XİN-lər arasında növbəti siyasi məsləhətləşmələr - Azərbaycan və Uruqvay 

Uruqvayın paytaxtı Montivideo şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Uruqvay Xarici İşlər Nazirliyi arasında növbəti (ikinci) siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Uruqvay tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Karolina Açe Batye rəhbərlik ediblər.

Siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi, kənd təsərrüfatı, nəqliyyat, enerji və humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşdü - DÜŞƏNBƏDƏ VACİB MÜZAKİRƏ - FOTO


Nazir müavini E.Məmmədov Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi reallıqlar, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr haqqında qarşı tərəfə ətraflı məlumat verib, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin Uzaq Şərq-Orta Asiya-Avropa arasında ticarət əlaqələrinin artırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Tərəflər, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.

Həmin gün xarici işlər nazirinin müavini Elnur Məmmədov Uruqvay Parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının Uruqvay - Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb.

Görüş zamanı parlamentlərarası münasibətlərin genişləndirilməsi, ikitərəfli əməkdaşlığın inkişafı, Cənubi Qafqaz regionunda gedən proseslər və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Lokomotiv”in futbolçusu “Turan Tovuz”da – FOTO

“Lokomotiv”in futbolçusu “Turan Tovuz”da – FOTO

Ərəb Parlamentinin prezidenti İlham Əliyevin qəbulunda – FOTO

Ərəb Parlamentinin prezidenti İlham Əliyevin qəbulunda – FOTO

Ağsu aşırımında 2 avtomobil aşdı – FOTO

Ağsu aşırımında 2 avtomobil aşdı – FOTO

Polis Zərdabda əməliyyat keçirdi – 7 nəfər TUTULDU

Polis Zərdabda əməliyyat keçirdi – 7 nəfər TUTULDU

Xırdalan sakinlərini sevindirən, Masazırı isə nigaran qoyan xəbər – “Bir həftəyə düzələcək”

Xırdalan sakinlərini sevindirən, Masazırı isə nigaran qoyan xəbər – “Bir həftəyə düzələcək”

Bu bölgədə temperatur mənfi 6 dərəcəyə endi – FOTO/VİDEO

Bu bölgədə temperatur mənfi 6 dərəcəyə endi – FOTO/VİDEO

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

Kürdəmir rayonu da ağ örpəyə büründü - VİDEO

Kürdəmir rayonu da ağ örpəyə büründü - VİDEO

Bakıda film kimi QULDURLUQ: Kuryeri bıçaqladı, qızılları qaçırdı – VİDEO

Bakıda film kimi QULDURLUQ: Kuryeri bıçaqladı, qızılları qaçırdı – VİDEO

Tanınmış türkiyəli aktyor vəfat etdi

Tanınmış türkiyəli aktyor vəfat etdi

Nərimanın yeni klubunu tanıyaq: Komandada erməni də var...

Nərimanın yeni klubunu tanıyaq: Komandada erməni də var...

Sürücülərə XƏBƏRDARLIQ – Bu yolda hərəkət MƏHDUDLAŞDIRILACAQ - FOTO

Sürücülərə XƏBƏRDARLIQ – Bu yolda hərəkət MƏHDUDLAŞDIRILACAQ - FOTO

Bakıda yaşayış binasında yanğın – 3 nəfər təxliyə OLUNDU

Bakıda yaşayış binasında yanğın – 3 nəfər təxliyə OLUNDU

Azərbaycan–ABŞ münasibətlərində YENİ SƏHİFƏ - Xartiya ilə rəsmiləşən strateji TƏRƏFDAŞLIQ

Azərbaycan–ABŞ münasibətlərində YENİ SƏHİFƏ - Xartiya ilə rəsmiləşən strateji TƏRƏFDAŞLIQ

Bu məlumatları yayarkən iki dəfə düşünün – Məsuliyyəti ağırdır

Bu məlumatları yayarkən iki dəfə düşünün – Məsuliyyəti ağırdır

ABŞ səfirliyi: Vens ailəsinin Şəhidlər xiyabanına ziyarəti Azərbaycan xalqının cəsarətinə hörmət əlamətidir

ABŞ səfirliyi: Vens ailəsinin Şəhidlər xiyabanına ziyarəti Azərbaycan xalqının cəsarətinə hörmət əlamətidir

Mark Entonidən Bekhemlər ailəsindəki qalmaqala REAKSİYA

Mark Entonidən Bekhemlər ailəsindəki qalmaqala REAKSİYA

"Donbas verilsə belə, Rusiya müharibəni dayandırmayacaq"

"Donbas verilsə belə, Rusiya müharibəni dayandırmayacaq"

DİN-dən ÇAĞIRIŞ: “Heç bir qadın döyülməyə, təhqir olunmağa məhkum deyil!” – VİDEO

DİN-dən ÇAĞIRIŞ: “Heç bir qadın döyülməyə, təhqir olunmağa məhkum deyil!” – VİDEO

"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən xəbər var

"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən xəbər var

Bakıda qırmızı işıqda keçən sürücü ağır qəza törətdi - ANBAAN VİDEO

Bakıda qırmızı işıqda keçən sürücü ağır qəza törətdi - ANBAAN VİDEO

Bütün diqqətlər 24 fevrala yönəldi - Zelenski nəyi açıqlayacaq?

Bütün diqqətlər 24 fevrala yönəldi - Zelenski nəyi açıqlayacaq?

“Qarabağ”ın rəqibi “Tottenhem”i məğlub etdi - VİDEO

“Qarabağ”ın rəqibi “Tottenhem”i məğlub etdi - VİDEO

Nigar Həsənovanın işində yeni detallar - 1 milyona yaxın pul alınıb...

Nigar Həsənovanın işində yeni detallar - 1 milyona yaxın pul alınıb...

End of content

No more pages to load

RADİO