Zahid Oruc: “O dövlətlər Qarabağda sülhdən milyardlar qazanacaqlar”

“İkinci dünya müharibəsindən sonra dağılmış Avropanın bərpasında Marşal planı müstəsna rol oynayıb. O cümlədən, son iki ayda ağır müharibə meydanına çevrilən Ukraynaya 3.5 mliyard dollarlıq kömək göstərən dövlətlər, həmçinin Britaniyanın baş naziri, Amerika  Konqresi və digər parlamentlərin irəli sürdükləri bərpa layihələri gerçəkləşdirilir.

İstər 75 il əvvəl Avropanın, istərsə indi Ukraynanın müharibə yaralarını sağaltması üçün nəzərdə tutulan planlara xalqımız da sevinir, çünki humanist addımlardır və ölkəmiz də o kampaniyada iştirak edir.
Lakin 10 noyabr 2020-ci ildən bu yana dünya dövlətlərindən  tutumlu bir yardım almayan ölkəmiz haqlı olaraq soruşur - nə üçün, hansı səbəbdən? Bəlkə irqi, dini, milli əlamətlər üzündən Qarabağın qurucluğu belə ayrıseçkilik ünvanıdır?”  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.  

“Prezident İlham Əliyev son müşavirədə haqlı olaraq soruşur, sitat: “..Belə qanlı müharibələrdən sonra-donor konfransları keçirilir, beynəlxalq təşkilatlar yığışır və bərpa planları icra edir. Bir fond belə bizə heç bir yardım göstərməyib. Nə üçün?”. Bu sözlər dünya dövlətləri, eləcə də  Şuşaya deyil,  Moksvaya və Kiyevə səfərə hazırlaşan BMT baş katibi Quttereşə verilən çətin suallardır”, - deyə deputat qeyd edib.  

Millət vəkili bildirib ki, 2-ci dünya müharibəsinin nəticələri ilə son 30 ildə Ermənistan-Azərbaycan savaşını fərqli miqyaslarına görə müqayisə etməyə bilərlər:  
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycandakı sosial problemlərin əsas səbəbi işsizlikdir” - Əli Məsimli 


“Lakin Qarabağ lokal ərazi münaqişəsi olmayıb SSRİ-nin yaranması və süqutunda böyük rol oynayıb. Özü də söhbət təkcə bir milyona qədər köçkünün Vətənə dönüşündən getmir, bütövlükdə Qafqazın xilası, ənənəvi ticarət yollarının bərpası, iqtisadi və siyasi təhlükəsizlikdən gedir.

Hamıya məlumdur ki, Qarabağın bərpasına 100 milyardlarla manat vəsait gərəkdir. Onu tək bir dövlət qarşılaya bilməz. Elə isə nə üçün Türk Dövlətləri Təşkilatı xeyirxah bir aksiya keçirmir? Yaxud, islam ölkələrinin xüsusi fərqlənməsi hazırki müqədddəs Ramazan ayının xeyirxahlıq, mərhəmət prinsiplərinə uyğun olmazmı? Minaların təmizlənməsinə hərəsi çox 10 milyon dollarlıq yardım etsə, tarixi Mina dağını ziyarət etmiş olarlar!”  

O cümlədən, Amerikada general Corc Marşalın əməl varisləri Qarabağda azad edilən torpaqlarda bir küçənin bərpasını üzərlərinə götürə bilməzlərmi?  

“100 il əvvəl Xəzər dənizinə donanma ilə gələn general Tomsonun Qarabağda yeganə ali hakimiyyət rəhbəri kimi tanıdığı Xosrov bəy Sultanova münasibətini indi Britaniya hökuməti təkrarlasa, Şuşada bir məhəllənin quruculuğunu öz üzərlərinə götürsə, ədalətli olmazmı? İki dəfə Bakıya gələn Şarl de Qollun Müqavimət hərəkatında vuruşan azərbaycanlılara ehtiramını davam etdirmək üçün yenidən seçilən Makrondan çoxmu fədakarlıq tələb olunur? Axı həmin dövlətlər Qarabağda sülhdən milyardlar qazanacaqlar. Biz o şəhərlərdə hər kəsin əməlini öz adı ilə yazıb tarixiləşdirəcəyik. Ona görə də ölkə rəhbərinin  Qarabağın Quruculuğuna Beynəlxalq Yardım Fondunun yaradılması ideyasını hər birimiz müdafiə edirik”.  

