İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri ilə görüşdü - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, görüşdə Prezident İlham Əliyev ölkəmizə səfər etdiyinə və IX Qlobal Bakı Forumunda iştirakına görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə təşəkkürünü bildirdi, onunla əvvəlki görüşlərini xatırladı. Dövlətimizin başçısı həmin görüşlərdə ikitərəfli və regional məsələlərə dair geniş fikir mübadilələrinin aparıldığını qeyd etdi. 

Prezident İlham Əliyev torpaqlarımızın işğalı zamanı və İkinci Qarabağ müharibəsi dövründə Bosniya və Herseqovinanın Azərbaycanın ərazi bütövlüyünün bərpasına göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi. Azərbaycan Prezidenti COVID-19 pandemiyasından sonra formalaşmış şəraitdə əlaqələrin inkişafı üçün daha yaxşı imkanların yarandığını qeyd etdi. 

Dövlətimizin başçısı Bosniya və Herseqovinanın nümayəndələrinin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında iştirakını xatırladı və enerji sahəsində ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi. 
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirdi, forumun artıq dünyada nüfuzlu tədbirlərdən birinə çevrildiyini qeyd etdi.

Dövlətimizin başçısının nitqini diqqətlə izlədiyini deyən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Prezident İlham Əliyevin vacib məqamlara toxunduğunu vurğuladı.

Bildirdi ki, ədalət və beynəlxalq hüquq həmişə Azərbaycanın tərəfində olub. Azərbaycan ilə Bosniya və Herseqovinanı qardaşlıq əlaqələrinin birləşdirdiyini vurğulan Şefik Caferoviç münasibətlərimizin xalqlarımızın iradəsindən irəli gələrək inkişaf etdiyini məmnunluqla bildirdi.

Pandemiya dövründə Azərbaycanın Bosniya və Herseqovinaya yardımına görə minnətdarlığını ifadə etdi. 

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycanın və ölkəsinin mina təhlükəsi ilə üzləşdiyini qeyd etdi və bu sahədə də əməkdaşlığın vacibliyini vurğuladı. 

Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə geniş yenidənqurma və quruculuq işləri həyata keçirdiyini qeyd etdi. Azərbaycanın mina problemi ilə üzləşdiyini vurğulayan dövlətimizin başçısı 2020-ci il noyabrın 10-dan etibarən 220-dən çox vətəndaşımızın mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını dedi. 
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən iqtisadi, ticari əlaqələrlə bağlı fikir mübadiləsi aparıldı.

Həmçinin Azərbaycanın Bosniya və Herseqovinada səfirliyinin açılması və bu ölkənin Bakıda səfirliyinin fəaliyyətə başlayacağı məmnunluqla qeyd edildi, bunun da əlaqələrimizin inkişafına əlavə təkan verəcəyi vurğulandı.

***

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 16-da Bosniya və Herseqovinanın Rəyasət Heyətinin
sədri Şefik Caferoviç ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"

Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"

Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya GƏTİRİLİR - RƏSMİ

Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya GƏTİRİLİR - RƏSMİ

Göygöldə kəndləri birləşdirən strateji körpü qəzalı vəziyyətə düşdü - FOTO

Göygöldə kəndləri birləşdirən strateji körpü qəzalı vəziyyətə düşdü - FOTO

Livan Prezidenti Trampla görüşmək üçün ABŞ-yə GETDİ

Livan Prezidenti Trampla görüşmək üçün ABŞ-yə GETDİ

Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət aldı

Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət aldı

“Neftçi” Konfrans Liqası üçün heyətini açıqladı

“Neftçi” Konfrans Liqası üçün heyətini açıqladı

Yuxuda qızıl tapmaq nə deməkdir?

Yuxuda qızıl tapmaq nə deməkdir?

DİN-dən əməliyyat: Tonlarla çətənə kolu məhv edildi

DİN-dən əməliyyat: Tonlarla çətənə kolu məhv edildi

Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA

Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA

Məşhur Portuqaliya klubu müflis oldu

Məşhur Portuqaliya klubu müflis oldu

Qusarda "Bəxt üzüyü" səhnələşdirildi: Teatr mövsümünün bağlanışından FOTOLAR

Qusarda "Bəxt üzüyü" səhnələşdirildi: Teatr mövsümünün bağlanışından FOTOLAR

Vüqar Həşimovun qardaşı YÜKSƏK VƏZİFƏ qazandı

Vüqar Həşimovun qardaşı YÜKSƏK VƏZİFƏ qazandı

İmtahanda maksimal nəticə göstərən Orxan: “Uğurun açarı hər gün nizamlı şəkildə irəliləməkdi”

İmtahanda maksimal nəticə göstərən Orxan: “Uğurun açarı hər gün nizamlı şəkildə irəliləməkdi”

Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edildi

Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edildi

80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - VİDEO

80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - VİDEO

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Obameyanq İspaniya klubuna keçdi

Obameyanq İspaniya klubuna keçdi

SON DƏQİQƏ: İran ABŞ ilə imzalanmış memorandumun icrasını DAYANDIRDI

SON DƏQİQƏ: İran ABŞ ilə imzalanmış memorandumun icrasını DAYANDIRDI

Tramp İngiltərə-Argentina oyunu haqda: “Ən yaxşı oyunçunu götürüb...”

Tramp İngiltərə-Argentina oyunu haqda: “Ən yaxşı oyunçunu götürüb...”

Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

Gəncədə çaya yıxılan şəxsin xilasedilmə anları - VİDEO

Gəncədə çaya yıxılan şəxsin xilasedilmə anları - VİDEO

İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI

İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI

Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Mahir Emrelinin yeni klubu bəlli oldu

Mahir Emrelinin yeni klubu bəlli oldu

End of content

No more pages to load

RADİO