Rusiyanın Sankt-Peterbuq şəhərində yaşayan azərbaycanlı iş adamı Vaqif İmamqulu oğlu Məmişov “Dostluq” ordeni ilə təltif edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən Vaqif Məmişov bu ordeni Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə alıb.
Bizim.Media