Azərbaycan Prezidenti İlham Əliyev İrana rəsmi səfərə dəvət olunub.
Bizim.Media "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisi paytaxt Tehranda Baş nazirinin müavini Şahin Mustafayevlə görüş zamanı bildirib.
"İran hökuməti Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verir. Mənim səmimi salamlarımı və İrana dəvətimi Azərbaycan Prezidentinə çatdırmağınızı xahiş edirəm", - deyə İran Prezidenti vurğulayıb.
Bizim.Media