Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.
Yeni hava limanına ilk dəfə göyərtələrində Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin olduqları təyyarələr eniş edib.
Türkiyə və Azərbaycan dövlət başçıları açılış mərasiminin keçirildiyi məkana gəliblər. Onlar açılış mərasimində çıxış ediblər. Daha sonra Rize-Artvin Hava Limanının açılışını bildirən lent kəsilib.
Bizim.Media














