Azərbaycan - 2020-ci ilin tək qalib dövləti

2020-ci il Azərbaycan üçün dünyanın heç bir ölkəsində olmadığı qədər ağır keçdi. Lakin ilin gətirdiyi bütün ağırlıq daxili və xarici siyasətdə seçilmiş uğurlu strategiya nəticəsində demək olar ki, hiss edilmədi.

Ən əsası isə Azərbaycan xalqı, Azərbaycan hakimiyyəti ilə birlik olub 2020-ci ilin bütün ağırlığını öz ciyinləri üzərində daşımağı bacardı.

2020-ci ilin Azərbaycan üçün ilk gözlənilməz sürprizi pandemiya idi. Bütün dünyanı əhatə edən Covid-19 virusu Azərbaycanda da sürətlə yayılmış və nəticədə iqtisadi sahədə çox ciddi qapanmalarla nəticələnmişdi.

Bir sıra dünya ölkələri pandemiya dövründə ciddi iqtisadi itkilərlə məruz qaldığı halda, Azərbayan pandemiya dövründə tətbiq olunan səmərəli idarə etmə forması ilə təhlükələri minimum səviyyədə sovuşdurmağı bacarmışdı.

Fərqli regionlar və qonşu dövlətlərlə müqayisədə Azərbaycan pandemiyadan olduqca az təsirlənmiş ölkələr arasında idi.

Pandemiyanın təsirləri tam olaraq aradan qaldırılmamış mənfur düşmənlərimiz iyul ayında Azərbaycanın sərhəddində torpaq bütövlüyümüzü və süverenliyimizi təhdid edən fəaliyyətlər icra etməyə başladı. Bu cür pozucu fəaliyyətlərin nəticəsi kimi, Azərbaycan ordusu uzun illər dondurulmuş olan Qarabağ münaqişəsini birdəfəlik həll etmək üçün əks-hücum əməliyyatına start verdi.

30 ilə yaxındır ki, hər bir Azərbaycanlının həsrətlə gözlədiyi “Vətən müharibəsi” başlamış oldu. Şanlı Azərbaycan ordusu 44 günlük müharibə nəticəsində uzun illər işğal altında qalan torpaqlarını düşmən tapdağından azad etdi.

Lakin diqqət çəkən ən önəmli məqam bütün dünya ölkələri pandemiya səbəbi ilə çökmüş iqtisadiyyatlarını gücləndirməyə çalışdığı bir anda Azərbaycanın inamla müharibəyə başlayacaq potensiala malik olduğunu göstərməsi idi.

İstənilən nəzəriyəyə və parktikaya uyğun gəlməyən bu davranış Azərbaycanın siyasi və hərbi səriştəsini bir daha gözlər önünə sərirdi.

Payız kimi hərbi əməliyyatlar üçün çox da uyğun olmayan bir fəsildə, yoluxma hallarının günü gündən artdığı, şiddətli xarici təzyiqlərin proqnozlaşdırıldığı bir şəraitdə müharibəyə başlamaq ən azından ciddi analitik hesablamanın və uzaq görən siyasətin nəticəsində mümkün ola bilərdi.

İstər müharibə dövründə, istərsə də müharibədən sonrakı dövrdə xaricdən gələ biləcək təhdidlərin nəzərə alınmasını Azərbaycanın uğurlarının təməlində yatan əsas amillərdən hesab edə bilərik.

Xarici təzyiqləri mümkün olduğu qədər balanslaşdırmaq və qarşısını almaq istiqamətində görülən işlər heç şübhəsiz ki, 2020-ci ili Azərbaycanın diplomatiya tarixinə qızıl hərflərlə yazmalıdır. 

Böyük dövlətlərin və fövqəl güclərin iradələrinə rəğmən Dağlıq Qarabağ kimi dondurulmuş münaqişəsin hərbi yolla həlli olduğunu sübut etmək və 44 gün müddətində bunu bütün dünyaya diqtə etmək Azərbaycanın bu il ərzində ən böyük uğurlardan biri idi. XXI əsrdə heç bir dövlət xarici təzyiqlərə, pandemiya və iqtisadi itkilərə rəğmən bu cür uğurlara imza ata bilməz, 200 illik tarixi problemi 44 gündə həll edə bilməzdi.

Azərbaycan eyni zamanda Dağlıq Qarabağdakı uğurlarının fonunda dünyaya realist siyasət konsepsiyasının müddəalarını da bir daha xatırlatmış oldu. Dünya beynəlxalq təşkilatların qərarları ilə deyil, məhz güc ilə idarə olunurdu. Yalnız güc siyasətin müəyyənedici faktoru idi və hər kəs Azərbaycanın gücü ilə hesablaşmalı idi. Böyük dövlətlərin və böyük maraq sahiblərinin anladığı və hörmət etdiyi dil də məhz gücə əsaslanırdı.

Bu gücün mənbəyi isə xalq və hakimiyyət arasındakı birlikdən qaynaqlarınırdı.

2020-ci il Azərbaycan üçün tamamilə fərqli bir dönəmin başlanğıcını qoymuş oldu. Artıq Azərbaycan daha əvvəlki məğlub dövlət deyil. Artıq böyük dövlətlər və xarici təşkilatlar Azərbaycana diktə etdiyi dövrlər geridə qalmışdı. Yeni dövr Azərbaycanın diktə etdiyi, hər kəsin Azərbaycanla hesablaşacağı bir dövr olacaqdı. 

Rəvan Əliyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Bu BÜRCLƏR üçün ağ günlər başlayacaq

Bu BÜRCLƏR üçün ağ günlər başlayacaq

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

End of content

No more pages to load

RADİO