“Ermənistan ölkə kimi ermənilər üçün maraqlı deyil” - MÜSAHİBƏ

“Hazırda Ermənistanı idarə edə biləcək gücə qadir insan, mitinqlərə çıxanların arasında yoxdur”.

Bu sözləri Bizim.Media-ya verdiyi müsahibəsində Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvandan sülh, Laçından müharibə MESAJI – Tofiq Zülfüqarov Ermənistanın planını ifşa etdi


- Müsahibələrinizin birində Ermənistanın keçmiş hakimiyyətinin Azərbaycana daha çox sərf etdiyini söyləmisiniz. Fikirlərinizi tam olaraq izah edə bilərsiniz?

- Mən bu fikirləri o mənada söyləmişəm ki, hazırda Paşinyana müxalif çıxanların Azərbaycana qarşı reallıqdan uzaq siyasəti  bir növ Azərbaycanın xeyrinə olacaq və əgər onlar yenidən hakimiyyətə gələrsə, bundan istifadə edərək daha böyük qələbələr qazana bilərik. Eyni zamanda həlli uzanan məsələləri də daha tez bir müddətdə həll edə bilərik.

- Bəs onların hakimiyyətə qayıtmaq cəhdlərini necə qiymətləndirirsiniz?

- Hiss olunur ki, mitinqlər təşki etmək baxımından fəaldırlar, amma tərəfdarları elə də çox deyil. Ermənistanda müxalif məqsədlərə xidmət edən 2 minə yaxın insan var ki, bütün mitinqlərdə biz onları küçələrdə  görürük. Müxalif sıralara Ermənistanda  heç kim qoşulmaq istəmir. Bu baxımdan hesab edirəm ki, onların uğur qazanmaq şansları heç də yüksək deyil.

- Belə görünür ki, Paşinyan Ermənistanda  hakimiyyətini davam etdirəcək..

- Bizdə bəzi insanlar belə bir fikir səsləndirirdilər ki, Paşinyan Rusiya tərəfindən arzu olunmayan şəxsdir. Amma reallıq onu göstərir ki, Paşinyan hazırda Rusiyanın arzu etdiyi siyasəti həyata keçirir. Onun hakimiyyətdə qalmasına əsas əngəl kimi Rusiyanı görsələr də, məncə hazırda o Rusiyaya sərf edir.

- Sizcə Paşinyanın Rusiya ilə dil tapmağa çalışması hakimiyyətini itirməmə qorxusundan irəli gələ bilərmi?

- Rusiyada olan siyasi dairələr də başa düşürlər ki, Ermənistan ictimaiyyəti arasında qərbyönümlü siyasi baxışlar çox güclüdür. Bu əslində bütün postsovet ölkələrinə aid bir vəziyyətdir. Paşinyan isə həm Qərb, həm də Rusiya baxımından balansı qorumağa çalışır. Açıq şəkildə ruspərəst olan və Qərbdə heç kim tərəfindən qəbul olunmayan simalar indi heç Rusiyanın özünə də lazım deyil.

Sarkisyan və Koçaryan siyasi hakimiyyətə Rusiyaya agentlik etməklə başlayıb və elə də davam ediblər. Bu hamının bildiyi bir məsələdir. Lakin indi Ermənistan insanları onları qəbul etmək istəmirsə, Qərb və Rusiyanın onları qəbul edə biləcəyi bizdə ancaq gülüş doğura bilər.

- Ermənistanda keçmiş hakim şəxslərin qəbul olunmamasının əsas səbəbi korrupsiyadır, yoxsa başqa siyasi - ictimai səbəblərdə var?

- Təbii ki, bu fakt da var. Digər məsələ isə odur ki, onların Rusiyaya  göstərdikləri meyillərin heç bir konsepsiyası yoxdur. Bu baxımdan Ruslar da başa düşürlər ki, keçmiş Ermənistan hakimiyyətinin orada Rusiyanı təbliğ etmək üçün heç bir idealogiyası yoxdur və artıq Rusiya da onlardan üz çevirməyə başlayır.

- Söylədiklərinizdən belə çıxır ki, hazırda Ermənistanda mitinqlər təşkil edən revanşist qüvvələri meydanlara çıxaran yalnız keçmiş hakim dairələrdir?

- Keçən il keçirilən seçkilərdən sonra Paşinyanın qalib gəlməsi və Rusiyanın buna səssiz qalması ilə gördük ki, Rusiya Ermənistandakı keçmiş hakim dairələrə heç bir açıq dəstək vermir. Bəzi məsələlər var ki, Rusiya onları Paşinyanın əli ilə həyata keçirməyə çalışır. Hazırda Ermənistanı idarə edə biləcək gücə qadir insan, etiraz edib mitinqlərə çıxanların arasında yoxdur. Reallıq budur ki, revanşist qüvvələr insanları müharibəyə səsləyir, qəbirstanlıqlar isə cavan əsgərlərin  meyidləri ilə doludur. Ermənilər öz övladlarının kiminsə revanşist çağırışları ilə ölməsini istəmirlər. Ağıllı insanlar keçmiş hakimiyyətin müharibə və döyüş çağırışlarına məhəl qoymurlar, çünki başa düşürlər ki,  həmin qüvvələr onları bir tərəfdən 10 milyonluq Azərbaycana, digər tərəfdən isə 90 milyonluq Türkiyəyə qarşı döyüşə səsləyirlər və bu da yalnız onları məhvə məhkum edəcək.

