XİN-də Azərbaycan-İtaliya əlaqələrinin 30 illiyi qeyd olunur - YENİLƏNİB

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və İtaliya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.  

Tədbirdə XİN-nin rəhbər heyəti, İtaliyanın Azərbaycan Respublikasındakı səfiri, habelə səfirliyin əməkdaşları iştirak edib. 

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb. 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və İtaliya arasında əlaqələrin tarixi köklərə və dostluq ənənələrinə əsaslandığını və son 30 ildə münasibətlərin bütün istiqamətlər üzrə dinamik inkişaf etdiyini bildirib. Nazir müavini iki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, humanitar və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb.

X.Xələfov 44 günlük Vətən müharibəsi zamanı İtaliyanın beynəlxalq hüquqa əsaslanan və ədalətli mövqeyini məmnunluqla qeyd edib.

Sonda nazir müavini əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, hər iki xalqa sülh, əmin-amanlıq və firavanlıq arzulayıb. 

Daha sonra çıxış edən İtaliyanın Azərbaycan Respublikasındakı səfiri Klaudio Taffuri 30 il ərzində Azərbaycan və İtaliya arasında əlaqələrin inkişafında əldə olunan nailiyyətləri qürurla qeyd edərək, tədbir iştirakçılarını bu əlamətdar tarix münasibəti ilə təbrik edib. Səfir, Azərbaycan və İtaliya arasında bir çox istiqamətlər üzrə mövcud olan yüksək səciyyəli əməkdaşlığı məmnunluqla qeyd edib.

Eyni zamanda, səfir iki ölkə arasında insanlar arasında əlaqələrin intensivləşməsinə istinad edib, xüsusilə də təhsil sahəsində əməkdaşlığın genişlənməsini məmnunluqla vurğulayıb.  

Tədbirin sonunda iştirakçılar Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar. 

*** 12:20

Xarici İşlər Nazirliyində Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Kiyevə hərbi yardımı dayandırıb – Əsas donor Almaniyadır

ABŞ Kiyevə hərbi yardımı dayandırıb – Əsas donor Almaniyadır

Nəriman “Qarabağ”la belə vidalaşdı – FOTO

Nəriman “Qarabağ”la belə vidalaşdı – FOTO

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – YENİ TƏYİNAT

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – YENİ TƏYİNAT

Rusiyada texnikumda silahlı İNSİDENT: Ölən və yaralılar var – FOTO/VİDEO

Rusiyada texnikumda silahlı İNSİDENT: Ölən və yaralılar var – FOTO/VİDEO

Rəna Məmmədova vəzifəsindən azad olundu

Rəna Məmmədova vəzifəsindən azad olundu

Paşinyanın komandası: Solovyovun sözləri 100 faiz müxalifətə xoş gəlib

Paşinyanın komandası: Solovyovun sözləri 100 faiz müxalifətə xoş gəlib

Rusiya Ukraynada iri dron istehsalı zavodunu DAĞITDI - Zərər 10 milyonlarla dollardır

Rusiya Ukraynada iri dron istehsalı zavodunu DAĞITDI - Zərər 10 milyonlarla dollardır

Durov: Mənə “oliqarx” demək düzgün deyil

Durov: Mənə “oliqarx” demək düzgün deyil

Kallas: “Rusiya 100 ildən çoxdur ki, qonşularına hücum edir”

Kallas: “Rusiya 100 ildən çoxdur ki, qonşularına hücum edir”

Rusiyada “çirkli pulları yuyan” bankirlər TUTULDU – ANBAAN VİDEO

Rusiyada “çirkli pulları yuyan” bankirlər TUTULDU – ANBAAN VİDEO

Azərbaycan ABŞ ilə super saziş sayəsində YENİ MƏRHƏLƏYƏ qədəm qoyur

Azərbaycan ABŞ ilə super saziş sayəsində YENİ MƏRHƏLƏYƏ qədəm qoyur

İsti və günəşli hava geri qayıdır

İsti və günəşli hava geri qayıdır

Regionda geosiyasi yenidənqurma və Rusiyanın şoku

Regionda geosiyasi yenidənqurma və Rusiyanın şoku

“Qəbələ” fransalı futbolçu TRANSFER ETDİ

“Qəbələ” fransalı futbolçu TRANSFER ETDİ

Qiymət paradoksu: Ərzaq bahalaşır, qeyri-ərzaq ucuzlaşır...

Qiymət paradoksu: Ərzaq bahalaşır, qeyri-ərzaq ucuzlaşır...

Dünyadakı ən ağıllı şəxs bu qadın imiş – FOTO

Dünyadakı ən ağıllı şəxs bu qadın imiş – FOTO

Olimpiadada Ukrayna idmançısı səbəbindən qalmaqal YAŞANDI

Olimpiadada Ukrayna idmançısı səbəbindən qalmaqal YAŞANDI

Ukrayna nümayəndə heyəti Putinlə görüşmək üçün Moskvaya gedəcək?

Ukrayna nümayəndə heyəti Putinlə görüşmək üçün Moskvaya gedəcək?

“Turkish Airlines” şirkəti İstanbuldan İrəvana uçuşlara başlayır

“Turkish Airlines” şirkəti İstanbuldan İrəvana uçuşlara başlayır

Cəlilabadda yollar buz bağlayıb – VİDEO

Cəlilabadda yollar buz bağlayıb – VİDEO

Alimlər insan həyatındakı ən yorucu onilliyi açıqladı

Alimlər insan həyatındakı ən yorucu onilliyi açıqladı

Kremldən Vensin səfərinə REAKSİYA

Kremldən Vensin səfərinə REAKSİYA

Tovuzda yüksək vəzifəli məmur işdən çıxarıldı - FOTO

Tovuzda yüksək vəzifəli məmur işdən çıxarıldı - FOTO

Nəriman Axundzadə yeni klubunda nə qədər QAZANACAQ?

Nəriman Axundzadə yeni klubunda nə qədər QAZANACAQ?

End of content

No more pages to load

RADİO