Vətənbdaş və İnkişaf Partiyası sədrinin müavini Billur Hümbətov sabah baş tutacaq iqtidar-müxalifət dialoqunun növbəti mərhələsi haqqında fikirlərini Moderator.az oxucularıyla paylaşıb:
"Sabah, nəhayət, iqtidarla müxalifət arasında 3-cü görüşün keçrilməsi nəzərdə tutulub. Müsbət haldır ki, görüşə bütün müxalif partiya rəsmiləri dəvət alıb. Mətbuatdan oxudum ki, Musavat Partiyası iqtidar-müxalifət dialoqunda iştirak etmək üçün üç şərt irəli sürüb:
1.Siyasi məhbuslarla bağlı məsələnin müzakirəsi.
2. Riqa sammiti ətrafında polemika.
3. Ölkədə siyasi islahatların başlanması, sərbəst toplaşmaq hüququnun bərpa edilməsi.
Mən hesab edirəm bu təkliflərin hər biri müxalifət partiyaları tərəfindən dəstəklənəcək fikirlərdir. Lakin bunları mətbuat vasitəsi ilə deyil, iqtidarla üzbəüz oturub bildirmək yaxşı olmazmı? Gözəl atalar sözümüz var, deyilir ki, "Çağırılmayan yeri dar eləmə, çağırılan yerə getməyi ar eləmə". Əgər bu gün partiyalar o görüşə dəvət alıblarsa, orada iştirak edib və ona ayrılacaq reqlament müddətində öz tələb - təkliflərini dövlət rəsmiləri qarşısında qaldırıb və hər kəsin nəzərinə çatdırmaqlarına kim mane ola bilər? Digər tərəfdən bir daha qeyd etmək istəyirəm ki, həmin təkliflər orada iştirak edəcək hər bir müxalifyönlü partiyaların rəsmləri tərəfindən qaldırılacaq təkliflərdəndir. Bütün bünlarla yanaşı ölkəmizdə keçriləcək Avropa Oyunları ilə bağlı məsələnin orada müzakirəsini vacib hesab edirəm. Hansı cəbhədə dayanmasından asılı olmayaraq hər bir təşkilat, hər bir Azərbaycan vətəndaşı bu idman yarışının ölkəmizdə üğurla keçməsi üçün əlindən gələni etməlidir. Dövlətimizin maraqları olan yerdə iqtidar-müxalifət ziddiyyətləri unudulmalıdır. Müxalifət düşərgəsində olan bizlər elə etməməliyik ki, iqtidar-müxalifət yaxınlaşmasını arzulamayan bəzi hakimiyyət nümayəndələrinin əlinə bəhanə verilsin və başlanmamış prosesə xitam verilsin. Tədbirdə iştirak edib-etməmək hər partiyanın öz hüququdur, ancaq partiya rəhbərləri illərlə onlara təmənnasız xidmət etmiş üzvlərinin taleyini öz şəxsi ambisiyalarını qurban verməməlidirlər. Sonra üzvlər bağışlasalar da, Allah onları bağışlamaz.
Tanrı millətimizi qorusun".