Gələn il Türkiyə, Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair çıxışında bildirib.
Onun sözlərinə görə, görüş Pakistanda baş tutacaq. Çavuşoğlu deyib ki, görüşün dəqiq tarixi müəyyənləşdirilir.
Bizim.Media