Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

Bizim.Media xatırladır ki, düz 29 il əvvəl ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas etdi.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev həmin gün Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi.

Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respubıikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

Hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.

Ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı əzəli və əbədi torpaqlarımızı azad edib.

Bununla da Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə BMT-nin qətnamələrini döyüş meydanında təkbaşına icra edib. Beləliklə, 30 ilə yaxın müddət ərzində düşmənin işğalda saxladığı Azərbaycan torpaqları əsarətdən qurtulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü KEÇİRİLİR

İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü KEÇİRİLİR

ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ

ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ

Qan şəkərini salmağın YOLU

Qan şəkərini salmağın YOLU

Yağıntılar nə vaxt kəsiləcək? - VİDEO

Yağıntılar nə vaxt kəsiləcək? - VİDEO

ABŞ-la danışıqlar fonunda İrandan müharibə XƏBƏRDARLIĞI

ABŞ-la danışıqlar fonunda İrandan müharibə XƏBƏRDARLIĞI

“Neftçi” yeni transferi üçün nə qədər ÖDƏYİB?

“Neftçi” yeni transferi üçün nə qədər ÖDƏYİB?

ABŞ-ın vitse-prezidenti Azərbaycanda – FOTO/VİDEO

ABŞ-ın vitse-prezidenti Azərbaycanda – FOTO/VİDEO

Roma Papası Azərbaycana dəvət olundu

Roma Papası Azərbaycana dəvət olundu

Renat Dadaşov “Zirə”yə keçir? – Klubdan AÇIQLAMA

Renat Dadaşov “Zirə”yə keçir? – Klubdan AÇIQLAMA

Elnur Bağırova 3 müavin TƏYİN EDİLDİ

Elnur Bağırova 3 müavin TƏYİN EDİLDİ

“Qarabağ” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

“Qarabağ” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

Saakaşvili Tbilisi məhkəməsində günahını qəbul etmədi

Saakaşvili Tbilisi məhkəməsində günahını qəbul etmədi

Azərbaycanda həbsdən çıxan şəxs həyat yoldaşını və övladlarını öldürməklə HƏDƏLƏYİR - FOTO

Azərbaycanda həbsdən çıxan şəxs həyat yoldaşını və övladlarını öldürməklə HƏDƏLƏYİR - FOTO

SON DƏQİQƏ! Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı

SON DƏQİQƏ! Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı

Çin maşınları ilə arzuları ÇİN olmayanlar – Hansı markalar UĞURSUZ OLACAQ?

Çin maşınları ilə arzuları ÇİN olmayanlar – Hansı markalar UĞURSUZ OLACAQ?

Xamenei 2 mindən çox məhkumun cəzasını bağışladı

Xamenei 2 mindən çox məhkumun cəzasını bağışladı

Moldova MDB-ni tərk edir – Öncə borclarını ödəyəcək

Moldova MDB-ni tərk edir – Öncə borclarını ödəyəcək

"Rəqsanə bundan da pis günə qalsın"

"Rəqsanə bundan da pis günə qalsın"

Vens: “Biz bu gün sülhün təmin edilməsi ilə məşğuluq"

Vens: “Biz bu gün sülhün təmin edilməsi ilə məşğuluq"

Ermənistan uğrunda mübarizə: Vens İrəvanı Rusiyadan ayıra biləcəkmi?

Ermənistan uğrunda mübarizə: Vens İrəvanı Rusiyadan ayıra biləcəkmi?

Saleh Məmmədovun qudasının işdən azad olunması xəbərinə AAYDA-dan REAKSİYA

Saleh Məmmədovun qudasının işdən azad olunması xəbərinə AAYDA-dan REAKSİYA

Zukerberg milyarderlər adasına KÖÇÜR?

Zukerberg milyarderlər adasına KÖÇÜR?

Nüvə düyünü fonunda HƏRBİ BLEF - ABŞ raketləri Tehranı belə VURACAQ - DETALLAR

Nüvə düyünü fonunda HƏRBİ BLEF - ABŞ raketləri Tehranı belə VURACAQ - DETALLAR

Manaf Ağayev: “Kaş ki, Zauru heç görməzdik” – VİDEO

Manaf Ağayev: “Kaş ki, Zauru heç görməzdik” – VİDEO

End of content

No more pages to load

RADİO