Elmar Məmmədyarov: ”Mən artıq nazir deyiləm, məlumatları ordan-burdan alıram” - MÜSAHİBƏ

Keçmiş xarici işlər naziri Azadlıq Radiosuna müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.

- Elmar müəllim, söhbətə atəşkəsin pozulması haqda xəbərlərdən başlayaq. Müdafiə Nazirliyi dekabrın 27-də Xocavənddə bir hərbçinin həlak olması, bir nəfərin yaralanması haqda məlumat yayıb.

- Mən bəyanatı gördüm, əfsuslar olsun ki, bir nəfər şəhid olub. Atəşkəsin pozulması təbii məsələlərdi. 30 illik məsələni bir gecəyə həll etmək çətindir. Belə məsələlər yəqin yenə olacaq. Ermənilər özlərini o qədər aldadıblar, əfsanə yaradıblar ki, onun içindən çıxmaq onlar üçün də çətindir. Ona görə belə hadisələr olacaq. Ancaq Azərbaycan ordusu, Daxili İşlər Nazirliyi bunu yavaş-yavaş həll edəcək, bütün torpaqlarımızı nəzarət altına alacaqlar. Necə Bakıda, Lənkəranda, Qubada... Eyni şəkildə o tərəfdə də nəzarət olacaq.

- İndi Rusiyanın üçtərəfli bəyanata əməl etmədiyini düşünənlər də var, çünki Qarabağdakı proseslərə sülhməramlılar nəzarət etməliydilər. Siz necə fikirləşirsiz?

- Noyabrın 10-da imzalanan bəyanatda sülhməramlıların harada dayanması qeyd olunub, yalnız təmas xəttində. Amma hadisələrin olduğu yerlər Azərbaycanın nəzarəti altındadır axı. Sülhməramlıların orda işi yoxdur. Bunlar bir-birinə mane olmamalıdır.

- Elmar müəllim, yeri gəlmişkən, sülhməramlıların Azərbaycana gəlməsi narazılıqla qarşılandı, bunu məğlubiyyət kimi dəyərləndirənlər var. Onların fikrincə, Azərbaycan qələbə qazansa da, Rusiyanın bölgəyə gəlməsi ilə bu, məğlubiyyətə çevrildi. Hətta bunu "gec partlayan mina" adlandıranlar da az deyil.

- İnanmıram ki, bu, gec partlayan minadır. Tarixdən də görürük ki, burda əvvəl də Rusiya qoşunları vardı. Müstəqillik qazanandan sonra sovet qoşunlarını (sonradan Rusiya qoşunları idi) danışıqlar yolu ilə burdan çıxardıq. Axırıncı Rusiya əsgəri Qəbələdən (Qəbələ RLS – A.R.) çıxdı. Bu bizim tarixdə var və biz bilirik sülhməramlıların danışıqlar yolu ilə burdan çıxarılmasına necə nail ola bilərik. Ona görə inanmıram nəsə problem olsun. O ki qaldı Sizin sualınıza, bu, müharibə idi, əməlli-başlı müharibə. Ona görə də təmas xəttində kimsə dayanmalı idi. Sağ olsun, Rusiya da əsgərlərini verib. Onlar dedilər ki, bəs biz gələk Azərbaycan və Ermənistan qoşunlarının arasında dayanaq və müharibəni dayandıraq. Ona görə də Azərbaycan tərəfi buna getdi və bəyanatı imzaladı. Amma bunda qorxulu bir şey görmürəm.

- Rusiya sülhməramlıları tək Azərbaycanda deyil, Moldovada, Gürcüstanda da var. İllərdir müşahidə edilən budur ki, Rusiya sülhməramlıları girdikləri ərazilərdən çıxmırlar. Siz də bilirsiniz ki... 

