“İnsan alveri ilə bağlı bəzi beynəlxalq sənədlərdə Azərbaycana qarşı haqsızlıqlar müşahidə olunur. ABŞ dövlət departamentinin son açıqladığı hesabatda Azərbaycan təəssüf ki, ikinci sıra nəzarət ölkələri sırasındadır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Azay Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
“Azərbaycanla bir sırada Efiopiya, Qvineya və Mavritaniya kimi ölkələr var. Necə ola bilər ki, Azərbaycan belə ölkələrlə bir sırada olur? Media azadlığı üzrə hesabatda da Azərbaycanın adı elə ölkələrlə bir sırada çəkilir ki, bu təbəssüm doğurur”, - Azay Quliyev əlavə edib.
Murad Əhmədov, Bizim.Media