Sahibə Qafarova: "İnanırıq ki, tezliklə Ermənistanla sülh sazişi imzalanacaq" - FOTO

İyunun 17-də Milli Məclisin sədri Sahibə Qafarova IX Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Bizim.Media xəbər verir ki, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova bu səfərin BMT-nin Cenevrədəki bölməsi ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Paytaxtımızda keçirilən IX Qlobal Forumunun əhəmiyyətindən danışan Milli Məclisin sədri, Azərbaycanın mühüm beynəlxalq tədbirlərə uğurla evsahibliyi etdiyini, ölkəmizdə keçirilən bu kimi tədbirlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, bir sıra qlobal məsələlərin müzakirəsinə və yeni ideya və təşəbbüslərin meydana gəlməsinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sahibə Qafarova: “Bakı Bəyannaməsində Zəngəzur dəhlizi layihəsinə güclü dəstək ifadə olunub”  


Bir neçə gün əvvəl BMT Baş Məclisinin 76-cı sessiyasının sədri Abdulla Şahidlə Milli Məclisdə görüşünü xatırladan spiker Sahibə Qafarova həmin görüşdə müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib. Milli Məclisin sədri bildirib ki, bu il Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi tamam olub və cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bu münasibətlə konfrans keçirilib.

Spiker qeyd edib ki, Azərbaycan BMT və onun ixtisaslaşmış təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın bir neçə sessiyasının çağırılmasının təşəbbüskarı olub və həmin sessiyalarda pandemiya ilə əlaqədar mühüm qətnamələr qəbul edilib.

Bundan başqa, ölkəmiz Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradıb. İnanırıq ki, Parlament Şəbəkəsinin Birinci Konfransı bütün üzv ölkələr üçün faydalı olacaq.

Sahibə Qafarova diqqətə çatdırıb ki, hazırda Azərbaycan post-münaqişə dövrünü yaşayır. Ölkəmiz davamlı sülh və sabitliyin tərəfdarıdır.

İnanırıq ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə təkcə region ölkələrinin deyil, digər ölkələrin inkişafı üçün də faydalı olacaqdır.

Azərbaycana səfərindən məmnunluğunu bildirən BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin Baş direktoru Tatyana Valovaya ötən 30 il ərzində Azərbaycanın böyük uğurlar qazandığını və inkişaf etdiyini diqqətə çatdırıb.

Bildirib ki, Azərbaycan BMT üçün bir sıra istiqamətlərdə əməkdaşlıq baxımından mühüm tərəfdaşdır.

O, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyindən razılığını bildirib, Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizədə digər ölkələrə yardımlarına görə təşəkkür edib.
Söhbətdə gender bərabərliyi, qadınların təhlükəsizlik məsələlərində, hərbi münaqişələrin həllində, siyasətdə iştirakı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edildi

Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edildi

80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - VİDEO

80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - VİDEO

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Obameyanq İspaniya klubuna keçdi

Obameyanq İspaniya klubuna keçdi

SON DƏQİQƏ: İran ABŞ ilə imzalanmış memorandumun icrasını DAYANDIRDI

SON DƏQİQƏ: İran ABŞ ilə imzalanmış memorandumun icrasını DAYANDIRDI

Tramp İngiltərə-Argentina oyunu haqda: “Ən yaxşı oyunçunu götürüb...”

Tramp İngiltərə-Argentina oyunu haqda: “Ən yaxşı oyunçunu götürüb...”

Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

Gəncədə çaya yıxılan şəxsin xilasedilmə anları - VİDEO

Gəncədə çaya yıxılan şəxsin xilasedilmə anları - VİDEO

İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI

İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI

Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Mahir Emrelinin yeni klubu bəlli oldu

Mahir Emrelinin yeni klubu bəlli oldu

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

End of content

No more pages to load

RADİO