- Axı orda saziş yox idi, bəyanat yox idi. Azərbaycanda rus sülhməramlılarının mandatı var. Yəni, nəyə görə gəliblər, harada dayanıblar, neçə il dayanacaqlar, müddəti uzatmaq məsələsi var və s. Mexanizm var, başa düşürsünüz? Rusiya qoşunlarının çıxarılması ilə bağlı mexanizm var. Bəyanatda yazılıb ki, 5 ildən sonra hansı tərəf... O ki qaldı dediyiniz Moldovaya, Gürcüstana, orda belə mexanizm yoxdur.

- Bəzi şərhçilər Rusiyanın öz rəsmi strukturlarını Dağlıq Qarabağda yerləşdirməsindən narahatdırlar. Bəzi rəsmi qurumların, o cümlədən Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Dağlıq Qarabağa gəlir və qorxu var ki...

- Məndə belə qorxu yoxdur.

- Belə qorxu var ki, Abxaziyada olduğu kimi, Rusiya Dağlıq Qarabağda separatçı rejimin tərəfdarlarına pasport verəcək və Dağlıq Qarabağ Rusiyanın anklavına çevrilə bilər.

- Ona da inanmıram. Çünki məndə Xarici İşlər Nazirliyinin əməkdaşının gəlməsi haqda məlumat yoxdur. Pasport haqda eşitmişəm, oxumuşam. Mətbuatda var idi. Amma mətbuatda pasport məsələsini yalnız erməni tərəfi qaldırıb, Rusiya müzakirəyə də çıxarmayıb. Bu, erməni tərəfinin təxribat cəhdi də ola bilər, bunu bilə-bilə ortaya ata da bilər ki, Azərbaycanı içəridə qızışdırsınlar. İkincisi, pasport məsələsi... Bizim azərbaycanlılar da Rusiyada yaşayırlar və ora vətəndaşıdırlar, Rusiya pasportu gəzdirirlər. Yəni, pasport məsələsi ciddi məsələdir. Amma o qədər də ciddi deyil ki, camaat desin: "Vay, dədəm, vay, Qarabağ getdi, Kalininqrad oldu". Bu, inanılmaz məsələdir mənim üçün.

- Prezident İlham Əliyev çıxışlarının birində status məsələsi haqda danışarkən "status cəhənnəmə getdi, gora getdi" demişdi, yəni, bu məsələnin qapandığını bildirmişdi. Amma Rusiya prezidenti Vladimir Putin son mətbuat konfransında status məsələsinin gələcəyə qaldığını bəyan etdi. Status məsələsi niyə yenidən gündəmə gəlir və...

- Mən sual vermək istəyirəm: Siz niyə fikirləşirsiniz ki, status deyəndə ancaq müstəqillik nəzərdə tutulur? Düzgün deyil axı. Lənkəranın da statusu var, Naxçıvanın da, Qubanın da, amma Azərbaycanın tərkibində. Siz status deyəndə camaat qızışır ki, vay, dədəm, vay, söhbət müstəqillikdən gedir. Nəyə görə müstəqillik? Xankəndi, Ağdərə, Xocavənd Lənkəranın statusunda olacaq.

- Tarix var, iddialar var. 1988-ci ildə də məsələ belə qalxmışdı, Dağlıq Qarabağda ermənilər müstəqillik istəmişdilər.

- Qələbədən sonrakı, indiki Azərbaycanı 1988-ci illə müqayisə edə bilmərik ax. İndi tam şəkildə kontekst dəyişilib, vəziyyət dəyişib. 1988-ci ildə SSRİ-nin dövründə Azərbaycanda heç nə yox idi, nə silah, nə də sursat. Azərbaycan 30 ildə əməlli-başlı ordu yaradıb, beynəlxalq səviyyədə Azərbaycanın nüfuzu çox böyükdür. 10 milyonluq ölkə kimi hörmətimiz çox böyükdür.

- Amma Rusiya, onun hərbçiləri yenə burdadırlar.

- Qonşu ölkədir. Rusiya burdadır, Türkiyə də o biri tərəfdədir.Qonşunu sən seçmirsən, inkişaf üçün gərək onunla dil tapasan. Ermənistanın problemi odur ki, heç kimlə dil tapa bilmir.

