ABŞ dövlət katibi İlham Əliyevə zəng etdi - TELEFON DANIŞIĞININ DETALLARI

Mayın 11-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında ABŞ dövlət katibi Antoni Blinken ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təbriklərini çatdırıb.

O, həmçinin bu yaxınlarda Birləşmiş Ştatların Dövlət Departamentinin və ABŞ-ın Cənubi Qafqazın üç ölkəsində fəaliyyət göstərən səfirlərinin Azərbaycana səfər etdiklərini və səfər zamanı səmərəli müzakirələrin aparıldığını qeyd edib.
ABŞ Dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Antoni Blinken, həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsipin Ermənistan tərəfindən qəbul edildiyini və Azərbaycanın bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib.
Prezident İlham Əliyev, həmçinin Azərbaycanın delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibini müəyyən etdiyini diqqətə çatdırıb və nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini qeyd edib.

Eyni zamanda, tərəflər Ermənistan ilə Azərbaycan arasında humanitar gündəliyə aid məsələlərə də toxunublar.

Telefon danışığı zamanı enerji təhlükəsizliyi məsələləri də müzakirə olunub.

Söhbət əsnasında ölkələrimiz arasında dialoqun artırılması imkanlarına, Azərbaycanda demokratikləşmə prosesinə dair fikir mübadiləsi aparılıb və ikitərəfli əlaqələrin inkişafında hökumətlərarası komissiyanın rolu xüsusilə qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Millimizin üzvü klubunu dəyişdi

Millimizin üzvü klubunu dəyişdi

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Bakıda oteldən oğurluq edənlər tutuldu

Bakıda oteldən oğurluq edənlər tutuldu

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

Azərbaycanda avtomobil benzini istehsalı artıb

Azərbaycanda avtomobil benzini istehsalı artıb

Ermənistan ordusunun hərbçisi ölüb

Ermənistan ordusunun hərbçisi ölüb

Çevik iş vaxtının detallarını AÇIQLADI - VİDEO

Çevik iş vaxtının detallarını AÇIQLADI - VİDEO

Fransız diplomatların saxlanılmasına Əraqçinin CAVABI

Fransız diplomatların saxlanılmasına Əraqçinin CAVABI

Çimərliklərdə gözlənilən HAVA DURUMU

Çimərliklərdə gözlənilən HAVA DURUMU

ABŞ-də 6 mindən çox insan ağır infeksiyaya yoluxdu

ABŞ-də 6 mindən çox insan ağır infeksiyaya yoluxdu

Tramp İrandakı nüvə obyektini vuracağına SÖZ VERDİ

Tramp İrandakı nüvə obyektini vuracağına SÖZ VERDİ

Venesuelada hantavirus həyəcanı: Ölənlər var

Venesuelada hantavirus həyəcanı: Ölənlər var

Azərbaycanda ulduz kateqoriyalı hotellərin sayı artdı

Azərbaycanda ulduz kateqoriyalı hotellərin sayı artdı

End of content

No more pages to load

RADİO