Sabah Şuşada beynəlxalq konfrans keçiriləcək.
Bizim.Media xəbər verir ki, Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda keçiriləcək konfransda Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələri, o cümlədən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyasının rəhbər şəxsləri iştirak edəcək.
Konfransda Şuşa Bəyannaməsindən irəli gələn məsələlərlə bağlı panel müzakirələr keçiriləcək.
Bizim.Media