- Türkiyə bölgədədirmi, Sizcə? Yarıgizli-yarıaşkar hiss olunan budur ki, Moskva Ankaranın Azərbaycanda oturuşmasına meylli görünmür, belə niyyəti yoxdur.

- Bu, Moskvanın qərarı deyil axı. Bu, Azərbaycanin qərarıdır. Müstəqil ölkəyik, BMT-nin, 50-yə yaxın beynəlxalq təşkilatın üzvüyük. Azərbaycanın hökuməti var, prezidenti var və qərarları qəbul edir.

- Üçtərəfli bəyanat imzalanandan sonra cəmiyyətdə müzakirə edilən məsələlərdən biri də bu idi ki, Azərbaycan Türkiyə sülhməramlılarının burda yerləşdirilməsinə nail ola bilmədi. Siz də yəqin etiraf edərsiniz ki, Bakı bunu istəyərdi.

- Amma düz deyək də, indiki vəziyyətdə Qarabağdakı ermənilər bunu qəbul edə bilməzdilər. Bəlkə sabah qəbul edərlər. Əgər sabitlik olarsa, Türkiyənin gəlməsini bəlkə də istəyərlər. Amma müharibənin dayandırıldığı vaxtda... Əlbəttə, biz çox istəyərdik Türkiyə qoşunları bura gəlsin, sabitlik baxımından bir nömrədir. Türklər də, ruslar da bir yerdə dayansalar, sabitlik baxımından heç nə şübhə altına düşməz. Amma suallarınızdan başa düşürəm ki, şübhələr çoxdur.

- Rus və türk hərbçilərinin birgə Monitorinq Mərkəzi yaradılır. Bu qurumun səlahiyyəti, əhəmiyyəti nədir, Sizcə? Bu qurumla bağlı da, dediyiniz kimi, şübhələr və ya suallar var, deyəsən.

- Bu haqda bir az məlumat toplamaq lazımdır. Mən artıq nazir deyiləm, məlumatları oradan-burdan alıram. Mən bilən, belə bir Monitorinq Mərkəzi vacibdir. İlk növbədə qanuni baxımdan həm Rusiya, həm də Türkiyə qoşunlarının mandatları var: onlar nəyə görə gəliblər, nəyi monitorinq edəcəklər, hansısa xoşagəlməz detalları aradan götürəcəklər. Bu, xoşagələn məsələdir. Rusiya ilə birgə Türkiyə və Azərbaycan – mən inanıram ki, Ağdamdakı mərkəzdə aparılacaq monitorinqdə bizimkilər də iştirak edəcəklər, – birgə olacaqlar, təmasda olacaqlar və beynəlxalq baxımdan belə bir təcrübə çox önəmlidir.

- "Azərbaycan ordusu bu müharibədən qalib çıxdı, ancaq Azərbaycan diplomatiyası haqda belə söyləmək olmaz" deyə düşünənlər var. Bir neçə ay əvvələ kimi xarici işlər naziri olan şəxs kimi bu haqda nə deyə bilərsiniz?

- Belə deyim də, üç rayonu şərtsiz, döyüşsüz Azərbaycanın nəzarəti altına almaq böyük qələbədir. Bu, diplomatiyanın qələbəsidir. əlbəttə, cənab prezident bəyanatı imzaladı və Ağdam, Kəlbəcər, Laçın rayonlarının silahsız, şəhidsiz Azərbaycan nəzarətinə keçməsi diplomatiyanın uğurudur.

- Bəs Xankəndi, Xocavənd, Xocalı, Ağdərə ilə bağlı nə olacağı bəllidirmi?

- Mən öz fikrimi deyə bilərəm. Orda əlbəttə ki, gərək erməni icması ilə azərbaycanlı icması arasında təmas qurulsun. Asan məsələ deyil. Ancaq yavaş-yavaş təmasları artırmalıyıq. Qarabağda yaşayan erməni Azərbaycan vətəndaşlığını qəbul edirsə, qoy qalsın yaşasın, əgər vətəndaşlığı qəbul etmirsə, azərbaycanlılarla birgə yaşamaq istəmirsə, avtobus var, min get.

