəngəzur dəhlizi ilə bağlıdır. 10 noyabr razılaşmasında  qeyd olunan və bu vaxta qədər icra olunmamış dəhliz məsələsinin 11 yanvar görüşündə yekunlaşacağı düşünülür. Erməni ictimaiyyəti Nikol Paşinyanın Ermənistanın daha əvvəl üzərinə götürdüyü öhdəlikləri rəsmiləşdirmək məqsədi ilə Moskvaya dəvət olunmasında həmfikirdir.

Rusiya 

11 yanvar görüşü birbaşa olaraq Rusiyanın regiondakı maraqlarına cavab verir. Dağlıq Qarabağda sülhməramlı tərəf olaraq çıxış edən Rusiya münaqişənin xarakterini də dəyişməyə nail olub. Əgər 10 noyabra qədər Rusiya sadəcə regional güc olaraq hadisələrə kənardan müdaxilə edə bilirdisə, artıq sülhməramlı kontingentlə birgə bölgədə faktiki güc statusu əldə edib. Münaqişə Rusiyanın gözündə Ermənistan-Azərbaycan yox, Ermənistan-Rusiya-Azərbaycan formatını alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Moskva görüşündən sonra müharibə yenidən başlaya bilərmi? – EKSPERT

Sabah 3 ölkə lideri Moskvada görüşəcək - FOTO


Artıq Dağlıq Qarabağda baş verən hər şey münaqişə tərəfləri kimi Rusiyanı da maraqlandırır. Rusiyanın bölgə ilə bağlı maraqları isə daha çox geosiyasi xarakterə malikdir. Bu baxımdan regionda sülhün təmin olunması və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ən çox Rusiyanın maraqlarına xidmət edir.

Türkiyə

10 noyabrdan sonra Rusiyanın bölgədə əlinin güclənməsi münaqişədə digər maraqlı tərəf olan Türkiyənın geosiyasi maraqları üçün də təhlükəli vəziyyət yaradıb. 11 yanvar danışıqlarındakı masada ən güclü mövqe bir həftə əvvələ qədər Rusiyaya məxsus idi.

Lakin son günlərdə sosial şəbəkələrdə və informasiya resurslarında Azərbaycanda ehtimal olunan Türkiyə hərbi bazaları məsələsi gündəmə gəldi. Hər nə qədər rəsmi olmayan informasiya olsa da, bu cür məlumatlara yer verilməsi Türkiyənin tərəflərə ünvanladığı mesaj xarakteri daşıyırdı. Bu mesajın görüş öncəsində Türkiyənin danışıqlar masasına dolayısı yolla iştirakına imkan yaradacığını deməyə əsas verir. 


Bu amil həm də Azərbaycan üçün əlavə təsir rıçaqları yaratmaq baxımından olduqca əhəmiyyətlidir. Rusiyanın Qarabağdakı faktiki gücündən istifadə edərək 10 noyabr razılaşmasını dəyişdirmək cəhdləri Azərbaycanda Türkiyə hərbi bazalarının yaranması ilə balanslaşdırıla bilər. Təbii ki, bu ilk növbədə Rusiya üçün olduqca təhlükəli ssenaridir. Bu məsələdə Ermənistanın mövqeyini isə düşünmək belə qorxuducudur.

Dayanıqlı sülhün region üçün nəticəsi

Fərqli maraq qruplarının fərqli gözləntiləri olmasına baxmayaraq ehtimal olunan 11 yanvar görüş regionda dayanıqlı sülhün əldə olunması baxımından olduqca əhəmiyyətli ola bilər. Hazırda həm Azərbaycan, həm də Ermənistan yeni bir müharibə təhlükəsi, qarşı tərəfin razılaşmanı pozacağı, razılaşmaya əməl olunmayacağı şübhələri ilə yaşayır.

Yekun sülh müqaviləsinin imzalanması isə prosesi tamamlayacaq və hər iki tərəfin şübhələrini əhəmiyyətli ölçüdə azaldacaq yeganə amildir. Bu münaqişə tərəfləri arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verəcək və regional iqtisadi əməkdaşlıqları da gücləndirməyə xidmət edəcək. Digər tərəfdən də iki xalq arasında illər boyu davam edən düşmənçiliyin tədricən azalması və sülhün təmin olunması məsələsi reallaşmış olacaq. Bu həm də Rusiyanın bölgədəki sülhməramlı missiyasına da 5 ildən sonra ehtiyyac olmayacağı deməkdir.

Azərbaycanın xalqlararasında sülhün bərpa olunması məsələsinə yanaşması aydındır. Qaranlıq tərəf isə Ermənistanın mövqeyidir. Ermənistanın danışıqlar masasındakı qeyri-konstruktiv mövqeyi və Rusiyanın hərbi gücünə arxalanan absurd istəkləri problemin həllini daha da uzada bilər. Ermənistan 30 il əvvəlki səhvləri təkraralayaraq regionda gələcək münaqişələr üçün zəmin hazırlamış, münaqişəni daha da çıxılmaz vəziyyətə gətirmiş olacaq.

Bu gün Ermənistanda müharibənin nəticələri ilə bağlı fikirlər müxtəlifdir, bəziləri məğlubiyyəti qəbul edərkən, bəziləri də Hadrut və Şuşanın belə qaytarılacağına inanır. Yekun sülhün əldə olunması erməni ictimaiyyətindəki bu fikir ayrılığını da sona çatdırcaq və rasional düşüncənin təməllərini atacaq. 

Bu baxımdan 11 yanvar görüşü baş tutacağı təqdirdə Ermənsitan üçün regiona inteqrasiya olunmaq və inkişafa nail olmaq üçün ikinci bir şansıdır.

Rəvan Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Bu BÜRCLƏR üçün ağ günlər başlayacaq

Bu BÜRCLƏR üçün ağ günlər başlayacaq

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

Lerikdə ZƏLZƏLƏ OLDU

Lerikdə ZƏLZƏLƏ OLDU

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Oğlunun fotosunu paylaşdı - FOTO

Oğlunun fotosunu paylaşdı - FOTO

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

End of content

No more pages to load

RADİO