- Sizə görə Ermənistandakı böhran hazırda sırf siyasi məsələlər ilə bağlıdır?

- Ermənistanda hazırda yaşanan böhran çox dərindir. Siyasi, iqtisadi, hərbi və təhlükəsizlik baxımından ciddi problemləri var. Ən böyük problem isə demoqrafiya ilə bağlıdır. Hazrda Ermənistanda yaşanan demoqrafik proseslər çox yüksək səviyyəyə çatıb.


Bu tip məsələləri həll etmək isə uzun zaman alacaq. Nə Paşinyan , nə də Sarkisyan onları həll etmək iqtidarında deyillər. Bunun üçün Ermənistana onilliklər lazımdır. Problem budur ki, Ermənistan bir ölkə kimi heç Ermənilər üçün də, maraqlı deyil. Hazırda ermənilərin böyük köçü başlayıb. Onların vətənpərvərlikləri ancaq xaricdə yaşayanda özünü göstərir, halbuki vətənpərvər insanlar dar gündə vətəni qoyub qaçmırlar. İndi Ermənistanda kimi dindirsən, hamı pul düzəldib oradan qaçmağa hazırlaşır. Ölkə olaraq ora heç kim üçün cəlbedici deyil.

Leyla Şah,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“YAŞAT” Fondundan müharibə əlili Bəhrəm Abdullayevə DƏSTƏK - VİDEO

“YAŞAT” Fondundan müharibə əlili Bəhrəm Abdullayevə DƏSTƏK - VİDEO

Elza İbrahimovanın adı Qusarda növbəti dəfə əbədiləşdirildi – VİDEO

Elza İbrahimovanın adı Qusarda növbəti dəfə əbədiləşdirildi – VİDEO

İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü KEÇİRİLİR

İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü KEÇİRİLİR

ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ

ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ

Qan şəkərini salmağın YOLU

Qan şəkərini salmağın YOLU

Yağıntılar nə vaxt kəsiləcək? - VİDEO

Yağıntılar nə vaxt kəsiləcək? - VİDEO

ABŞ-la danışıqlar fonunda İrandan müharibə XƏBƏRDARLIĞI

ABŞ-la danışıqlar fonunda İrandan müharibə XƏBƏRDARLIĞI

“Neftçi” yeni transferi üçün nə qədər ÖDƏYİB?

“Neftçi” yeni transferi üçün nə qədər ÖDƏYİB?

ABŞ-ın vitse-prezidenti Azərbaycanda – FOTO/VİDEO

ABŞ-ın vitse-prezidenti Azərbaycanda – FOTO/VİDEO

Roma Papası Azərbaycana dəvət olundu

Roma Papası Azərbaycana dəvət olundu

Renat Dadaşov “Zirə”yə keçir? – Klubdan AÇIQLAMA

Renat Dadaşov “Zirə”yə keçir? – Klubdan AÇIQLAMA

Elnur Bağırova 3 müavin TƏYİN EDİLDİ

Elnur Bağırova 3 müavin TƏYİN EDİLDİ

“Qarabağ” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

“Qarabağ” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

Saakaşvili Tbilisi məhkəməsində günahını qəbul etmədi

Saakaşvili Tbilisi məhkəməsində günahını qəbul etmədi

Azərbaycanda həbsdən çıxan şəxs həyat yoldaşını və övladlarını öldürməklə HƏDƏLƏYİR - FOTO

Azərbaycanda həbsdən çıxan şəxs həyat yoldaşını və övladlarını öldürməklə HƏDƏLƏYİR - FOTO

SON DƏQİQƏ! Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı

SON DƏQİQƏ! Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı

Çin maşınları ilə arzuları ÇİN olmayanlar – Hansı markalar UĞURSUZ OLACAQ?

Çin maşınları ilə arzuları ÇİN olmayanlar – Hansı markalar UĞURSUZ OLACAQ?

Xamenei 2 mindən çox məhkumun cəzasını bağışladı

Xamenei 2 mindən çox məhkumun cəzasını bağışladı

Moldova MDB-ni tərk edir – Öncə borclarını ödəyəcək

Moldova MDB-ni tərk edir – Öncə borclarını ödəyəcək

"Rəqsanə bundan da pis günə qalsın"

"Rəqsanə bundan da pis günə qalsın"

Vens: “Biz bu gün sülhün təmin edilməsi ilə məşğuluq"

Vens: “Biz bu gün sülhün təmin edilməsi ilə məşğuluq"

Ermənistan uğrunda mübarizə: Vens İrəvanı Rusiyadan ayıra biləcəkmi?

Ermənistan uğrunda mübarizə: Vens İrəvanı Rusiyadan ayıra biləcəkmi?

Saleh Məmmədovun qudasının işdən azad olunması xəbərinə AAYDA-dan REAKSİYA

Saleh Məmmədovun qudasının işdən azad olunması xəbərinə AAYDA-dan REAKSİYA

Zukerberg milyarderlər adasına KÖÇÜR?

Zukerberg milyarderlər adasına KÖÇÜR?

End of content

No more pages to load

RADİO