- Siz Azərbaycan diplomatiyasının uğurundan danışırsınız, amma müharibə boyu Fransada daha çox Ermənistana dəstək verən çıxışlar oldu, hər halda Azərbaycanda belə təəssüratda olanlar var. Həmin müddətdə bu suallar səslənirdi ki, Azərbaycan bu illər ərində Fransanı və ya Avropa Birliyini niyə dostuna çevirə bilmədi? Bəlkə ölkədə insan haqları sahəsində problemlərin olması buna...

- O, düzgün sual deyil. Əksinə, Azərbaycan başqa ölkələrə baxanda çox böyük iş gördü. Avropa İttifaqı ilə imzalanan bütün sazişlərdə yazılıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır. Ondan başqa, Aİ üzvü olan 27 ölkədən 9-u ilə strateji əməkdaşlıq sazişi imzalanıb. İtaliya, Polşa, Baltikyanı ölkələrlə çox güclü əməkdaşlıq edirik.

- Amma ATƏT-in Minsk qrupuna həmsədrlik edən Fransa ilə belə münasibət yaradıldığını söyləmək olarmı?

- Analiz edəndə gərək fikirləşək ki, siyasətçi Fransa kimi ölkələrdə seçicidən asılıdır, erməni diasporu gəlir ortaya. Fransa parlamenti qətnamələri qəbul edəndə erməni vətəndaşları, erməni diasporu Senata və başqalarına təzyiq göstəriblər. Məncə, bu, böyük səhvdir, Fransanın imicinə böyük zərbədir. Mənim yadımdadır, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməni qəbul etməsi üçün Fransa ilə necə intensiv işləyirdik və onlar səsə qoyulmadan qəbul edildi. Fransanın mövqeyi də yadımdadır. Ona görə Fransanın son münasibəti səhvdir.

- ATƏT-in Minsk qrupu bundan sonra fəaliyyətini davam etdirməlidirmi?

- Minsk qrupunun mandatı var, asan məsələ deyil götürək ataq bayıra. Orda müzakirə edilməli çox məsələ var. Məsələn, işğaldan azad edilən torpaqların minalardan təmizlənməsini beynəlxalq səviyyədə sürətləndirmək mümkündür. ANAMA ərazilərin minalardan təmizlənməsinə 10-15 il vaxt lazım olduğunu bildirir. Beynəlxalq təşkilatlar yardım etsələr, vəsait ayırsalar, bu məsələni beş ilə həll etmək mümkündür. Təkcə bu deyil, başqa məsələlər də var. Kontekst dəyişib, ona görə gərək Minsk qrupu nə ilə məşğul olacağını özü düşünsün.

- Son sual. Siz vəzifədən azad olunmamışdan öncə oğullarınızın Nyu-Yorkda 4 milyonluq mənzil alması haqda iddialar yayıldı. O zaman nazirliyin mətbuat katibi bununla açıqlama vermədi ki, bu, şəxsi məsələdir. Bu məsələyə indi özünüzün aydınlıq gətirməyinizi istəyirik.

- Mən də təkrar edirəm - bu, şəxsi məsələdir.

- O zaman niyə nazir olmazdan öncə almadınız o mənzili, Elmar müəllim?