Millət vəkili əlavə edib ki, son 30 ildə və 44 günlük müharibədə o dövlətlərin davranışları nə olubsa, indi bərpa və yenidən məskunlaşmaya, Böyük qayıdışa də eyni münasibəti görürük:  

“Lakin “Əliyev planı” ilə onsuz da Marşal layihəsindən daha müqəddəsdir - çünki onu tək bir dövlət edir! Prezident Əliyev 44 günlük hərbi meydanda kimdirsə, inşaat meydanında da həmin Qurucu liderdir!”  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Anamın bədən quruluşuna çox həsəd aparıram” - FOTO

“Anamın bədən quruluşuna çox həsəd aparıram” - FOTO

Oğuzun girişində yerləşən park baxımsızlıqdan məhv olur - VİDEO

Oğuzun girişində yerləşən park baxımsızlıqdan məhv olur - VİDEO

Fars körfəzində ABŞ-a məxsus bir hərbi gəmi belə qalmayıb

Fars körfəzində ABŞ-a məxsus bir hərbi gəmi belə qalmayıb

Ermənistanı Rusiya ilə birləşdirən əsas yolun Gürcüstandakı hissəsi yenidən qurulacaq - SƏBƏB

Ermənistanı Rusiya ilə birləşdirən əsas yolun Gürcüstandakı hissəsi yenidən qurulacaq - SƏBƏB

57 yaşlı Cennifer Lopez ağ bikinidə pərəstişkarlarını heyran etdi - FOTO

57 yaşlı Cennifer Lopez ağ bikinidə pərəstişkarlarını heyran etdi - FOTO

Canlı yayımda söyüş söyən tiktoker SAXLANILDI

Canlı yayımda söyüş söyən tiktoker SAXLANILDI

Elgün Səmədov yüksək vəzifəyə SEÇİLDİ – FOTO

Elgün Səmədov yüksək vəzifəyə SEÇİLDİ – FOTO

Tanınmış müəllimin meyiti evindən tapıldı - FOTO

Tanınmış müəllimin meyiti evindən tapıldı - FOTO

SEPAH:Xamenei buna görə ictimaiyyət qarşısına çıxmır

SEPAH:Xamenei buna görə ictimaiyyət qarşısına çıxmır

Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb - FOTO - VİDEO

Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb - FOTO - VİDEO

Rahat, amma havasız salonlar – Yeni avtobusların problemləri ÜZƏ ÇIXDI

Rahat, amma havasız salonlar – Yeni avtobusların problemləri ÜZƏ ÇIXDI

1, yoxsa 15 sentyabr -Məktəblər nə vaxt açılacaq?

1, yoxsa 15 sentyabr -Məktəblər nə vaxt açılacaq?

Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır

Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır

"Tünzalənin getməyi ona çox təsir etdi"

"Tünzalənin getməyi ona çox təsir etdi"

Qəsəbə və kənddaxili yolların təmirini hansı qurum həyata keçirməlidir? – VİDEO

Qəsəbə və kənddaxili yolların təmirini hansı qurum həyata keçirməlidir? – VİDEO

Leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Naxçıvanın enerji xəritəsi dəyişir – Görülən işlər və nəzərdə tutulan LAYİHƏLƏR

Naxçıvanın enerji xəritəsi dəyişir – Görülən işlər və nəzərdə tutulan LAYİHƏLƏR

Magistraturaya qeydiyyatın vaxtı UZADILDI

Magistraturaya qeydiyyatın vaxtı UZADILDI

Kərə yağının saxtasını ayırd etməyin 5 sadə ev üsulu

Kərə yağının saxtasını ayırd etməyin 5 sadə ev üsulu

“Səbrim tükənir yavaş-yavaş...” – Video

“Səbrim tükənir yavaş-yavaş...” – Video

SON DƏQİQƏ! Türkiyədə “F16” təyyarəsi qəzaya uğradı – VİDEO

SON DƏQİQƏ! Türkiyədə “F16” təyyarəsi qəzaya uğradı – VİDEO

“Sabah”ın oyunundakı davaya görə cinayət işi başlanıldı- Saxlanılanlar var

“Sabah”ın oyunundakı davaya görə cinayət işi başlanıldı- Saxlanılanlar var

Tələbələr üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək

Tələbələr üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək

End of content

No more pages to load

RADİO