Qarabağ, Suriya, Liviya, Orta Şərq başda olmaqla, bölgədəki məsələləri həmkarım Sergey Lavrovla müzakirə etdik.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyada mətbuat konfransında deyib.
O bildirib ki, atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi qurulur, mərkəz tezliklə fəaliyyətə başlayacaq.
“Bizim məqsədimiz bölgədə qalıcı sülhün olmasıdır. Bunun üçün bütün imkanlarımızı səfərbər etməliyik. İnanıram ki, lazımı addımlar atılınca, qalıcı sülhə nail ola biləcəyik. Bu proses davam edərsə, o zaman Türkiyə ilə münasibətlərə də baxmaq olar, bölgədə münasibətlər qurula bilər.
Prezident İlham Əliyev bütün çətinliklərə rəğmən barış əlini Ermənistana uzadıb, xoş niyyətini göstərib.
Türkiyə rəhbəri də bölgədə münasibətlərin yaxşılaşmasından danışıb. Bu istiqamətdə çalışmalarımızı Azərbaycanla koordinasiya edəcəyik. Biz bölgədə qalıcı sülh, sabitlik, iqtisadi inkişaf görmək istəyirik”.
Bizim.Media