Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən üçtərəfli görüş keçirəcəklər.
Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.
Mayın 22-də Brüsseldə keçiriləcək görüşdə Azərbaycan-Ermənistan münasibətləri, tərəflər arasında sülh müqaviləsi ilə bağlı danışıqlar müzakirə ediləcək.
Qeyd edək ki, bu il aprelin 6-da liderlər Brüsselda bu formatda görüş keçirmişdi.
Bizim.Media