- Yüz yol var ev almaq üçün, kredit, ipoteka ilə almaq olardı, nə qədər imkan var. Amma yenə deyirəm: şübhə olsaydı, Amerikada məni parçalayardılar. Bank cavabdehdir çünki, o pul haradan, necə gəlir. Şübhə olmayanda imkan yaradırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“O iki müğənnini verilişimə dəvət etməyəcəyəm"

“O iki müğənnini verilişimə dəvət etməyəcəyəm"

Məcburi köçkündən ev sahibinə 10 minlik “hədiyyə” - Video

Məcburi köçkündən ev sahibinə 10 minlik “hədiyyə” - Video

Gömrük terminalında maşının altından meyit tapıldı

Gömrük terminalında maşının altından meyit tapıldı

Yarıçılpaq videolarını paylaşan bloger cəzalandırıldı - Yeni maddə ilə - FOTO

Yarıçılpaq videolarını paylaşan bloger cəzalandırıldı - Yeni maddə ilə - FOTO

Xocavənd şəhəri və Xocavənd kəndinə İLK KÖÇ: 194 nəfər qayıdır – FOTO

Xocavənd şəhəri və Xocavənd kəndinə İLK KÖÇ: 194 nəfər qayıdır – FOTO

Yevlaxda qaz kəsiləcək – BU TARİXDƏ

Yevlaxda qaz kəsiləcək – BU TARİXDƏ

Vaşinqtondakı təxribatı törədənləri hansı hüquqi məsuliyyət gözləyir? – Çingiz Qənizadədən AÇIQLAMA

Vaşinqtondakı təxribatı törədənləri hansı hüquqi məsuliyyət gözləyir? – Çingiz Qənizadədən AÇIQLAMA

Konfrans Liqası: “Samsunspor” səfərdə qalib gəldi

Konfrans Liqası: “Samsunspor” səfərdə qalib gəldi

Bakıda zərgərlik mağazasından oğurluq kameraya düşdü - ANBAAN VİDEO

Bakıda zərgərlik mağazasından oğurluq kameraya düşdü - ANBAAN VİDEO

Daha bir qadın şəhidimiz dəfn olundu – FOTO

Daha bir qadın şəhidimiz dəfn olundu – FOTO

“İbtidai təhsil yalnız ana dilində olsun!” – Deputatdan TƏKLİF

“İbtidai təhsil yalnız ana dilində olsun!” – Deputatdan TƏKLİF

Vaşinqtonda "Sülh Şurası"nın ilk iclasından YENİ VİDEO

Vaşinqtonda "Sülh Şurası"nın ilk iclasından YENİ VİDEO

Ramazan ayında qidalanma və fiziki aktivlik - Tövsiyələr

Ramazan ayında qidalanma və fiziki aktivlik - Tövsiyələr

Bakıda qadın doğuşdan sonra dünyasını dəyişdi

Bakıda qadın doğuşdan sonra dünyasını dəyişdi

Erməni lobbisinin “hazır ssenari” strategiyası – Amerikadan ilk REAKSİYA

Erməni lobbisinin “hazır ssenari” strategiyası – Amerikadan ilk REAKSİYA

Putin Lavrovun müavinini Türkiyəyə səfir təyin etdi – FOTO

Putin Lavrovun müavinini Türkiyəyə səfir təyin etdi – FOTO

Mühasibat uçotu ilə bağlı qanun DƏYİŞİR – Yeni sistemlə ƏVƏZ OLUNACAQ

Mühasibat uçotu ilə bağlı qanun DƏYİŞİR – Yeni sistemlə ƏVƏZ OLUNACAQ

Bu ölkədə ərin arvadını döyməsinə RƏSMƏN icazə verildi

Bu ölkədə ərin arvadını döyməsinə RƏSMƏN icazə verildi

Tenderlərlə bağlı prosedurda DƏYİŞİKLİK

Tenderlərlə bağlı prosedurda DƏYİŞİKLİK

Bu şəxslər 2500 manat CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 2500 manat CƏRİMƏ OLUNACAQ

Milli Məclis “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nı ratifikasiya ETDİ

Milli Məclis “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nı ratifikasiya ETDİ

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr AÇIQLANDI

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr AÇIQLANDI

Qalmaqala səbəb olan futbolçu “Səbail”dən göndərildi

Qalmaqala səbəb olan futbolçu “Səbail”dən göndərildi

Bakıda işçilər əlbir olub şirkəti TALADILAR

Bakıda işçilər əlbir olub şirkəti TALADILAR

End of content

No more pages to load

RADİO