Yağıntılar nə vaxt kəsiləcək? - VİDEO

Fevralın 11-i axşam saatlarında yağıntılar tədricən kəsiləcək. Ayın 12-si Bakıda və Abşeron yarımadasında, o cümlədən bölgələrdə hava şəraitinin mülayimləşəcəyi, əksər yerlərdə yağıntısız olacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova yayıb.

O bildirib ki, sabah gündüz Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı hava şəraiti müşahidə ediləcək. Güclü şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturu 2-5 dərəcə isti olacaq. Bölgələrdə də sabah yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə qar yağacaq, ayrı-ayrı rayonlarda isə yağıntıların intensivləşəcəyi proqnozlaşdırılır.

Gülşad Məmmədova deyib ki, fevralın 10-12-də yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Qeyd edək ki, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Əksər ərazilərə yağış, bəzi bölgələrə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahbuzda 37, Qaxda 25, əksər rayonlarda isə 6 santimetrədək təşkil edir. Bəzi ərazilərdə güclü şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 25, Şahdağ və Neftçalada 20, Daşkəsən və Naftalanda isə 18 metrədək güclənir. (Azərtac)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda ov mövsümü BAŞLADI

Azərbaycanda ov mövsümü BAŞLADI

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

Beyləqanda məktəbdə hazırladıqları qidadan zəhərlənən uşaqların SON DURUMU

Beyləqanda məktəbdə hazırladıqları qidadan zəhərlənən uşaqların SON DURUMU

Bu ölkədə gecə saatlarında spirtli içki satışını yasaqlayırlar

Bu ölkədə gecə saatlarında spirtli içki satışını yasaqlayırlar

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramıdır

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramıdır

Altı il öncə bu gün – 10 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 10 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Dənizin dibində 2 min illik üzük tapıldı

Dənizin dibində 2 min illik üzük tapıldı

Ramzan Kadırov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi

Ramzan Kadırov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi

Türkiyədə 15 yaşdan kiçik uşaqlar üçün sosial mediaya giriş QADAĞAN EDİLİR

Türkiyədə 15 yaşdan kiçik uşaqlar üçün sosial mediaya giriş QADAĞAN EDİLİR

Neft BAHALAŞDI

Neft BAHALAŞDI

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Sürücülərin NƏZƏRİNƏ: Yollarda duman var

Sürücülərin NƏZƏRİNƏ: Yollarda duman var

Gəncədə 28 yaşlı kişi BIÇAQLANDI

Gəncədə 28 yaşlı kişi BIÇAQLANDI

GÜNÜN HAVASI: Yağış, dolu, qar...

GÜNÜN HAVASI: Yağış, dolu, qar...

Velosiped zolaqlarını "özəlləşdirən" piyadalar - Paytaxt küçələrində TƏHLÜKƏLİ VƏZİYYƏT – VİDEO

Velosiped zolaqlarını "özəlləşdirən" piyadalar - Paytaxt küçələrində TƏHLÜKƏLİ VƏZİYYƏT – VİDEO

Rusiyanın Kemerovo vilayətində güclü ZƏLZƏLƏ OLDU

Rusiyanın Kemerovo vilayətində güclü ZƏLZƏLƏ OLDU

Vətən müharibəsinin XRONİKASI: 10 oktyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 10 oktyabr – VİDEO

Siciliyada nadir ikili TORNADO: 11 nəfər xəsarət aldı - VİDEO

Siciliyada nadir ikili TORNADO: 11 nəfər xəsarət aldı - VİDEO

“Bunu başqa yolla da həll edə bilərəm” - Tacirdən XƏBƏRDARLIQ - VİDEO

“Bunu başqa yolla da həll edə bilərəm” - Tacirdən XƏBƏRDARLIQ - VİDEO

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

“Everton” satılır: klub təsdiqlədi

“Everton” satılır: klub təsdiqlədi

End of content

No more pages to load

RADİO