Ceyhun Bayramov Avropa İttifaqı nümayəndələri ilə görüşdü - FOTO

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Moranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın inkişafı, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş, eləcə də əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Azərbaycanla Aİ arasında əlaqələrin bir çox sahələrdə, xüsusilə enerji, investisiya, ticarət və s. sahələrdə inkişaf etdiyi, Avropa İttifaqının ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov Aİ ilə müxtəlif proqramlar və layihələr çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini və Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafının ölkəmiz üçün əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin icrası, layihənin növbəti mərhələdə genişlənməsi imkanları müzakirə olunub.

Bölgədə mövcud olan cari vəziyyətdən bəhs edən nazir Ceyhun Bayramov Vətən müharibəsindən sonra bölgədə yaranan yeni təhlükəsizlik çərçivəsi və əməkdaşlıq perspektivlərindən bəhs edib.

Nazir qarşı tərəfə regiondakı son vəziyyət, üçtərəfli bəyanatların icrası, bölgədə həyata keçirilən bərpa və yenidən qurma işləri ilə bağlı məlumat verib, habelə iki ölkə arasında münasibətlərin normallaşmasına dair Azərbaycanın baxışı ilə bölüşüb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Baş katibinin müavini Enrike Mora Azərbaycanın Aİ üçün çox vacib tərəfdaş olduğunu diqqətə çatdırıb.

O, ölkəmizlə qurum arasında güclü tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək, bu münasibətlərin çox geniş gündəliyə malik olduğunu, iqtisadiyyat, texnologiyalar və innovasiyalar, ticarət, enerji və digər sahələri əhatə etdiyini söyləyib.

Avropa İttifaqının regionun sabit, təhlükəsiz inkişafında maraqlı olduğu, Aİ-nin bu istiqamətdə bütün addımları dəstəkləməyə, regional əməkdaşlıq səylərində iştirak etməyə hazır olduğu qeyd edilib.

E.Mora, həmçinin Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında Aİ-nin önəmli tərəfdaşı olduğunu, Azərbaycanın regional təhlükəsizlik və sabitliyə böyük töhfə verdiyini bildirib. O, Aİ-nin ölkəmizlə bağlantılar, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu vurğulayıb.

Baş katibinin müavini Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu və bu xüsusda, enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni zamanda Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ardıcıl 3 gün iş olmayacaq

Ardıcıl 3 gün iş olmayacaq

Fuad Qəhrəmanlıya iğtişaşlar törətmək üçün pullar belə verilib – ANBAAN VİDEO

Fuad Qəhrəmanlıya iğtişaşlar törətmək üçün pullar belə verilib – ANBAAN VİDEO

ABŞ klubu Nəriman Axundzadəni əvəzedici heyətə göndərdi

ABŞ klubu Nəriman Axundzadəni əvəzedici heyətə göndərdi

Əli Kərimlinin saxlanıldığı an -VİDEO

Əli Kərimlinin saxlanıldığı an -VİDEO

Qızını həbsdən qurtarmaq istəyən ana fırıldaqçının toruna düşdü

Qızını həbsdən qurtarmaq istəyən ana fırıldaqçının toruna düşdü

Fermerlərə ŞAD XƏBƏR!

Fermerlərə ŞAD XƏBƏR!

Fuad Qəhrəmanlıdan Milli Məclisi ələ keçirmək planı ilə bağlı SENSASİON ETİRAF – VİDEO

Fuad Qəhrəmanlıdan Milli Məclisi ələ keçirmək planı ilə bağlı SENSASİON ETİRAF – VİDEO

Qənimət Zahid: “Əli Kərimli hakimiyyətə gələndən sonra KTMT-yə qoşulmağa razılıq verəcək” – VİDEO

Qənimət Zahid: “Əli Kərimli hakimiyyətə gələndən sonra KTMT-yə qoşulmağa razılıq verəcək” – VİDEO

Bu marşrut xətti üzrə avtobuslar yeniləndi – FOTO

Bu marşrut xətti üzrə avtobuslar yeniləndi – FOTO

Ramiz Mehdiyevlə xarici kəşfiyyət orqanının əməkdaşı arasında telefon danışığının ANBAAN VİDEOSU

Ramiz Mehdiyevlə xarici kəşfiyyət orqanının əməkdaşı arasında telefon danışığının ANBAAN VİDEOSU

Ramiz Mehdiyevin evindən çıxan milyonlar– VİDEO

Ramiz Mehdiyevin evindən çıxan milyonlar– VİDEO

Beren Saat müğənniliyə başladı – VİDEO

Beren Saat müğənniliyə başladı – VİDEO

“Azəri-Çıraq-Günəşli”dən hasil olunan neftin həcmi açıqlandı

“Azəri-Çıraq-Günəşli”dən hasil olunan neftin həcmi açıqlandı

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi

Bakı–Şamaxı–Yevlax yolunda son vəziyyət necədir? - FOTO

Bakı–Şamaxı–Yevlax yolunda son vəziyyət necədir? - FOTO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO

Millətlər Liqası: Bu gün millimizin rəqibləri bəlli olacaq

Millətlər Liqası: Bu gün millimizin rəqibləri bəlli olacaq

Sabahın havası - 18 dərəcə isti olacaq

Sabahın havası - 18 dərəcə isti olacaq

Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası – FOTO

Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası – FOTO

Ağalı sakinlərinin NƏZƏRİNƏ - Martın 13-də…

Ağalı sakinlərinin NƏZƏRİNƏ - Martın 13-də…

Mahir Səfərli BMT-də rəhbər vəzifəyə TƏYİN OLUNDU

Mahir Səfərli BMT-də rəhbər vəzifəyə TƏYİN OLUNDU

Sovet dövrünün Gəncə əfsanəsi: “Dirilən heykəl”in SİRRİ

Sovet dövrünün Gəncə əfsanəsi: “Dirilən heykəl”in SİRRİ

“Mançester Siti” öz meydanında qalib gəldi - VİDEO

“Mançester Siti” öz meydanında qalib gəldi - VİDEO

Təhqirə görə qonşusunu maşında bıçaqladı

Təhqirə görə qonşusunu maşında bıçaqladı

End of content

No more pages to load

RADİO