Bu gün ADA Universitetində Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin görüşü baş tutub.
Bizim.Media xəbər verir ki, görüşdə iştirak edən BMT Baş Assambleyasının Prezidenti Abdulla Şahid, ADA Universitetinin rektoru Hafiz Paşayev və xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edərək bu cür görüşün keçirilməsini yüksək qiymətləndiriblər.
Abdulla Şahid çıxışında qeyd edib ki, dünyanın müxtəlif nöqtələrində - Əfqanıstan, Suriya, Ukraynada münaqişələr var davam edir və qlobal gənclik münaqişələrə reaksiya verməli, bu istiqamətdə fəal olmalıdırlar.
Daha sonra BMT Baş Assambleyasının Prezidenti görüş iştirakçılarının suallarını cavablandırıb.
Murad Əhmədov, Rəşad Orucoğlu, Bizim.Media






