Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunun 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.
Bizim.Media xəbər verir ki, dövlət başçısı və birinci xanım məktəb binasında yaradılan şəraitlə tanış olublar.
Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar Ələkbərov məktəb haqqında məlumat verib.
Bildirilib ki, yeni təhsil müəssisəsində sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib.
Bizim.Media