Elman Nəsirov: “Azərbaycan ictimaiyyəti  sərt mövqe bildirməlidir”

“Rusiya Federasiyasının Dağlıq Qarabağın statusu haqqında birmənalı mövqeyi var. Bu mövqe Rusiya prezidenti, Ali Baş Komandan Vladimir Putin tərəfdən irəli sürülüb.

Putin dəfələrlə öz açıqlamalarında bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Ermənistan Respublikasının özü bu qondarma separatçı rejimini tanımayıb.

Bütün dünya beynəlxalq müstəvidə Dağlıq Qarabağı Azərbaycanın vahid ərazisi kimi tanıyır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Elman Nəsirov Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayımlanan məqalədə Dağlıq Qarabağın respublika kimi təqdim olunmasına münasibət bildirərkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Deputat: "Mən çox istərdim ki, PUA-nın da abidəsi qoyulsun"


Millət vəkilinin sözlərinə görə, bu cür məsələ Rusiyanın siyasi rəhbərinin mövqeyinə zidd olan bir ifadədir.

“Vladimir Putin özü bir-neçə dəfə Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını deyib. Bütün bu dediklərinin fonunda MN-nin belə bir ifadə işlətməsi məntiqə uyğun deyil. Çünki Dağlıq Qarabağ respublikası tarixin arxivində qalıb. Cənab Prezident İlham Əliyev də dəfələrlə öz müsahibələrində bildirib ki, Dağlıq Qarabağın heç bir statusu yoxdur. Bu ifadə Rusiyanin ali siyasi rəhbərinin mövqeyinə zidd olan bir ifadədir. Düşünürəm ki, bu məsələ tezliklə öz həllini tapacaq”.

E.Nəsirov qeyd edib ki, Azərbaycan ictimaiyyəti belə haqsız və yalan məlumatlara qarşı mütləq şəkildə sərt mövqe bildirməlidir. 

“Bir müddət əvvəl də Rusiya Müdafiə Nazirliyinin saytında Rus sülhməramlıların dislakasiya olduğu ərazilərin əks olunduğu xəritəyə saxta düzəliş edildi. O zamanda Azərbaycan ictimaiyyətinin və dövlətinin prinsipial qətiyyətli mövqeyi öz işini gördü və nazirlik həmin o icad etdikləri xəritədən imtina etməyə məcbur oldu. Mən düşünürəm ki, biz mütləq şəkildə Rusiyanın özünün siyasi kursuna zidd olan bu cür  mövqelərə qarşı qətiyyət və prinsipiallıq göstərərək, haqq səsimizi ucaltmalıyıq”.

Millət vəkili sözü gedən məqalənin məqsədli şəkildə erməni lobbisi tərfindən yayılmasını ehtimal etdiyini və bu cür provakasiya yaradan məsələlərin iki dövlət arasında narazılıq yaratmaq məqsədi güddüyünü vurğulayıb.

''Məlumdur ki, Rusiyada 2 milyondan artıq erməni yaşayır və orada güclü erməni lobbisi fəaliyyət göstərir. Onlar imkanlarından istifadə edərək, ayrı-ayrı məmurların əli ilə bir çox yerlərə müdaxilə edə bilirlər. Bəlkə də burada hansısa yüksək çinli, ermənipərəst məmurunun əli var və o,  bu hərəkətinə görə tez bir zamanda öz cəzasını alar''.

''Bundan sonra bəlkə də Nazirlik bunu texniki səhv kimi qələmə verə bilər. Lakin belə həssas məsələlərdə texniki səhvlər də hansısa siyasi məna kəsb edə bilər. Məncə, Rusiya MN bu məsələlərdə daha diqqətli olmalıdır'',- deyə o, fikrini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Bu BÜRCLƏR üçün ağ günlər başlayacaq

Bu BÜRCLƏR üçün ağ günlər başlayacaq

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

Lerikdə ZƏLZƏLƏ OLDU

Lerikdə ZƏLZƏLƏ OLDU

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Oğlunun fotosunu paylaşdı - FOTO

Oğlunun fotosunu paylaşdı - FOTO

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

End of content

No more pages to load

RADİO