Azərbaycan, Türkiyə və Gürcüstan deputatları ŞUŞADA GÖRÜŞƏCƏKLƏR - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri Metin Yener ilə görüşüb.

Bizim.Media xəbər verir ki, parlamentin sədri qonağı salamlayaraq, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunu söyləyib.

Sahibə Qafarova deyib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan-Türkiyə münasibətlərinin dünya siyasi sistemində arternativi yoxdur. Münasibətlərimiz “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Sahibə Qafarova İran parlamentinin sədr müavini ilə görüşdü


Parlamentin sədri bu günlərdə İƏT PA-nın Üçüncü Ümumi Konfransında iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun Bakıya səfərini və tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərləri ilə birlikdə Şuşa şəhərini ziyarət etməsini məmnunluqla xatırlayıb.

Spiker Türkiyə Hesablama Məhkəməsi rəhbərinin Bakıya səfərinin hər iki ölkənin audit qurumları arasında əlaqələrin daha da dərinləşməsi baxımından əhəmiyyətini qeyd edib.

Vurğulanıb ki, qardaş ölkələrimizin dövlət qurumları və institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verir.

Sahibə Qafarova əlaqələrimizin daha da dərinləşməsində parlamentlərin özünə məxsus rolundan söz açaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərilməsini təqdir edib.

Bildirilib ki, Milli Məclislə TBMM arasında çoxşaxəli əməkdaşlıq mövcuddur. Deputatlarımız ikitərəfli və çoxtərəfli formatlarda uğurlu fəaliyyət göstərirlər. Yaxın günlərdə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Beynəlxalq əlaqələr komitələrinin Bakı və Şuşa şəhərlərində növbəti üçtərəfli görüşü keçiriləcək. Bu tədbirlər əlaqələrimizin daha da dərinləşməsi baxımından önəmlidir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Hesablama Məhkəməsinin sədri Metin Yener ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, iki dost və qardaş ölkə arasında əməkdaşlığın həyatın müxtəlif sahələrində daha da dərinləşməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir.

Metin Yener deyib ki, iki ölkənin audit qurumları arasında təcrübə və informasiya mübadiləsi tərəflər üçün çox əhəmiyyətlidir. Qonaq ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun iqtisadi, mədəni, humanitar sahələrə də müsbət təsir etdiyini söyləyib.
Qeyd edilib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər Türkiyəni də sevindirir. Bu dostluq və qardaşlıq hər iki ölkənin beynəlxalq müstəvidə nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda nasaz avtomobil maşrut avtobusu ilə toqquşdu – VİDEO

Bakıda nasaz avtomobil maşrut avtobusu ilə toqquşdu – VİDEO

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Müştərilərə səhvən 42 milyard dollarlıq “Bitcoin” göndərildi

Müştərilərə səhvən 42 milyard dollarlıq “Bitcoin” göndərildi

Ərdoğan bu şəxsləri nazir təyin etdi – ADLAR

Ərdoğan bu şəxsləri nazir təyin etdi – ADLAR

"Nə olsun ki, Xalq artistidir, oxuyanda adamın yuxusu gəlir"

"Nə olsun ki, Xalq artistidir, oxuyanda adamın yuxusu gəlir"

Zərdabda 52 illik məktəb binası UÇMAQ üzrədir – Valideynlər uşaqlarını dərsə BURAXMIR – VİDEO

Zərdabda 52 illik məktəb binası UÇMAQ üzrədir – Valideynlər uşaqlarını dərsə BURAXMIR – VİDEO

Sosial ödəniş alanların nəzərinə

Sosial ödəniş alanların nəzərinə

Qərb bölgəsində qarın hündürlüyü 20 sm-ə çatdı

Qərb bölgəsində qarın hündürlüyü 20 sm-ə çatdı

Sürücülərə XƏBƏRDARLIQ - Ağsu aşırımında yollar buz bağlayıb

Sürücülərə XƏBƏRDARLIQ - Ağsu aşırımında yollar buz bağlayıb

Marta qədər kim çatdırıb edə bilsə, bəxti gətirdi — Bəhrəsini yayda görəcək

Marta qədər kim çatdırıb edə bilsə, bəxti gətirdi — Bəhrəsini yayda görəcək

Bakıda daha bir ərazidə böyük söküntü - Sakinlərə bildirişlər paylanılıb

Bakıda daha bir ərazidə böyük söküntü - Sakinlərə bildirişlər paylanılıb

"Gecə saat 2-də ərimə mesaj yazan müğənni..."

"Gecə saat 2-də ərimə mesaj yazan müğənni..."

Gəncədə 26 yaşlı yeniyetmə xəstəxanalıq oldu

Gəncədə 26 yaşlı yeniyetmə xəstəxanalıq oldu

“Burada yeməklər çox ləziz olmalıdır, bir az sonra dadacağıq” – VİDEO

“Burada yeməklər çox ləziz olmalıdır, bir az sonra dadacağıq” – VİDEO

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

8 yaşınadək uşaqları olanların nəzərinə

8 yaşınadək uşaqları olanların nəzərinə

Ən tənha 5 bürc: heç kimə ehtiyacları olmur

Ən tənha 5 bürc: heç kimə ehtiyacları olmur

İlham Əliyev Vensə bu fotoları göstərdi – VİDEO

İlham Əliyev Vensə bu fotoları göstərdi – VİDEO

Goranboyun illərdir davam edən SU PROBLEMİ – Nə vaxt həllini tapacaq?

Goranboyun illərdir davam edən SU PROBLEMİ – Nə vaxt həllini tapacaq?

Azərbaycandan xaricə çay ixracı niyə AZALIR?

Azərbaycandan xaricə çay ixracı niyə AZALIR?

Laportanı fırıldaqçılıqda İTTİHAM ETDİ

Laportanı fırıldaqçılıqda İTTİHAM ETDİ

BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr

Bakıda evdən qadın meyiti TAPILDI

Bakıda evdən qadın meyiti TAPILDI

Çexiya şirkəti Bakı metrosuna vaqon satmaq niyyətindədir - FOTO

Çexiya şirkəti Bakı metrosuna vaqon satmaq niyyətindədir - FOTO

End of content

No more pages to load

RADİO