Bolqarıstanın Baş naziri Kiril Petkov yay aylarında yeni Bolqarıstan-Yunanıstan birləşdirici qaz kəməri (Interconnector Greece – Bulgaria - IGB) vasitəsilə Azərbaycan qazının tədarükünün başlanmasını gözləyir.
Bizim.Media TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kiril Petkov Veliko Tırnovoda keçirdiyi brifinq zamanı bildirib.
"Təchizat həcmini təsdiqləmək üçün bu həftə Bakıya səfər edəcəyəm”, - deyə, baş nazir qeyd edib.
Onun sözlərinə görə, IGB işə salındıqdan sonra Bolqarıstan ildə 1 mlrd. kubmetr həcmində Azərbaycan qazı qəbul edə biləcək.
Qeyd edək ki, IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər. Gözlənilir ki, artıq bu ilin sentyabr ayından başlayaraq, kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək.
Bizim.Media