Milli Məclisin sədri Abdulla Şahidlə MÜZAKİRƏLƏR APARDI - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 13-də Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahidlə görüşüb.

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sədr bu səfərin BMT ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə inandığını bildirib. Bu ilin fevral ayında BMT-nin Azərbaycandakı daimi koordinatoru xanım Vladanka Andreeva ilə Milli Məclisdə görüşünü xatırlayan spiker həmin görüş barədə təəssüratlarını bölüşüb.

"Biz bu il Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyini qeyd edirik. Azərbaycan BMT-nin həmişə çox fəal üzvü olub. Ölkəmiz 155 üzv dövlətin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib ki, bu da ölkəmizin beynəlxalq nüfuzuna dəlalət edir", - o qeyd edib.

Milli Məclisin sədri bildirib ki, bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi BMT-nin təşəbbüslərini dəstəkləyir və qlobal maraq doğuran məsələlərə öz töhfəsini verir:

"Ölkəmiz sədrliyi dövründə bu təşkilatın bir neçə sessiyasının çağırılmasının təşəbbüskarı olub. Bundan başqa, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradıb. Parlament Şəbəkəsinin Birinci Konfransının bütün üzv ölkələr üçün faydalı olacağına inanırıq".

S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycan çoxmədəniyyətli ölkədir:

"Multikulturalizm xalqımızın həyat tərzidir. Ölkəmizdə müxtəlif dini və etnik qruplar əsrlər boyu sülh və dostluq şəraitində birgə yaşamışlar".

Azərbaycanda qadınların ölkə həyatının müxtəlif sahələrində yaxından iştirak etdiyini qeyd edən Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Şərqdə qadına seçki hüququ vermiş ilk ölkədir:

"Bu gün Azərbaycanda Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi, həmçinin parlamentdə müvafiq komitə fəaliyyət göstərir".

Görüşdə 44 günlük Vətən müharibəsi və regionda yaranmış yeni reallıqdan danışan S.Qafarova Azərbaycanın davamlı sülh və sabitliyin tərəfdarı olduğunu diqqətə çatdırıb. Spiker tezliklə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacağına inamını ifadə edib.

Abdulla Şahid BMT-Azərbaycan əməkdaşlığının yüksək səviyyədə olmasından, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyindən razılığını bildirib.

Söhbət zamanı qonaq parlament şəbəkəsinin qurulmasında Azərbaycanın təcrübəsi və aktiv rolu, gender bərabərliyi, qadınların siyasətdə iştirakı, regionda davamlı sülhün təmin olunmasının vacibliyi və digər məsələlər barədə fikirlərini açıqlayıb.
Görüşdə qonaq Azərbaycanın tezliklə azad edilmiş ərazilərini bərpa edəcəyinə və orada yenidən həyatın öz axarına qayıdacağına inamını ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“YAŞAT” Fondundan müharibə əlili Bəhrəm Abdullayevə DƏSTƏK - VİDEO

“YAŞAT” Fondundan müharibə əlili Bəhrəm Abdullayevə DƏSTƏK - VİDEO

Elza İbrahimovanın adı Qusarda növbəti dəfə əbədiləşdirildi – VİDEO

Elza İbrahimovanın adı Qusarda növbəti dəfə əbədiləşdirildi – VİDEO

İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü KEÇİRİLİR

İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü KEÇİRİLİR

ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ

ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ

Qan şəkərini salmağın YOLU

Qan şəkərini salmağın YOLU

Yağıntılar nə vaxt kəsiləcək? - VİDEO

Yağıntılar nə vaxt kəsiləcək? - VİDEO

ABŞ-la danışıqlar fonunda İrandan müharibə XƏBƏRDARLIĞI

ABŞ-la danışıqlar fonunda İrandan müharibə XƏBƏRDARLIĞI

“Neftçi” yeni transferi üçün nə qədər ÖDƏYİB?

“Neftçi” yeni transferi üçün nə qədər ÖDƏYİB?

ABŞ-ın vitse-prezidenti Azərbaycanda – FOTO/VİDEO

ABŞ-ın vitse-prezidenti Azərbaycanda – FOTO/VİDEO

Roma Papası Azərbaycana dəvət olundu

Roma Papası Azərbaycana dəvət olundu

Renat Dadaşov “Zirə”yə keçir? – Klubdan AÇIQLAMA

Renat Dadaşov “Zirə”yə keçir? – Klubdan AÇIQLAMA

Elnur Bağırova 3 müavin TƏYİN EDİLDİ

Elnur Bağırova 3 müavin TƏYİN EDİLDİ

“Qarabağ” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

“Qarabağ” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

Saakaşvili Tbilisi məhkəməsində günahını qəbul etmədi

Saakaşvili Tbilisi məhkəməsində günahını qəbul etmədi

Azərbaycanda həbsdən çıxan şəxs həyat yoldaşını və övladlarını öldürməklə HƏDƏLƏYİR - FOTO

Azərbaycanda həbsdən çıxan şəxs həyat yoldaşını və övladlarını öldürməklə HƏDƏLƏYİR - FOTO

SON DƏQİQƏ! Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı

SON DƏQİQƏ! Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı

Çin maşınları ilə arzuları ÇİN olmayanlar – Hansı markalar UĞURSUZ OLACAQ?

Çin maşınları ilə arzuları ÇİN olmayanlar – Hansı markalar UĞURSUZ OLACAQ?

Xamenei 2 mindən çox məhkumun cəzasını bağışladı

Xamenei 2 mindən çox məhkumun cəzasını bağışladı

Moldova MDB-ni tərk edir – Öncə borclarını ödəyəcək

Moldova MDB-ni tərk edir – Öncə borclarını ödəyəcək

"Rəqsanə bundan da pis günə qalsın"

"Rəqsanə bundan da pis günə qalsın"

Vens: “Biz bu gün sülhün təmin edilməsi ilə məşğuluq"

Vens: “Biz bu gün sülhün təmin edilməsi ilə məşğuluq"

Ermənistan uğrunda mübarizə: Vens İrəvanı Rusiyadan ayıra biləcəkmi?

Ermənistan uğrunda mübarizə: Vens İrəvanı Rusiyadan ayıra biləcəkmi?

Saleh Məmmədovun qudasının işdən azad olunması xəbərinə AAYDA-dan REAKSİYA

Saleh Məmmədovun qudasının işdən azad olunması xəbərinə AAYDA-dan REAKSİYA

Zukerberg milyarderlər adasına KÖÇÜR?

Zukerberg milyarderlər adasına KÖÇÜR?

End of content

No more pages to load

RADİO