Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Böyük Britaniyanın Aİ-dən çıxmasından sonra ticarət və əməkdaşlıq müqaviləsi imzalayıblar.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, tədbir Aİ Şurasının Brüsseldəki qərargahında baş tutub.
Qeyd edilib ki, sənədlər Londona, Baş nazir Boris Consona göndəriləcək.
Bildirilib ki, razılaşma Aİ ölkələrinin təsdiqini və Avropa parlamentinin ratifikasiyasını tələb edir.
Ursula von der Leyen London və Brüsselin müttəfiq olaraq qaldığını, əməkdaşlığa davam edəcəklərini vurğulayıb.
Bizim.Media