“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 30 ildir davam edən diplomatik danışıqlar nəticə vermədi, Azərbaycan döyüş meydanında haqqını geri aldı”.
Bizim.Media-nın məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair çıxışında söyləyib.
“Azərbaycana sadəcə qardaş olaraq yox, haqlı olduğu üçün dəstək verdik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.
Nazir qeyd edib ki, bundan sonra da Azərbaycana dəstək davam edəcək.
Bizim.Media