Xankəndidə qış məktəbi fəaliyyətə başladı – FOTO

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubunun təşəbbüsü və təşkilatçılığı ilə “Xankəndi Sosial İş Qış Məktəbi” fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, Xankəndi şəhərində təşkil olunan qış məktəbində Azərbaycan Universitetindən 22, Qarabağ Universitetindən 30 tələbə olmaqla ümumilikdə 52 tələbə, Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimləri Ayxan Şahbazsoy, Mariya Davidova, Sara Ağayeva və Sosial iş üzrə mütəxəssis Emin Məmmədov iştirak edirlər.

Layihənin proqramına sosial işin aktual mövzuları ilə bağlı təlimlərlə yanaşı, ekskursiyalar, tarixi və mədəni yerlərə ziyarətlər, keçmiş məcburi köçkünlərlə görüşlər də daxil edilib.

Dörd gün davam edəcək qış məktəbinin məqsədi tələbələrin sosial iş sahəsində bilik və təcrübələrinin artırılması, iştirakçılar arasında təcrübə paylaşımı və şəbəkələşmənin gücləndirilməsi, tarixi-mədəni məkanların ziyarəti və qeyri-formal təcrübələr ilə sosial işin praktik tətbiq imkanlarının zənginləşdirilməsi, eləcə də keçmiş məcburi köçkünlərlə birbaşa ünsiyyət quraraq onların sosial vəziyyətinin öyrənilməsidir. Sosial iş sahəsinin aktual nəzəri və praktiki aspektlərini əhatə edən təlimlərdə iştirakçılara sosial layihələrin hazırlanması, icrası və monitorinqi üzrə mövzular da tədris olunacaq.

Qış məktəbinin birinci günündə iştirakçılar üçün şəhər turu təşkil olunub, həmçinin onlar Xankəndi şəhərinə köçürülmüş keçmiş məcburi köçkünlərlə görüşüblər. Gün Sosial işin təşkili kafedrasının müəllimi Ayxan Şahbazsoyun “Post-münaqişə dövründə sosial işdə peşəkar dəyərlər və etik prinsiplər” adlı təlimi ilə yekunlaşıb.

“Xankəndi Sosial iş Qış Məktəbi” fəaliyyətini Şuşa, Laçın və Ağdamda davam etdirəcək. Qış məktəbinin son günündə Ağdam rayonunun Quzanlı kəndində yerləşən Sosial Xidmət Mərkəzinə ziyarət planlaşdırılır.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Banklar bu şəxslərə kredit verməyəcək

Banklar bu şəxslərə kredit verməyəcək

İtkin kimi axtarılan 8 nəfər TAPILDI

İtkin kimi axtarılan 8 nəfər TAPILDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

Gürcüstanla bağlı Komissiyanın yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM

Gürcüstanla bağlı Komissiyanın yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM

Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – ADLAR

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – ADLAR

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda ov mövsümü BAŞLADI

Azərbaycanda ov mövsümü BAŞLADI

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

Beyləqanda məktəbdə hazırladıqları qidadan zəhərlənən uşaqların SON DURUMU

Beyləqanda məktəbdə hazırladıqları qidadan zəhərlənən uşaqların SON DURUMU

Bu ölkədə gecə saatlarında spirtli içki satışını yasaqlayırlar

Bu ölkədə gecə saatlarında spirtli içki satışını yasaqlayırlar

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramıdır

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramıdır

Altı il öncə bu gün – 10 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 10 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Dənizin dibində 2 min illik üzük tapıldı

Dənizin dibində 2 min illik üzük tapıldı

Ramzan Kadırov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi

Ramzan Kadırov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi

Türkiyədə 15 yaşdan kiçik uşaqlar üçün sosial mediaya giriş QADAĞAN EDİLİR

Türkiyədə 15 yaşdan kiçik uşaqlar üçün sosial mediaya giriş QADAĞAN EDİLİR

Neft BAHALAŞDI

Neft BAHALAŞDI

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Sürücülərin NƏZƏRİNƏ: Yollarda duman var

Sürücülərin NƏZƏRİNƏ: Yollarda duman var

End of content

No more pages to load

RADİO