Respondentlərin 88,1%-i İlham Əliyevə tam etibar edir - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi Prezident İlham Əliyevin bu ilin ilk dörd ayı (yanvar-aprel) üzrə fəaliyyəti ilə bağlı sosioloji sorğu keçirib.

Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, məqsəd dövlət başçısının ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə vətəndaşların münasibətini öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.

İnam və etimad istiqamətində keçirilən sorğu nəticələrinə əsasən respondentlərin 88,1%-i Prezidentə tam etibar etdiyini, 10,2%-i əsasən etibar etdiyini bildirib.

Cəmi 0,7% respondent əsasən etibar etmədiyini, 0,7% respondent heç etibar etmədiyini qeyd edib. Respondentlərin 0,3%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib. Respondentlərin Birinci Vitse-prezidentə inam və etimad səviyyəsi də öyrənilib. Nəticələrə əsasən sorğu iştirakçılarının 78,9%-i Birinci vitse-prezidentə tam etibar etdiyini, 15,6%-i əsasən etibar etdiyini bildirib.

Respondentlərin cəmi 1,0%-i əsasən etibar etmədiyini, 3,4%-i heç etibar etmədiyini qeyd edib. 1,0% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Rəy sorğusu əsasında hakimiyyətin digər qollarına, parlament və məhkəmə orqanlarına olan ictimai inam və etimad səviyyəsi öyrənilib. Sorğu iştirakçılarının 32,5%-i Milli Məclisə tam etibar etdiyini, 37,7%-i əsasən etibar etdiyini bəyan edib. Respondentlərin 4,7%-i əsasən etibar etmədiyini, 22,2%-i isə heç etibar etmədiyini bildirib. 3,0% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 37,6%-i məhkəmələrə tam, 24,0%-i isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 15,6%-i əsasən etibar etmədiyini, 17,2%-i isə heç etibar etmədiyini qeyd edib. Respondentlərin 5,7%-i bu istiqamətdə mövqe bildirməkdə çətinlik çəkib. Göründüyü kimi, məhkəmə institutlarına olan ictimai inam və etimadla parlamentə olan münasibət arasında uyğunluq müşahidə olunur.
Sorğu çərçivəsində vətəndaşların yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına inam və etimadı da öyrənilib. Sorğu iştirakçılarının 35,8%-i Nazirlər Kabinetinə tam, 36,0%-i əsasən etibar etdiyini bildirib. Əks mövqedən çıxış edənlər isə ümumilikdə 23,6% təşkil edib (5,4%-i əsasən etibar etmir, 18,2%-i heç etibar etmir).

Başqa sözlə, təqribən hər dörd respondentdən biri Nazirlər Kabinetinə etibar etmədiyini bildirib. 4,6% respondent mövqe bildirməkdə çətinlik çəkib.

Sorğu iştirakçılarının 22,7%-i yerli icra hakimiyyəti orqanlarına tam, 22,8%-i əsasən etibar etdiyini bildirib. 14,1% respondent əsasən etibar etmədiyini, 37,3% heç etibar etmədiyini qeyd edib. 3,2% respondent qərarsız mövqe nümayiş etdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elza İbrahimovanın adı Qusarda növbəti dəfə əbədiləşdirildi – VİDEO

Elza İbrahimovanın adı Qusarda növbəti dəfə əbədiləşdirildi – VİDEO

İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü KEÇİRİLİR

İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü KEÇİRİLİR

ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ

ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ

Qan şəkərini salmağın YOLU

Qan şəkərini salmağın YOLU

Yağıntılar nə vaxt kəsiləcək? - VİDEO

Yağıntılar nə vaxt kəsiləcək? - VİDEO

ABŞ-la danışıqlar fonunda İrandan müharibə XƏBƏRDARLIĞI

ABŞ-la danışıqlar fonunda İrandan müharibə XƏBƏRDARLIĞI

“Neftçi” yeni transferi üçün nə qədər ÖDƏYİB?

“Neftçi” yeni transferi üçün nə qədər ÖDƏYİB?

ABŞ-ın vitse-prezidenti Azərbaycanda – FOTO/VİDEO

ABŞ-ın vitse-prezidenti Azərbaycanda – FOTO/VİDEO

Roma Papası Azərbaycana dəvət olundu

Roma Papası Azərbaycana dəvət olundu

Renat Dadaşov “Zirə”yə keçir? – Klubdan AÇIQLAMA

Renat Dadaşov “Zirə”yə keçir? – Klubdan AÇIQLAMA

Elnur Bağırova 3 müavin TƏYİN EDİLDİ

Elnur Bağırova 3 müavin TƏYİN EDİLDİ

“Qarabağ” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

“Qarabağ” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

Saakaşvili Tbilisi məhkəməsində günahını qəbul etmədi

Saakaşvili Tbilisi məhkəməsində günahını qəbul etmədi

Azərbaycanda həbsdən çıxan şəxs həyat yoldaşını və övladlarını öldürməklə HƏDƏLƏYİR - FOTO

Azərbaycanda həbsdən çıxan şəxs həyat yoldaşını və övladlarını öldürməklə HƏDƏLƏYİR - FOTO

SON DƏQİQƏ! Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı

SON DƏQİQƏ! Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı

Çin maşınları ilə arzuları ÇİN olmayanlar – Hansı markalar UĞURSUZ OLACAQ?

Çin maşınları ilə arzuları ÇİN olmayanlar – Hansı markalar UĞURSUZ OLACAQ?

Xamenei 2 mindən çox məhkumun cəzasını bağışladı

Xamenei 2 mindən çox məhkumun cəzasını bağışladı

Moldova MDB-ni tərk edir – Öncə borclarını ödəyəcək

Moldova MDB-ni tərk edir – Öncə borclarını ödəyəcək

"Rəqsanə bundan da pis günə qalsın"

"Rəqsanə bundan da pis günə qalsın"

Vens: “Biz bu gün sülhün təmin edilməsi ilə məşğuluq"

Vens: “Biz bu gün sülhün təmin edilməsi ilə məşğuluq"

Ermənistan uğrunda mübarizə: Vens İrəvanı Rusiyadan ayıra biləcəkmi?

Ermənistan uğrunda mübarizə: Vens İrəvanı Rusiyadan ayıra biləcəkmi?

Saleh Məmmədovun qudasının işdən azad olunması xəbərinə AAYDA-dan REAKSİYA

Saleh Məmmədovun qudasının işdən azad olunması xəbərinə AAYDA-dan REAKSİYA

Zukerberg milyarderlər adasına KÖÇÜR?

Zukerberg milyarderlər adasına KÖÇÜR?

Nüvə düyünü fonunda HƏRBİ BLEF - ABŞ raketləri Tehranı belə VURACAQ - DETALLAR

Nüvə düyünü fonunda HƏRBİ BLEF - ABŞ raketləri Tehranı belə VURACAQ - DETALLAR

End of content

No more pages to load

RADİO