Azərbaycanın hasilat öhdəlikləri dəyişməyəcək 

“OPEC plus” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edlib. Yeni razılaşmaya əsasən, “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 mln.125 min barrel, martda isə 7 mln. 50 min barrel təşkil edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.
 


MÖVZU İLƏ BAĞLI:

Neft hasilatı ilə bağlı 6 saatlıq müzakirə nəticəsiz qaldı


Məlumata görə, Azərbaycanın bu ilin yanvar ayındakı 123 min barrel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, növbəti iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlayacaq. 

Qeyd edək ki, “OPEC plus” ölkələri arasında bu anlaşmanın əldə edilməsində, neft bazarında sabitliyin bərqərar olması məqsədilə dialoqun davam etdirilməsində və tərəflərin razılığa gəlməsində Azərbaycanın bu töhfəsi iclas zamanı yüksək qiymətləndirilib. 

İclasda çıxışı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov pandemiyadan irəli gələn qeyri-müəyyənliklərin neft bazarına təzyiqinin davam etdiyini və tələbatın gözlənildiyindən zəif bərpa olunduğunu əsas gətirərək bildirib ki, tənzimləmə prosesinə həssas yanaşma zəruridir:

“Bizim üçün əsas məqsəd bazarda tələb-təklif balansının təmin olunması və onun qorunub saxlanılmasıdır. Ona görə də hesab edirəm ki, hasilatın kəskin azaldılmasından artırılmasına keçid tədricən və ehtiyatlı olmalıdır.”

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0.5 mln. barrel artırılması, “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barrelədək yumşaldılması razılaşdırılmışdı. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Bu BÜRCLƏR üçün ağ günlər başlayacaq

Bu BÜRCLƏR üçün ağ günlər başlayacaq

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

Lerikdə ZƏLZƏLƏ OLDU

Lerikdə ZƏLZƏLƏ OLDU

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Oğlunun fotosunu paylaşdı - FOTO

Oğlunun fotosunu paylaşdı - FOTO

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

End of content

No more pages to load

RADİO