Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə iyunun 21-22-də bu ölkədə rəsmi səfərdə olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Özbəkistan prezidentinin saytında yerləşdirilib.
Mənbə yazır ki, iki liderin görüşü zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.
Səfər çərçivəsində Daşkənddə Özbəkistan və Azərbaycanın aparıcı şirkət və müəssisələrinin iştirakı ilə işgüzar tədbirlər keçiriləcək.
Bizim.Media