Ceyhun Bayramov paraqvaylı deputatlarla görüşdü - FOTO

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Paraqvay Respublikasının Parlamentinin nümayəndə heyəti - Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının sədri, eyni zamanda Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Valter Enrike Harms Sespedes və Senatdakı Paraqvay-Azərbaycan dostluq qrupunun sədri Lukas Orlando Akino Xara ilə görüşüb.

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, qonaqları salamlayan nazir Ceyhun Bayramov, iki ölkə arasında mövcud olan əlaqələrin məmnunluq doğurduğunu və Azərbaycanın Paraqvayla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib.

Ceyhun Bayramov, 2019-cu ildə Azərbaycan Respublikasının xarici işlər nazirinin, habelə 2022-ci ildə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavinin Paraqvaya səfərlərinin, bu xüsusda keçirilən görüşlərin ikitərəfli əlaqələrə töhfə verdiyini bildirib.

Nazir, iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının, o cümlədən parlament diplomatiyasının önəmli yer tutduğunu ifadə edib.

Paraqvay-Azərbaycan dostluq qrupunun üzvlərinin Azərbaycanla bağlı məsələlərdə böyük fəallıq göstərdiyi, habelə Xocalı ilə bağlı Paraqvay Parlamenti tərəfindən qətnamənin qəbul edilməsi minnətdarlıqla qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin Paraqvay Parlamentinin nümayəndələrinə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələri, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, habelə bölgədə aparılan bərpa-quruculuq işləri, sülh quruculuğu istiqamətində atılan addımlar barədə məlumat verib.

Hazırda Paraqvay Respublikasının Xarici İşlər Nazirliyinin iki gənc diplomatının ölkəmizdə təlim proqramında iştirak etdiyini qeyd edən nazir Ceyhun Bayramov, bu kimi mübadilələrin ikitərəfli əlaqələrin inkişafında müsbət rol oynadığını bildirib.
Paraqvay Respublikasının Parlamentinin nümayəndə heyətinin üzvləri, öz növbələrində Azərbaycana səfəri və bu xüsusda keçirilmiş görüşləri, habelə işğaldan azad edilmiş ərazilərə edilən səfəri yüksək qiymətləndirərək bu səfərin ölkədəki vəziyyətlə yerindəcə tanış olmaq baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər.

Paraqvayın hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etdiyini, həmçinin Azərbaycanın ədalətli mövqeyini dəstləklədiyi vurğulanıb.

Qarşı tərəf, Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduqlarını və səfərin potensial əməkdaşlıq sahələrinin müəyyən olunması baxımından əhəmiyyətini qeyd ediblər.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərini müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“YAŞAT” Fondundan müharibə əlili Bəhrəm Abdullayevə DƏSTƏK - VİDEO

“YAŞAT” Fondundan müharibə əlili Bəhrəm Abdullayevə DƏSTƏK - VİDEO

Elza İbrahimovanın adı Qusarda növbəti dəfə əbədiləşdirildi – VİDEO

Elza İbrahimovanın adı Qusarda növbəti dəfə əbədiləşdirildi – VİDEO

İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü KEÇİRİLİR

İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü KEÇİRİLİR

ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ

ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ

Qan şəkərini salmağın YOLU

Qan şəkərini salmağın YOLU

Yağıntılar nə vaxt kəsiləcək? - VİDEO

Yağıntılar nə vaxt kəsiləcək? - VİDEO

ABŞ-la danışıqlar fonunda İrandan müharibə XƏBƏRDARLIĞI

ABŞ-la danışıqlar fonunda İrandan müharibə XƏBƏRDARLIĞI

“Neftçi” yeni transferi üçün nə qədər ÖDƏYİB?

“Neftçi” yeni transferi üçün nə qədər ÖDƏYİB?

ABŞ-ın vitse-prezidenti Azərbaycanda – FOTO/VİDEO

ABŞ-ın vitse-prezidenti Azərbaycanda – FOTO/VİDEO

Roma Papası Azərbaycana dəvət olundu

Roma Papası Azərbaycana dəvət olundu

Renat Dadaşov “Zirə”yə keçir? – Klubdan AÇIQLAMA

Renat Dadaşov “Zirə”yə keçir? – Klubdan AÇIQLAMA

Elnur Bağırova 3 müavin TƏYİN EDİLDİ

Elnur Bağırova 3 müavin TƏYİN EDİLDİ

“Qarabağ” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

“Qarabağ” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

Saakaşvili Tbilisi məhkəməsində günahını qəbul etmədi

Saakaşvili Tbilisi məhkəməsində günahını qəbul etmədi

Azərbaycanda həbsdən çıxan şəxs həyat yoldaşını və övladlarını öldürməklə HƏDƏLƏYİR - FOTO

Azərbaycanda həbsdən çıxan şəxs həyat yoldaşını və övladlarını öldürməklə HƏDƏLƏYİR - FOTO

SON DƏQİQƏ! Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı

SON DƏQİQƏ! Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı

Çin maşınları ilə arzuları ÇİN olmayanlar – Hansı markalar UĞURSUZ OLACAQ?

Çin maşınları ilə arzuları ÇİN olmayanlar – Hansı markalar UĞURSUZ OLACAQ?

Xamenei 2 mindən çox məhkumun cəzasını bağışladı

Xamenei 2 mindən çox məhkumun cəzasını bağışladı

Moldova MDB-ni tərk edir – Öncə borclarını ödəyəcək

Moldova MDB-ni tərk edir – Öncə borclarını ödəyəcək

"Rəqsanə bundan da pis günə qalsın"

"Rəqsanə bundan da pis günə qalsın"

Vens: “Biz bu gün sülhün təmin edilməsi ilə məşğuluq"

Vens: “Biz bu gün sülhün təmin edilməsi ilə məşğuluq"

Ermənistan uğrunda mübarizə: Vens İrəvanı Rusiyadan ayıra biləcəkmi?

Ermənistan uğrunda mübarizə: Vens İrəvanı Rusiyadan ayıra biləcəkmi?

Saleh Məmmədovun qudasının işdən azad olunması xəbərinə AAYDA-dan REAKSİYA

Saleh Məmmədovun qudasının işdən azad olunması xəbərinə AAYDA-dan REAKSİYA

Zukerberg milyarderlər adasına KÖÇÜR?

Zukerberg milyarderlər adasına KÖÇÜR?

End of content

No more pages to load

RADİO