Sahibə Qafarova Mustafa Şentopla görüşdü - YENİLƏNİB/FOTO 

İyunun 20-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan parlamentinin spikerini səmimiyyətlə salamlayan Mustafa Şəntop “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçirilən Qlobal Parlament Konfransında iştirakına görə Sahibə Qafarovaya minnətdarlığını bildirib.

O, konfransın mühüm bir mövzuya həsr olunduğunu qeyd edərək son illərdə miqrasiya və qaçqınlar mövzusunun kifayət qədər aktual olduğunu və bu sahədə qarşıya çıxan problemlərin həllində beynəlxalq diskussiya və dialoqun əhəmiyyətini qeyd edib.  
Mustafa Şəntop Azərbaycan və Türkiyə arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykənərək uğurla inkişaf etdiyini deyib. O, hər iki ölkənin bütün məsələlərdə eyni mövqedən çıxış etdiyini, dostluq və qardaşlıq nümayiş etdirdiyini qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova Qlobal Parlament Konfransına dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə TBMM sədrinə minnətdarlığını bildirərək qeyd edib ki, belə mühüm bir mövzuya həsr olunmuş konfransın Türkiyədə keçirilməsi xüsusilə vacibdir.

Çünki Türkiyə miqrasiya proseslərinin idarə olunmasında və həllində mühüm rola malikdir.

Sahibə Qafarova miqrant və qaçqınların cəmiyyətə və iqtisadiyyata səmərəli inteqrasiyasını təmin etmək, həmçinin onların ləyaqətli, təhlükəsiz şəkildə doğma ölkələrinə qayıtmasını həyata keçirməklə bağlı məsələlərin bu gün kifayət qədər aktual olduğunu, həmçinin bu istiqamətdə qəbul olunmuş beynəlxalq sənədlərin icrasının vacibliyini qeyd edib. Azərbaycanın miqrasiya proseslərinin həllindəki təcrübəsinin örnək təşkil etdiyini vurğulayan Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan miqrasiya proseslərinin beynəlxalq normalara və milli qanunvericiliyə uyğun idarə edilməsinə, həmçinin miqrantların hüquqlarının qorunmasına mühüm əhəmiyyət verir.

Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” tezisinə söykənən Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini deyən Milli Məclisin sədri qeyd edib ki, bu gün dünya miqyasında bir-birinə bu qədər yaxın olan iki ölkə yoxdur.

Sahibə Qafarova xüsusilə Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin əməkdaşlığımızın durmadan inkişafına töhfə verdiyini diqqətə çatdırıb.  

O qeyd edib ki, qardaşlıq və dostluq münasibətlərimiz bundan sonra da uğurlu inkişafını davam etdirəcək. Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə edilib.

*** 15.45

Türkiyədə səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ilə görüşdü.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Qlobal Parlament Konfransı çərçivəsində baş tutub. 

Həmçinin iştirakçılar konfrans çərviçəsində təşkil edilən “Miqrasiya və Miqrantlar” mövzulu sərgini ziyarət ediblər.

TBMM sədri bununla bağlı “Twitter” səhifəsində fotolar paylaşıb. 

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - VİDEO

80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - VİDEO

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Obameyanq İspaniya klubuna keçdi

Obameyanq İspaniya klubuna keçdi

SON DƏQİQƏ: İran ABŞ ilə imzalanmış memorandumun icrasını DAYANDIRDI

SON DƏQİQƏ: İran ABŞ ilə imzalanmış memorandumun icrasını DAYANDIRDI

Tramp İngiltərə-Argentina oyunu haqda: “Ən yaxşı oyunçunu götürüb...”

Tramp İngiltərə-Argentina oyunu haqda: “Ən yaxşı oyunçunu götürüb...”

Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

Gəncədə çaya yıxılan şəxsin xilasedilmə anları - VİDEO

Gəncədə çaya yıxılan şəxsin xilasedilmə anları - VİDEO

İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI

İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI

Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Mahir Emrelinin yeni klubu bəlli oldu

Mahir Emrelinin yeni klubu bəlli oldu

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

End of content

No more pages to load

RADİO